Icma.az
close
up
RU
1 ildə 335 nəfər həlak olub

1 ildə 335 nəfər həlak olub

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İsrailin Livanla 27 noyabr 2024-cü ildə qüvvəyə minmiş atəşkəs razılaşmasına baxmayaraq həyata keçirdiyi hücumlarda 335 nəfərin həyatını itirdiyi, 973 nəfərin isə yaralandığı bildirilib. 

"Cebheinfo.az" xəbər verir ki, Livan Səhiyyə Nazirliyi, İsrailin ötən il qüvvəyə minmiş atəşkəsi pozaraq həyata keçirdiyi hücumlarda ölən və yaralananlarla bağlı statistikanı açıqlayıb.

Məlumata görə, 27 noyabr 2024-cü ildən bu yana İsrailin Livana qarşı həyata keçirdiyi hücumlarda 335 nəfər həyatını itirib, 973 nəfər isə yaralanıb. Digər tərəfdən, Livanın rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, İsrailə məxsus pilotsuz uçuş aparatları ölkənin cənubundakı Mansuri, Məcdəl Zun və Zıbkin bölgələri üzərində alçaq hündürlükdə uçuşlar həyata keçirib. 

Gecə saatlarında isə bir İsrail PUA-sı sərhəddə yerləşən Hola qəsəbəsində bir evin üzərinə bomba atıb. Hadisə nəticəsində maddi ziyan olsa da, ölən və ya yaralanan olmayıb. Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Sülhməramlı Qüvvələri (UNIFIL) tərəfindən 20 noyabrda verilən açıqlamada isə qeyd olunub ki, bir il əvvəl əldə olunan atəşkəs razılaşması ən azı 7 500 dəfə havadan, 2 500 dəfə isə qurudan pozulub. 

Lakin bu pozuntuların İsrailə, yoxsa Livana aid olduğu dəqiqləşdirilməyib. Xatırladaq ki, İsrail 2023-cü ilin oktyabrında Livana qarşı hücuma başlamış, 2024-cü ilin sentyabrında bu hücum genişmiqyaslı müharibəyə çevrilmişdi. Müharibə nəticəsində 4 mindən çox insan həyatını itirmiş, təxminən 17 min nəfər yaralanmışdı. 

27 noyabr 2024-cü ildə əldə olunan atəşkəs razılaşmasına baxmayaraq, İsrailin bu razılaşmanı minlərlə dəfə pozduğu bildirilir. İsrail, 8 oktyabr 2023-cü ildən sonra Livanda ələ keçirdiyi 5 təpəni hələ də işğal altında saxlayır və uzun illərdir nəzarətində olan bəzi bölgələrdəki mövcudluğunu davam etdirir. 

Nigar Hacılı
"Cebheinfo.az"

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:96
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 Noyabr 2025 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyənin Rusiya Ukrayna danışıqlarında vasitəçilik etməsi mümkündürmü? AÇIQLAMA

07 İyul 2026 12:09see465

Almaniyada yeni rəy sorğusu AfD nin retinqinin artmaqda olduğunu göstərir

06 İyul 2026 04:44see386

Məşhur bloger qızı ilə qəzaya düşdü FOTO

06 İyul 2026 14:44see377

Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb FOTO

06 İyul 2026 06:31see329

“Tanrım, tanrım, günahlarımın cəzasını çəkirəm!” Artur Konan Doyl

06 İyul 2026 14:32see284

Bankların yay kampaniyaları 2026

07 İyul 2026 11:12see248

Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir

07 İyul 2026 11:45see239

Şuşada Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar adlı beynəlxalq konfrans keçirilir

06 İyul 2026 10:04see205

Bakıda məhbus həbsxanadan qaçdı Əməliyyat keçirilir

07 İyul 2026 16:59see192

Ülfət çimərlik geyimində fotolarını paylaşdı

07 İyul 2026 02:03see190

Legioneri “Səbail”dən ayrıldı

07 İyul 2026 02:03see184

Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul başlayır

06 İyul 2026 17:54see184

Bu məhsullarla bağlı sosial şəbəkələrdəki tövsiyələrə İNANMAYIN!

07 İyul 2026 02:40see178

Cozef Aun ABŞ ni İsrailin Livandan çıxmasını sürətləndirməyə çağırdı

07 İyul 2026 00:43see175

Gecələr yata bilmirəm, nə etməliyəm?

06 İyul 2026 23:33see172

Rutte: NATO ölkələri Ankara sammitində on milyardlarla dollar dəyərində müqavilələr imzalayacaqlar

07 İyul 2026 06:09see172

Qalibaf: İrana hücum edənlər cəzalandırılacaq

07 İyul 2026 03:33see171

Müəllim də repetitor yanına hazırlığa gedir VİDEO

07 İyul 2026 09:15see164

RF nin Ukraynadakı Azərbaycan mülkiyyətinə hücumları Moskva körpüləri yandırır

07 İyul 2026 18:16see151

“Bəzi sahələrdə diplom və sertifikata ehtiyac qalmayacaq” ​Ekspert

06 İyul 2026 22:05see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri