Icma.az
close
up
RU
Səməd Vurğunun son sevincinə çevrilən “Aygün”

Səməd Vurğunun son sevincinə çevrilən “Aygün”

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

AZƏRTAC Xalq şairi Səməd Vurğunun həyat və yaradıcılıq irsinə həsr olunmuş silsilə yazılarını davam etdirir

Bakı, 11 noyabr, AZƏRTAC

Layihə rəhbəri Şəmil Sadiq, redaktoru və tərtibatçısı isə Aslan Salmansoy olan “Səməd Vurğun xatirələrdə” kitabında şairin doğmalarının və yaxınlarının xatirələri toplanıb. Bu xatirələr Səməd Vurğunu yalnız böyük söz ustadı və ictimai xadim kimi deyil, həm də hiss və əqidəsinə dərindən bağlı olan səmimi, qətiyyətli və duyğulu bir insan kimi görməyə imkan verir.

AZƏRTAC silsilə yazıların növbəti hissəsində Səməd Vurğunun dostu, görkəmli şair Zeynal Xəlilin xatirələrini təqdim edir. Z.Xəlil şairin “Aygün” poemasını ilk dəfə dostlarına oxuduğu günləri, əsərin çapından sonra üzləşdiyi təzyiqləri və ömrünün son günlərində poemanın kitab halında nəşrini görməsini xatırlayır.

“1950-ci illərin əvvəlləri idi. Axşam saat 9-10 olardı. Telefon zəng vurdu. Mən dəstəyi götürdüm:

-Zeynal, salam. Necəsən?

-Sağlığın.

-Bir bizə gəl…

-Baş üstə… Xeyirdimi?

-Qorxma… Xeyirdir… Gözləyirəm…

Bu, Səməd idi. Mən onlara getdim (o zaman Səməd Fioletov küçəsindəki 6 nömrəli evdə yaşayırdı). Pillələrlə yuxarı qalxdım. Qapının zəngini çaldım. Qabağıma özü çıxdı. Çox şad idi. Bu, məni də sevindirdi. Biz oturduq.

-Hə, dostum, sənə təzə poema oxuyacağam, “Aygün”.

-Təzə poema, “Aygün”? - deyə təəccübləndim. Çünki o, indiyədək bu barədə mənə heç nə deməmişdi.

-Niyə təəccüblənirsən? Bəli, lap təzə.

O bunu deyib ayağa durdu və yemək otağına tərəf getdi (biz zalda - qonaq otağında idik).

-Ay uşaq, çay verin, - dedi.

Bir az keçmədi ki, Aybəniz padnosda iki stəkan çay gətirdi. Səməd yazı masasının arxasına keçdi. O, əsərlərinin çoxunu məktəblilər üçün nəzərdə tutulan onvərəqlik dəftərlərdə, yaxud ümumi dəftərlərdə yazardı. Zənnim məni aldatmırsa, indi də belə etmişdi. Poemanı oxumağa başladı. Səməd şeiri çox gözəl oxuyardı…

Səməd poemanı oxuyub qurtardı. Ayağa qalxdı, adəti üzrə əlləri ilə çal və sıx saçlarını arxaya verdi. Sinəsini irəli tutub dedi:

-Hə, necə görürsən lələşini?

Bu sözlərdə onun öz istedadına, qələminə olan bir inam duyulurdu.

Mən:

-Sağ ol, dostum, gözəl əsərdir, - dedim.

Biz poemanın xoş təsiri ilə danışa-danışa, gülə-gülə dəniz kənarında gəzməyə getdik.

Ancaq sevincimiz və xoşbəxtliyimiz çox sürmədi. Poema çap olundu. Bir müddət sonra “Kommunist” qəzetində tənqidçi Mirzağa Quluzadənin poema haqqında böyük məqaləsi dərc edildi. Məqalədə poemanın əsas ideyası və əsərin xeyirxah məqsədi inkar olunur, şair həyatdan geri qalmaqda, cəmiyyətə - sosializm cəmiyyətinə böhtan atmaqda təqsirləndirilirdi. Məqalə bununla da bitmirdi. Burada şairin özü və şəxsiyyəti kobudcasına təhqir olunurdu”.

Kitabda qeyd olunur ki, bir müddət sonra həmin məqalənin dərcində M.Quluzadənin yalnız vasitə olduğu aydınlaşdı. Məqalə Səməd Vurğunu ləkələmək və məhv etmək niyyəti ilə Mircəfər Bağırov, onun yaxın əlaltıları Cəfər Cəfərov, Vitali Səmədov və başqa şəxslər tərəfindən hazırlanmış, bu yolla çapı təşkil edilmişdi.

“Bununla da şairin həyatında iztirablı günlər, əzab dolu gecələr başlandı.

“Aygün” haqqında həmin məqalə ədəbi ictimaiyyətin də böyük narazılığına səbəb oldu. Demək olar ki, yalnız kiçik bir qrup - Səmədin bədxahları - buna sevindi. Amma onun yaxın dostları - illərdən bəri Səmədlə çiyin-çiyinə, bir sırada ədəbiyyatda həqiqi xəlqilik, novatorluq, müasirlik və partiyalılıq uğrunda mübarizə aparan Mehdi Hüseyn, Osman Sarıvəlli, Süleyman Rəhimov və Əli Vəliyev qəzəbləndilər…

Lakin adlarını çəkdiyim adamlardan heç biri, o cümlədən mən də məqalə yazıb mətbuatda bu haqsızlığa etiraz edə bilmədik. Buna imkan vermədilər. Üstəlik, bu, heç mümkün də deyildi. Əgər belə etsəydik, məqalənin müəllifi M.Quluzadə bir tərəfdə qalacaq, sən isə M.C.Bağırovla üz-üzə gələcəkdin. Bu da haqlı olmağına baxmayaraq, sənin fəlakətinə səbəb ola bilərdi.

Məqaləni təşkil edən adamlar, ilk növbədə M.C.Bağırov, Səmədi məcbur edirdilər ki, mətbuatda, özü də “Kommunist” qəzetində çıxış edib səhvlərini etiraf etsin və məqalə müəllifinin haqlı olduğunu təsdiqləsin”.

Z.Xəlil yazır ki, Səməd Vurğun çox çıxılmaz vəziyyətə düşmüşdü. Bu, şəxsiyyətə pərəstişin ədəbiyyat və incəsənət sahəsində hökm sürdüyü ən ağır dövr idi. Səməd kimi adlı-sanlı şair, bütün həyatını və yaradıcılığını xalqına həsr etmiş bir insan haqlı olduğu halda özünü böhtanlardan qorumaq hüququna malik deyildi. Kiçik bir ehtiyatsızlıq, düşünülməmiş addım onu M.C.Bağırovun pəncəsinə keçirə bilərdi. Buna görə də çox ehtiyatlı olmaq lazım idi.

“Biz hamımız həyəcan içində idik. Məsələ tez həll olunmalı idi: Səməd məqalə ilə razıdır, ya yox? Əgər razıdırsa, mətbuatda çıxış etməlidir.

Axşamüstü idi. Mehdi Hüseynlə Səmədgilə getdik. Osman Sarıvəlli də orada idi. Səməd fikirli görünürdü. Tez-tez iri stəkanda tünd çay içir, bir-birinin ardınca papiros çəkirdi. Mehdi yarızarafat, yarıciddi ondan soruşdu:

-Səməd, nə qərara gəldin?

Hamımız onun üzünə baxdıq. Səməd çox rəsmi bir dillə dedi:

-Qərarım birdir: qaçmaq.

-Sən nə danışırsan? Necə yəni qaçmaq? Hara qaçacaqsan? - deyə soruşduq.

-Niyə təəccüblənirsiniz? - deyə o, zarafatla əlavə etdi. - Balam, Koroğlu nəsli deyilik? Niyə lazım olanda Koroğlu qaçıb aradan çıxa bilsin, mən yox?.. Atalar yaxşı deyib: “Qaçmaq da igidlikdəndir…”

Biz dərhal Səmədin nə demək istədiyini anladıq. O, mübarizə aparmaqla yanaşı, tədbir tökməyi, siyasət işlətməyi də bacarırdı.

Səməd yazı masasına tərəf getdi. Bir vərəqi götürüb oxudu. Bu, onun M.C.Bağırova göndərəcəyi teleqramın mətni idi. Teleqramda yazırdı ki, məqalədəki səhvləri etiraf edir və yaxın vaxtlarda yeni əsərləri ilə qüsurlarını aradan qaldıracaq…

-Bax, bu da mənim qaçmağım. Razısınız?

Biz:

-Əlbəttə, razıyıq. Hələlik ən yaxşı və doğru çıxış yolu budur, - dedik.

-Elədir, dostlar, elədir. Düşmən ustadırsa, mən ondan da ustayam. Mən öz başımı Bağırovun - o cəlladın - kötüyü üstünə qoya bilmərəm. Mən hələ xalqıma lazımam. Ən yaxşı əsərlərimi bundan sonra yazıb-yaradacağam. Düşmən dünən “İnsan”ın başını yedi, bu gün də “Aygün”ün. Bəli, “Dünən” və “Bu gün”… Bəs sabah? Mən sabaha daha çox inanıram. Bəli, sabaha. Bu belə qalmayacaq, qala da bilməz. Sabah zaman ədalətli hökmünü verəcək. Xalq var, partiya var. Mən buna inanmışam və inanıram… Amma indi belə lazımdır… Mən cəhənnəm. Bəs siz? Onlar mənim başımı yedikləri kimi, sizə də bir iş edərlər… Məni başa düşün. Bunu unutmayın: sabah mənzilə tez çatmaq üçün bu gün bir addım geriyə çəkilmək olar… Sabahın hökmü yaxındır…

Səməd düz deyirmiş. Elə də oldu… 1956-cı il idi. Artıq M.C.Bağırov və onun əlaltıları yox idi. Zaman dəyişmiş, sular durulmuşdu… Lakin bu dəfə başqa bir fəlakət baş vermişdi. Səməd neçə aydır ölüm yatağında xərçənglə mübarizə aparırdı…

Mayın əvvəlləri idi. Həmişəki kimi, yenə Səmədin yanında idik. O, artıq ömrünün son günlərini yaşayırdı. Amansız ölüm hər an qapını döyə bilərdi… Mehdixan da, Mirqasım da orada idi. Biz gah başımızı aşağı salır, gah da Səmədin üzünə baxırdıq.

Birdən qapı açıldı. Osman asta addımlarla içəri girdi. Əlində bir kitab vardı: “Aygün” ilk dəfə kitabça halında çapdan çıxmışdı. Osman Səmədə yaxınlaşdı:

-Səməd, sənə kitab gətirmişəm, - dedi, - “Aygün”…

Səməd Osmana tərəf baxdı. Mehdixanın köməyi ilə başını azacıq qaldırdı, balıncına dirsəklənib kitabı əlinə aldı. Vərəqləyib baxdı. Sonra:

-İndi ölsəm də, dərdim yoxdur. “Aygün”ü gördüm…”

Ardı var...

Əvvəlki materialı oxu 

Müxbir – Günel Alıyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Noyabr 2026 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see383

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see343

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see339

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see335

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see317

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see309

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see298

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see296

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see285

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see268

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see267

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see248

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see239

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see237

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see234

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see223

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see222

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see208

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see201

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri