Icma.az
close
up
RU
Uşaqları yüklədikcə, çantalar da yüklənir

Uşaqları yüklədikcə, çantalar da yüklənir

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün iş yerimə yaxın məktəbin qarşısında rastlaşdığım bir uşağın çantasını darta-darta apardığını gördüm. Yaxınlaşıb kömək etmək istədiyimi bildirdim. Çantanı aldım və dəhşətə gəldim, ağırlığı 6-7 kiloqram olardı. Soruşanda ki, neçənci sinifdə oxuyursan, dedi, birinci. Ta nə deməyə bir söz tapdım, nə də danışmağa. Susqun vəziyyətdə uşaqla birlikdə bir-iki addım atmışdıq ki, valideyni yaxınlaşdı, çantanı ona verdim və ayrıldım.

Mətləbdən bir qədər kənarlaşaq. Həmişə düşünürdüm ki, İlahi, görəsən bu uşaqların nə üçün hər birinin yanında bir valideyn də onunla birlikdə məktəbə gedir. Axı hamımız yaxşı xatırlayırıq ki, bizim dövrümüzdə məktəbə getdiyimiz vaxt valideynlərimiz cəmi bir-iki dəfə bizimlə məktəb gedərdi, o da yolu bizə tanıtmaq üçün. Ondan sonra özümüz gedib, özümüz də gələrdik. Valideynlərimiz də öz iş-güclərinin ardınca gedərdilər. Ta hər gün biri bizə yol yoldaşı olmazdı.

İndi isə bu mənzərə dəyişib. Bunun iki səbəbi var. O səbəblərdən elə hər ikisi də dəhşətlidir. Uşağın yanında valideynin onunla birlikdə məktəbə getmə səbəblərindən birincisi zəmanənin dəyişməsi kimi ifadə olunur. Valideynlər düşünürlər, həm də haqlı olaraq düşünürlər ki, indi əvvəlki illər deyil. Uşaq məktəbə tək gedə bilməz. Onun üçün təhlükə yarana bilər. Bunu hər birimiz anlayırıq. Bəli, küçə-baca başı xarab, özünə hörməti olmayanlarla doludur.

İkinci dəhşətli səbəb isə uşaqlarımızın çantalarının özlərindən ağır olmasıdır. Bu səbəbdən də onlar çantalarını özləri daşıya bilmir, valideyn də əlacsız qalıb hər gün onlarla bərabər məktəblərə getməli olurlar.

Gələk səbəblərə. Səbəblər ondan ibarətdir ki, müasir təlim sisteminə son illər o qədər yeniliklər daxil olub ki, çantalar da istər-istəməz ağırlaşmağa başlayıb. Kitablar, yazı dəftərləri, testlər, test tapşırıqları, daha nələr, nələr onunla nəticələnib ki, çantalara da ağırlıq düşüb, uşaqlara da. Uşaqların beyni bu qədər ağırlığı harayadək qaldıracaq, bu, məsələnin digər tərəfidir. Hazırda onların fiziki sağlamlığına mənfi təsir göstərəcək çantalardır söhbətimizin mövzusu. O çantalar ki, onları daşıyarkən uşağın bir tərəfinin tamamilə əyildiyini müşahidə edirik. Deməli, onda fiziki qüsur yaranmaqdadır.

Bu gün əlimə aldığım çantadan sonra anladım nə üçün hər uşağın yanında bir valideynin də məktəblərə yollanmasını və dərsin bitməsinə bir neçə dəqiqə qalmış məktəblərin qarşısındakı izdihamı. Deməli, valideynlər həm də uşaqlarının çanta daşıyanlarıdır. Bu səbəbdən də şagirdin evi ilə məktəb arasındakı məsafə bir neçə kilometr və ya metr olsa da, valideyn özü hökmən onunla birlikdə məktəbə getməli və gəlməlidir. Çantanı aparmalı və gətirməlidir.

Yenə yuxarı sinif şagirdlərinin bir qədər gücü var, bu aşağı sinif şagirdlərinə o qədər yazığım gəlir ki... Düşünürəm ki, bunlar böyüyüb həkim, müəllim, mühəndis və sair sənət, peşə sahibi olanədək bir tərəfləri əyiləcək. Fiziki qüsurla ali təhsil müəssisələrinə yollanacaqlar. Orada da ki...

Elə bu arada Yaponiyada 10 yaşa- 4-cü sinfə qədər uşaqların heç bir imtahan verməmələrini, bu müddət ərzində onların kiçik testlərdən keçmələri haqqında məlumatı xatırlayıram. Hesab olunur ki, məktəbdə ilk 3 ilin məqsədi uşaqları biliyə görə mühakimə etmək deyil, onlara gözəl ədəb öyrətmək və xarakterlərini inkişaf etdirməkdir. Uşaqlara başqa insanlara hörmət etməyi, heyvanlara və təbiətə qarşı mehriban olmağı öyrədirlər. Onlara həmçinin səxavətli, mərhəmətli və həssas olmaq kimi ülvi keyfiyyətlər də aşılanır. Bundan əlavə, uşaqlara dözümlülük, özünü idarə etmə və ədalət öyrədilir. Təbii ki, 4-cü sinifdən sonra da elm öyrənməyə başlayır uşaqlar.

Lakin biz nə edirik? 1-ci sinifdən Azərbaycan dilində hələ də çənəsi söz tutmayan uşağı xarici dilləri öyrənməyə vadar edirik. Hələ heç nəyi anlamayan uşaqları digər fənlərlə yükləyirik. Bir fənnin də olur bir kitabı, bir dəftəri, bir testi, bir də qiymətləndirmə testi, əlavə testi... Beləliklə, biz uşaqları yüklədikcə, çantalar da yüklənir. Odur ki, körpələr bu çantaları daşıya bilmirlər. Valideyn də məcbur qalıb uşağı ilə birlikdə yenidən məktəbliyə çevrilir.

Yaponiyada uşaqlar ədəb qaydalarını öyrənəndə biz elm üzərində baş sındırırq. Onlar 4-cü sinifdən sonra elmləri öyrənməyə başlayanda, biz artıq birinci sinifdə bütün elmlərin açarını əlimizə alırıq. Lakin nəticə necə olur? Biz hələ də yaponların ixtiraları qarşısında heyrət edirik...

Mətanət Məmmədova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 11 Noyabr 2026 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see383

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see343

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see339

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see335

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see317

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see309

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see298

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see296

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see285

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see268

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see267

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see248

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see239

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see237

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see234

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see223

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see222

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see208

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see201

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri