Icma.az
close
up
RU
1 Nömrəli Bakı Tibb Kollecində müşavirə keçirilib FOTOLAR

1 Nömrəli Bakı Tibb Kollecində müşavirə keçirilib FOTOLAR

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Oktyabrın 12-də “B. Bağırova küç.13” ünvanı üzrə (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 Nömrəli Bakı Tibb Kolleci) ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib.

Müşavirədə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 Nömrəli Bakı Tibb Kollecinin direktoru Nailə Əliyeva, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Misir Mərdanov, YAP Yasamal rayon təşkilatının əməkdaşları və ərazi partiya təşkilatının üzvləri iştirak ediblər.

Müşavirə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Müşavirədə çıxış edən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 Nömrəli Bakı Tibb Kollecinin direktoru Nailə Əliyeva tədbir iştirakçılarını salamlayaraq təhsil müəssisəsində keçirilən bu görüşün xüsusi önəm daşıdığını diqqətə çatdırıb. O qeyd edib ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin gələcək inkişaf strategiyasını müəyyənləşdirən mühüm tarixi hadisədir. Azərbaycan Respublikasının Prezidenti, YAP-ın sədri cənab İlham Əliyevin qurultaydakı nitqi hər bir partiya üzvü, o cümlədən təhsil və səhiyyə işçiləri üçün aydın fəaliyyət proqramıdır. N.Əliyeva vurğulayıb ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 Nömrəli Bakı Tibb Kollecinin kollektivinin əsas məqsədi yüksək ixtisaslı, vətənpərvər və dövlətçilik prinsiplərinə sadiq orta tibb kadrları hazırlamaqdır. Kollecin pedaqoji heyəti cənab Prezidentin təhsilə və tibb sahəsinə göstərdiyi diqqət və qayğını hər zaman hiss edir və bu etimadı doğrultmaq üçün var gücü ilə çalışır.

Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev geniş və əhatəli nitqində Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli çıxışının ideoloji və siyasi mahiyyətindən bəhs edib. Bəxtiyar Nəbiyev bildirib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş Yeni Azərbaycan Partiyası bu gün cənab İlham Əliyevin müzaffər rəhbərliyi ilə ölkəmizin möhtəşəm Zəfərlərinin, ərazi bütövlüyünün və suverenliyinin tam bərpasının əsas siyasi təminatçısı kimi çıxış edir. B.Nəbiyev vurğulayıb ki, VIII Qurultayda qəbul edilən qərarlar və dövlət başçısının verdiyi tapşırıqlar partiya strukturlarının, xüsusən ərazi partiya təşkilatlarının fəaliyyətində keyfiyyətcə yeni mərhələ açıb. Dövrün çağırışlarına uyğun olaraq ideoloji işin gücləndirilməsi, gənc nəslin milli-mənəvi dəyərlər ruhiyyəsində tərbiyə olunması və ictimai fəallığın artırılması əsas vəzifələrimizdəndir. Təhsil müəssisələrində fəaliyyət göstərən ərazi partiya təşkilatlarının üzərinə xüsusi məsuliyyət düşdüyünü qeyd edən B.Nəbiyev diqqətə çatdırıb ki, gənc tibb işçilərinin savadlı, mənəviyyatlı və dövlətə sədaqətli ruha malik olması ölkəmizin genofondunun və gələcəyinin təminatıdır.

Çıxış edən YAP Veteranlar Şurasının üzvü Misir Mərdanov partiyanın keçdiyi şərəfli mübarizə yoluna nəzər salaraq, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin xilasındakı və YAP-ın təsis olunmasındakı müstəsna xidmətlərini xatırladıb. Misir Mərdanov bildirib ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan Zəfər tarixi Ulu Öndərin arzularının təntənəsidir. O, gənc pedaqoqları və gələcəyin tibb çalışanlarını tarixi ənənələrə sahib çıxmağa, partiya sıralarında fəallığı artırmağa və dövlətimizin maraqlarını hər şeydən üstün tutmağa çağırıb.

Çıxış edən “B. Bağırova küç.13”( Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 Nömrəli Bakı Tibb Kolleci) ərazi partiya təşkilatının sədri Könül Salahova rəhbərlik etdiyi ərazi partiya təşkilatının cari fəaliyyəti, sıralarının genişlənməsi və gənclərin partiya işinə cəlb olunması istiqamətində görülən tədbirlər barədə məlumat verib. K.Salahova vurğulayıb ki, Kollecin ərazi partiya təşkilatının üzvləri cənab Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn tapşırıqları fəaliyyət proqramı kimi qəbul edir. O, təşkilatın bundan sonra da partiya ideyalarının təbliği və kollektivdə həmrəyliyin daha da möhkəmləndirilməsi üçün əzmlə çalışacağını bəyan edib.

Müşavirənin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib və xatirə şəkli çəkdirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 Oktyabr 2026 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see358

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see322

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see315

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see309

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see307

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see302

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see295

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see288

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see281

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see259

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see256

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see248

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see246

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see243

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see241

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see237

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see225

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see225

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see203

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri