Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar
Saglamolun portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
PİYLƏNMƏNİ AŞKARLAMAQ ÜÇÜN BİR GÖSTƏRİCİ KİFAYƏT ETMİR
İnsanların artıq çəkili və ya piylənmədən əziyyət çəkdiyini müəyyənləşdirmək üçün geniş istifadə olunan bədən kütləsi indeksi (BKİ) sağlamlıq risklərini qiymətləndirməkdə həmişə dəqiq nəticə vermir. 844 mindən çox insanın məlumatları əsasında aparılan beynəlxalq araşdırma göstərib ki, yalnız çəki və boya əsaslanan bu göstərici bəzi insanlarda piylənməni aşkar etməyə, digərlərində isə düzgün qiymətləndirməyə bilər.
“Nature” elmi jurnalında dərc olunan tədqiqatda Çin, Böyük Britaniya, ABŞ və İspaniyadan 844 108 yetkin insanın məlumatları təhlil edilib. Alimlər ənənəvi BKİ göstəricisini bel çevrəsi, boyla bel çevrəsinin nisbəti və orqanların funksional vəziyyəti ilə müqayisə ediblər.
Nəticələr göstərib ki, yalnız BKİ əsasında aparılan qiymətləndirmə iştirakçıların 5,2–8,6 faizində piylənməni aşkar etməyib. Digər tərəfdən, 1,2–3,1 faizində piylənmə vəziyyətini olduğundan artıq qiymətləndirib. Əlavə antropometrik göstəricilərin nəzərə alınması piylənmənin müəyyən edilməsini 3,3–7,4 faiz artırıb.
Araşdırmanın diqqətçəkən nəticələrindən biri piylənmənin iki fərqli vəziyyətə ayrılmasıdır.
Klinik piylənmə – artıq piy toxumasının ürək-damar sistemi, böyrəklər və digər orqanların fəaliyyətinə, yaxud insanın gündəlik həyatına mənfi təsir göstərdiyi vəziyyətdir.
Kliniköncəsi piylənmə isə artıq piylənmənin mövcud olduğu, lakin hələ orqan funksiyalarında piylənmə ilə əlaqəli pozuntu yaranmadığı mərhələdir. Bu vəziyyət gələcəkdə müxtəlif xəstəliklərin inkişaf riskini artıra bilər.
Məlum olub ki, klinik piylənməsi olan insanlarda ölüm riski piylənməsi və orqan disfunksiyası olmayanlarla müqayisədə 69 faiz yüksəkdir. Kliniköncəsi piylənmədə isə bu göstərici 19 faiz təşkil edib.
Daha bir maraqlı nəticə ondan ibarətdir ki, kliniköncəsi piylənməsi olan insanların 77–91 faizində 10 il ərzində klinik piylənməyə keçid müşahidə edilməyib.
Alimlər hesab edirlər ki, piylənmənin diaqnostikasında yalnız tərəzidəki rəqəmə və BKİ-yə əsaslanmaq düzgün yanaşma deyil. Bel çevrəsi, piy toxumasının paylanması və orqanların funksional vəziyyəti də nəzərə alınmalıdır. Bu, həm xəstəliyin daha dəqiq müəyyənləşdirilməsinə, həm də müalicənin fərdi risklərə uyğun seçilməsinə kömək edə bilər.
Saglamolun.az
Mənbə: Nature
Saglamolun.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 13 Noyabr 2026 17:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















