Icma.az
close
up
RU
1 milyon 100 min vətəndaşın pensiyası artırılıb

1 milyon 100 min vətəndaşın pensiyası artırılıb

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Artımların maliyyələşdirilməsi üçün dövlət büdcəsindən illik əlavə olaraq 534 milyon manat vəsait ayrılacaq

Məlum olduğu kimi Prezident İlham Əliyevin fevralın 5-də imzaladığı “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” sərəncama əsasən, bütün əmək pensiyalarının artırılması təmin olunacaq. Belə ki, ölkə üzrə ötən ilin orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2025-ci il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsi, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə - həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği və 2023-cü il yanvarın 1-dən əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardımlar indeksasiya olunmaqla artırılacaq.

İndeksləşdirmə bütün növ əmək pensiyalarına şamil olunur. “Əmək pensiyaları haqqında” qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub. Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Deməli, vətəndaşımız növündən asılı olmayaraq əmək pensiyası alırsa onun pensiya məbləğinə artım hesablanacaq. Həmçinin pensiyaçı olan hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları da artımla əhatə olunacaqlar.

Sığortaolunanların pensiya kapitalı da indeksləşdiriləcək

Qanunvericiliyə əsasən, indeksləşdirmə əvvəlki ilin göstəricisinə uyğunlaşdırıldığına görə 2024-cü ilin dekabrın 31-i daxil olmaqla ötən il pensiya hüququ qazanan bütün vətəndaşların pensiyaları artırılacaq. Belə ki, orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2024-cü il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsi, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğ artırılır.

Artımın hesablanması formulası belədir: Pensiya məbləği X indeksasiya faizi = artırılmış məbləğ. Məsələn, pensiyası 550 manat olan vətəndaşımız üçün artım faizi belə hesablanacaq: 550 manat X 8.1 faiz = 44.55. Yəni vətəndaşımızın pensiya məbləği artımdan sonra 594.55 manat olacaq.Yaxud, 400 manat pensiya alan vətəndaşımız üçün artım belə hesablanır: 400 manat  X 8,1 faiz = 32,4 manat. Bu halda yeni pensiya məbləği 432,4 manat olacaq. Yəni, məbləğindən asılı olmayaraq hər bir pensiya tam olaraq indeksasiya faizi nəzərə alınmaqla artırılacaq.

Pensiya artımları 1 milyon 100 min vətəndaşımıza şamil olunacaq. Artımların maliyyələşdirilməsi üçün dövlət büdcəsindən illik əlavə olaraq 534 milyon manat vəsait ayrılacaq.

Dövlət başçısının müvafiq sərəncamına əsasən, eyni zamanda, ölkə üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsindəki vəsaitlər, yəni pensiya kapitalı məbləğləri də indeksləşdiriləcək. Belə ki, istehlak qiymətləri indeksi ötən il üzrə 2,2 faiz təşkil etdiyindən sığortaolunanların fərdi hesablarındakı pensiya kapitalları da 2025-ci il yanvarın 1-dən etibarən 2,2 faiz indeksləşdirilərək artırılacaq.

“Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” sərəncama uyğun olaraq, bütün pensiyalar Dövlət Statistika Komitəsinin təqdim etdiyi göstərici üzrə, yəni 2024-cü il üzrə orta aylıq əməkhaqqının 8,1 faiz artımı nisbətində indeksləşdiriləcək. Pensiya artımları pensiyaçıların hər hansı sənəd təqdim etmələrinə, müraciətinə ehtiyac qalmadan,  elektron sistem üzərindən avtomatik şəraitdə həyata keçiriləcək.

Bütün pensiyalara edilmiş artımlar fevral ayında təmin olunacaq, həmçinin yanvar ayı üzrə hesablanmış artım məbləğləri də fevarlın pensiyasının üzərinə əlavə olunacaq.

Minimum pensiyalar 280 manatdan 320 manata çatdırılıb

Beləliklə, “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” sərəncam 2025-ci ilu ilin əvvəlindən reallaşdırılan yeni sosial islahat paketi çərçivəsində pensiyalarda da növbəti artımların təmin edilməsinə, onların sosial müdafiəsinin gücləndirilməsi sahəsində ardıcıl xarakter alan tədbirlərin uğurla davam etdirilməsinə imkan yaradacaq.

Ölkə üzrə minimum pensiyalar da fevralın 1-dən artımla ödəniləcək. Belə ki, fevralın 1-dən etibarən ölkə üzrə minimum pensiyanın məbləği 14,3 faiz artırılaraq 280 manatdan 320 manata çatdırılıb.

Sosial paket çərçivəsində ən əhatəli artımlardan biri minimum aylıq əməkhaqqının məbləğinin 16 faiz artırılaraq 345 manatdan 400 manata çatdırılmasıdır. Minimum əməkhaqqındakı artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edilməkdədir. Belə ki, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları da təxminən bir ay müddətində bu Sərəncama uyğunlaşdırılacaq və artırılıb. Sosial, elm, səhiyyə, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan dövlət qulluqçusu statusu olmayan işçilərin də əməkhaqqı artırılıb. Beləliklə, 2025-ci il yanvarın 1-dən 400 manata çatdırılacaq minimum əməkhaqqının yeni əmsalları sayəsində ölkə üzrə 700 mindən çox vətəndaşın əmək haqqının artımı təmin olunur.

Müavinət və təqaüdlərin artırılması da təmin olunacaq

Minimum əməkhaqqının növbəti artımından sonra bu rəqəm yaşayış minimumunu təxminən 30-40 faiz üstələmiş olacaq. Digər tərəfdən, minimum əməkhaqqı artımı,  ölkəmizdə xalis minimum əməkhaqqının xalis orta aylıq əməkhaqqına olan nisbəti göstəricisinin də yüksəlməsinə imkan verəcəkdir. Qeyd edək ki, həmin nisbət 2018-ci ildəki 26,5 faizdən 2019-cu ildəki 33,3 faizə, 2020-ci ildəki 38 faizə yüksəlib. 2022-ci ildə isə 40 faiz səviyyəsinə yüksəlib. Bununla da bu nisbətin qabaqcıl beynəlxalq normalara uyğunlaşdırılması istiqamətində mühüm irəliləyiş olacaq.

Müavinət və təqaüdlərin artırılması isə yaxın aylarda təmin olunacaq. Ümumilikdə bu ilin əvvəlindən həyata keçirilən növbəti sosial islahat paketi üzrə sosial ödənişlərdə yeni artımlar üçün əlavə 1,4 milyard manat vəsait ayrılıb və həmin artımlar 3 milyon vətəndaşı əhatə edəcək.

ELBRUS CƏFƏRLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:284
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 07 Fevral 2025 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri