1 gündə Özbəkistanda məşhurlaşan azərbaycanlı müğənni görün kim imiş VİDEO
Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq.
Azərbaycanlı müğənni Aynur Yusifova "Xəzər TV”də yayımlanan "Xəzər axşamı” verilişinin qonağı olub.
AZXEBER.COM xəbər verir ki, veriliş zamanı sənətçi son dövrlərdə qazandığı beynəlxalq uğurlardan və yaradıcılıq fəaliyyətindən danışıb.
Aynur Yusifova futbol üzrə Dünya Çempionatı zamanı Türkiyə və Özbəkistan milli komandalarına dəstək məqsədilə "Sizinlədir Azərbaycan” adlı mahnını ifa etdiyini bildirib. Mahnı qısa müddət ərzində xüsusilə Özbəkistanda böyük maraqla qarşılanıb və sosial şəbəkələrdə trendə çevrilib.
Mahnının qazandığı populyarlıqdan sonra Aynur Yusifova Özbəkistana dəvət olunub. O, ölkənin ən nüfuzlu televiziya kanallarının qonağı olaraq canlı yayımlarda çıxış edib, müsahibələr verib və mahnısını səsləndirib.
Müğənninin ifası sosial media platformalarında da geniş rezonans doğurub. Onun çıxışları müxtəlif platformalarda ümumilikdə 8 milyondan çox izlənmə toplayıb və Azərbaycan musiqisinin xaricdə tanıdılmasına töhfə verib.
Aynur Yusifova "Xəzər axşamı” verilişində bu uğurun onun üçün böyük motivasiya olduğunu qeyd edib, tamaşaçılarla maraqlı xatirələrini bölüşüb və gələcək yaradıcılıq planlarından da söz açıb.
Verilişdən həmin anları təqdim edirik:
Baxış sayı:179
Bu xəbər 01 Avqust 2026 01:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















