Icma.az
close
up
RU
Sabiq Premyer Liqa hakimi Artetanı hədəf aldı: “Dördüncü hakim üçün əsl kabusdur”

Sabiq Premyer Liqa hakimi Artetanı hədəf aldı: “Dördüncü hakim üçün əsl kabusdur”

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İngiltərə Premyer Liqasının sabiq hakimi Qrem Skott “Arsenal”ın baş məşqçisi Mikel Artetanı hakimlər üçün ən çətin mütəxəssis adlandırıb.

İdman.Biz “The Athletic FC Podcast”a istinadən xəbər verir ki, uzun illər İngiltərə çempionatında hakimlik etmiş Skott ispaniyalı məşqçinin texniki zonadakı davranışlarını kəskin tənqid edib.

O, hakimlərin işləməkdə ən çox çətinlik çəkdiyi baş məşqçi barədə suala belə cavab verib:

“Ən sadə cavab budur ki, komandaları məğlub olanda bütün məşqçilər çətinlik yaradırlar. Ancaq açıq danışsam, bilirəm ki, indi nə desəm, məni tənqid edəcəklər və Artetaya nifrət etdiyimi söyləyəcəklər. Buna baxmayaraq, cavabım Artetadır. Onunla işləmək ən çətinidir. O, daim icazə verilən sərhədləri aşmağa çalışır”.

Skott Artetanın davranışlarının səbəbini anladığını, lakin bunun hakimlərin işinə ciddi maneə yaratdığını vurğulayıb:

“Əslində, müəyyən mənada buna etiraz etmirəm. O, komandasına rəqabət üstünlüyü qazandırmağa çalışır. Bu, normaldır, onun işinin bir hissəsidir. Sərhədləri yoxlamağa haqqı var, bizim vəzifəmiz isə qaydalara əməl olunmasını təmin etməkdir. Amma Arteta işimizi həddindən artıq çətinləşdirir. O, daim texniki zonasını tərk edir”.

Sabiq hakim fikirlərini əsaslandırmaq üçün “Arsenal”ın “Everton” üzərində 2:0 hesablı qələbəsini nümunə göstərib. Onun sözlərinə görə, Arteta həmin görüşdə dəfələrlə texniki zonasının hüdudlarından kənara çıxıb:

“Bu yaxınlarda onun ‘Everton’la oyundakı davranışını izlədim. ‘Everton’ topa onun tərəfindəki yan xəttin yaxınlığında sahib olan kimi Arteta sanki özü də pressinqə qoşulurdu. Ayaqları, demək olar ki, meydanın yan xəttinin üzərində idi. Dördüncü hakim üçün bu, əsl kabusdur”.

Skott belə vəziyyətlərdə qaydaları tətbiq etməyin niyə çətin olduğunu da izah edib. Onun sözlərinə görə, hakim müdaxilə etmək üçün hərəkətə keçənədək epizod başa çatır və xəbərdarlıq artıq mənasız görünə bilir.

Sabiq referi Artetaya qarşı hakimlərin özlərinin də kifayət qədər prinsipial davranmadıqlarını etiraf edib:

“Artetaya həddindən artıq güzəşt edilir. Hakimlər onunla daha sərt davranmalıdırlar. Mən də ona belə hərəkətlər etməyə imkan verən hakimlərdən biri olmuşam və bunu inkar etmirəm. Onunla işləmək həqiqətən çox çətin idi. Digər məşqçilər yalnız müəyyən vaxtlarda problem yaradırdılarsa, Arteta ilə bu çətinlik demək olar ki, daim yaşanırdı”.

Bununla belə, Skott bütün digər baş məşqçilərin nümunəvi davranmadığını da vurğulayıb. O, sakit xarakteri ilə seçilən Qrem Potteri misal gətirərək bəzi mütəxəssislərin hakimlərlə ümumiyyətlə mübahisəyə girmədiyini bildirib. Lakin belə məşqçilərin də bəzən kifayət qədər emosional görünmədiklərinə görə tənqid edildiklərini xatırladıb.

Arteta isə daha əvvəl texniki zonanın qaydalarını pozan yeganə məşqçi olmadığını bildirmişdi. İspaniyalı mütəxəssis digər məşqçilərin dəfələrlə texniki zonanı tərk etdiyini, lakin buna görə cəzalandırılmadığını iddia edib.

“Bəzi məşqçilər 10 dəqiqə ərzində 36 dəfə texniki zonanı tərk edirlər, amma sarı vərəqə almırlar. Mən bütün bu epizodların görüntülərini toplayıram”, - deyə Arteta açıqlamışdı.

Qeyd edək ki, “Arsenal”ın “Everton”u 2:0 hesabı ilə məğlub etdiyi qarşılaşmada Arteta mövsümdə ikinci sarı vərəqəsini alıb. O, daha bir xəbərdarlıq alacağı təqdirdə bir oyunluq texniki zona cəzası ilə üzləşəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:71
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 14 Noyabr 2026 23:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri