Icma.az
close
up
RU
1 Avqust bir avqusta sığmayan gün Əkbər Qoşalı yazır

1 Avqust bir avqusta sığmayan gün Əkbər Qoşalı yazır

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Elə uluslar var, onların əsl taleyi dillərinin taleyində yazılıb. Bizim ulusumuz, ulusumuzun taleyi də belədir. Tariximiz salnamələrdən savayı, ana laylasında, bayatıda, Dədəm Qorqudun nəfəsində, Nizaminin hikmətində, Füzulinin kədərində, Vaqifin bilgisində, Sabirin harayında, Cavidin fəlsəfəsində, Vurğunun poeziyasında yaşayır. Bax bütün bunların ortaq adı Azərbaycan dilidir.

Dilin sadəcə danışıq vasitəsi olmadığı bəllidir. Dil ulusun görünən ruhudur. İnsan necə öz kölgəsini itirmədən yaşaya bilməzsə, ulus da öz dilini itirərək gələcəyə gedə bilməz. Dövlət sınırlarla qorunur, ulus isə dillə!..

Azərbaycanın XX yüzildə keçdiyi gərgin siyasi yollar dövlətin müstəqilliyini itirməsi halını göstərdi; onu da göstərdi ki ancaq ana dilini qorumağı bacaran ulus gec-tez dövlətini də bərpa edir. Tarix bunu dönə-dönə sübut etməyibmi?

Sovet ideoloji sisteminin milli dilləri sıxışdırdığı bir dönəmdə Azərbaycan dilinin dövlət dili statusu uğrunda mübarizə aparmaq adi siyasi addım deyildi. Bu, milli iradənin ifadəsi idi. Ümummilli lider Heydər Əliyevin 1978-ci ildə Azərbaycan dilinin Konstitusiyada dövlət dili kimi təsbit olunmasına nail olması gələcək müstəqilliyimizin önəmli mənəvi dayaqlarından biri oldu.

Əlifba da dil qədər taleyüklü məsələdir. Ulusun yazı sistemi onun mədəni yaddaşının açarıdır. Latın qrafikalı əlifbaya keçid yalnız texniki dəyişiklik sayılmamalıdır; bu, Azərbaycanın çağdaş dünya ilə inteqrasiyasını, milli kimliyini və gələcəyə baxışını ifadə edən strateji qərar idi. Məhz buna görə də 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan dili Gününün təsis olunması təqvim hadisəsi olmaqdan daha çox milli özünüdərkin rəmzidir.

Bu gün dilimizin qarşısında duran təhlükələr artıq ötən yüzilliklərin təhlükələri deyil. Bununla belə, dilimizə diqqəti kəm etməməli olduğumuz da Gün kimi aydındır. Bir zamanlar ana dilimizi inzibati qadağalar sıxışdırırdısa, indi onu sürətli qloballaşma, süni dil modaları, sosial şəbəkələrin məsuliyyətsiz üslubu, düşüncəsiz alınmalar və rəqəmsal məkanın təsirləri sınağa çəkir.
Qloballaşmaya qarşı çıxmaq mümkün deyil, buna heç ehtiyac da yoxdur. Azərbaycan gəncliyi xarici dilləri bilməlidir, dünyanın elmini, texnologiyasını, iqtisadiyyatını mənimsəməlidir. Ancaq dəyişməz qalan bir həqiqət vardır: başqa dilləri öyrənmək ana dilindən uzaqlaşmaq hesabına olmamalıdır; bizim hər birimizin Azərbaycan dilini daha yüksək səviyyədə yaşatmaq məsuliyyətimiz vardır.

Dövlət dili siyasəti hüquqi sənədlər toplusu olmaqdan daha çox, milli təhlükəsizlik strategiyasının önəmli istiqamətlərindən biridir. – Prezident İlham Əliyevin son illərdə imzaladığı fərman və sərəncamlar bunu aydın göstərir. Dilin saflığının qorunması, elektron məkanda istifadəsinin genişləndirilməsi, normativ bazanın təkmilləşdirilməsi və bu sahədə nəzarət mexanizmlərinin gücləndirilməsi dövlətçilik düşüncəsinin davamlılığını nümayiş etdirir.

Qanunlar yalnız çərçivə yaradır. – Bunu heç vaxt unutmamalıyıq. – Dili yaşadan ulusun özüdür.

Əgər müəllim sinifdə dilə sevgi aşılaya bilmirsə, jurnalist sözün məsuliyyətini daşımırsa, yazıçı ana dilinin imkanlarını genişləndirmirsə, ailədə uşağın ilk eşitdiyi söz ana dilində deyilsə, fərmanlar, sərəncamlar möcüzə yarada bilərmi?..

Dil hər gün danışılmalı, yazılmalı, dinlənilməli, hər gün qorunmalıdır. Dilin yaradıcı gücü artırılmalı, öz dilimizdə ciddi elmi, sanballı ədəbi yaradıcılıq hadisələri olmalıdır. Bəli, biz dilimizi qorumaqla yanaşı, onu inkişaf etdirməliyik. 

Yeni elmi terminlər yaratmalıyıq; bir sıra icadlar bizim dildə dünyaya gəlməlidir. Süni intellektlə ayaqlaşmalı, daha doğrusu, başlaşmalıyıq. Dilimiz kosmik bilgini getdikcə daha səhih ifadə etməlidir. Yəni dil muzey eksponatı olmadığı üçün nəfəs almalı, qanadlanmalıdır.

Azərbaycan dili türk dilləri ailəsinin ən zəngin, poetik və ifadə imkanları geniş olan qollarından biridir. Bu dil müxtəlif ölkələrdə yaşayan milyonlarla soydaşımızın mənəvi və milli bağlarını birləşdirən böyük mədəni körpüdür. Dilimiz keçmişimizin mirası olmaqla yanaşı, gələcəyimizin də məsuliyyətidir.
Dilimiz Türk dünyasının ortaq mədəni dialoqunda aparıcı səslərdən biri olmağı haqq edir.

Eləcə də, əlifbanı da yalnız hərflərin düzümü olaraq görmürük.
Əlifba hərf yığını, dil söz yığını olmadığı üçün, onlar birlikdə ulusumuzun mənəvi pasportudur.
Bu pasportun bitmə müddəti yoxdur!

Azərbaycan dili minilliklərdən gələn böyük bir mədəniyyətin səsi, bugünkü müstəqil dövlətimizin rəsmi dili və sabahkı nəsillərin bizə verəcəyi qiymətin ən önəmli meyarıdır.

Bax, elə buna görə də 1 Avqust bir avqusta sığmır.

Bu gün Azərbaycan kimliyinin, ulus yaddaşının, dövlətçilik iradəsinin və gələcəyə inamının günüdür. Dilimiz Qalib Dövlətin dilidir! 
Öz dilimizdə danışan, öz dilimizdə əmr və komanda verən şanlı Ordumuz torpaqlarımızı başqa dildə danışan işğalçıdan, onun müxtəlif dillərdə danışan havadarlarından və modern silah-sursatdan azad etdi. Elə isə Azərbaycan dili də həmin Zəfərin dili, həmin Qələbənin dilidir.
Qalib ölkənin güclü orduya, xüsusi təyinatlı qüvvələrə ehtiyacı olduğu kimi və bunu sülh üçün etdiyi kimi, qalib dövlətin dilinin güclənməsi də xüsusi təyinatlılardan keçir. Yazıb-yaradanlar, “material”ı dil olanlar öz gənclik ilhamını, ustalığını, ustadlığını daha qüvvətli şəkildə göstərməlidir.

Öz dövlətimizin öz dili var olduqca, Azərbaycan özü də, sözü də yaşayacaq!

Dil bayrağımız uca olsun!

Dövlətimiz zaval görməsin!

Bakıvaxtı.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 31 İyul 2026 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see405

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see322

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see279

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see269

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see268

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see256

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see253

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see245

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see243

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see241

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see228

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see223

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see216

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see215

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see215

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see214

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see212

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see210

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see201

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri