Icma.az
close
up
RU
Yelisey sarayı böhranla üz üzədir

Yelisey sarayı böhranla üz üzədir

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kütləvi etirazlar fonunda Makron siyasətinin iflası

Fransa respublikası tarixinin sosial-siyasi baxımdan ən gərgin dövrlərindən birini yaşayır. Gün keçdikcə dövlət idarəçiliyindəki struktur böhranı və iqtisadi tənəzzül bütün çılpaqlığı ilə üzə çıxır. Elə bu səbəbdən təşkil olunan kütləvi etiraz aksiyalarının artıq üçüncü həftəsidir. Görünür, vətəndaşların hakimiyyətə qarşı artan qəzəbi illərdir yığılan problemlərin və səhv siyasi qərarların nəticəsi olaraq ölkə miqyasında “parlamağa” başlayıb.

Prezident Emmanuel Makronun hakimiyyəti dövründə tətbiq edilən iqtisadi islahatlar və maliyyələşmə siyasəti cəmiyyətin əksər təbəqələri tərəfindən narazılıqla qarşılanır. Əhalinin alıcılıq qabiliyyətinin kəskin şəkildə aşağı düşməsi, inflyasiya dalğası və yaşayış xərclərinin qarşısıalınmaz artımı cəmiyyəti sərt seçim qarşısında qoyub. Mütəxəssislərin və siyasi təhlilçilərin fikrincə, Yelisey sarayının böhran vəziyyətlərində operativ və adekvat addımlar ata bilməməsi, eləcə də sosial dialoqdan yayınması ölkədəki gərginliyi qəsdən alovlandırır. Prezidentin rəqibləri və müxalifət dairələri mövcud sosial partlayışa görə birbaşa Makronun yarıtmaz idarəçilik modelini günahlandırırlar. Hakimiyyətin büdcə xərclərini azaltmaq cəhdləri və əhalinin həssas təbəqələrinin maraqlarını nəzərə almayan qərarları dövlət ilə cəmiyyət arasındakı etimad bağlarını tamamilə zədələyib. Son etirazlar zamanı nümayişçilərin səsləndirdiyi şüarlar və nümayiş etdirdikləri simvolik etiraz formaları da xalqın prezidentə olan inamını çoxdan itirdiyini açıq şəkildə nümayiş etdirir.

Daxili İşlər Nazirliyinin rəsmi hesabatlarına əsasən, ölkə üzrө keçirilən aksiyalarda təxminən 320 000 nəfər iştirak edib ki, bunun da 70 000 nəfəri Parisin payına düşüb. Lakin müstəqil həmkarlar ittifaqlarının yaydığı alternativ rəqəmlər vəziyyətin daha genişmiqyaslı olduğunu göstərir. Onların hesablamalarına görə, ümumi iştirakçı sayı yarım milyona yaxınlaşıb. Etiraz dalğası sadəcə paytaxtla məhdudlaşmayıb. Lion, Marsel, Nant və digər iri sənaye mərkəzlərində də küçələrə axışan minlərlə vətəndaş hökumətin siyasətinə etiraz edib. Xüsusilə Nant və Marseldə toqquşmalar aksiyanın kulminasiya nöqtəsinə çevrilib. Vəziyyətin nəzarətdən çıxmasının qarşısını almaq üçün Fransa hakimiyyəti genişmiqyaslı təhlükəsizlik tədbirlərinə əl atıb. Ölkə üzrə təxminən 70 000 hüquq-mühafizə əməkdaşı, o cümlədən respublikanın elit xüsusi təyinatlı qüvvələri – RAID və GIGN jandarm birləşmələri küçələrə yerləşdirilib. Paytaxt Paris başda olmaqla, Lion, Nant və digər şəhərlərdə polislə nümayişçilər arasında gərgin qarşıdurmalar yaşanıb. Asayişi qoruyan qüvvələr etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz, səs qumbaraları və su şırnaqlarından istifadə etməli olublar. Aparılan sərt əməliyyatlar nəticəsində ölkə üzrə yüzlərlə şəxs saxlanılıb. Hökumət nümayəndələri iğtişaşlar zamanı zərər çəkən yerli bizneslərə dəstək göstəriləcəyini və qanunsuzluq törədənlərin cəzalandırılacağını bəyan etsələr də, cəmiyyətdəki qəzəb səngiməyib.

Etiraz aksiyalarının ön cərgəsində məktəblilər, tələbələr və geniş dövlət qulluqçusu kütləsi dayanır. Onların əsas tələbləri ölkədəki təhsil sisteminin tənəzzüldən xilas edilməsi, sosial bərabərsizliyin aradan qaldırılması və gündəlik yaşayış xərclərinin tənzimlənməsidir. Gənclərin və təhsil işçilərinin prosesdə aktiv iştirakı böhranın gələcək nəsillərə və ölkənin intellektual potensialına təsirindən qaynaqlanır. Bununla yanaşı, hakimiyyət daxilində və hakim partiya dairələrində böhranın məsuliyyətini başqasının üzərinə yıxmaq cəhdləri diqqət çəkir. Hakimiyyət nümayişlərin radikallaşmasında və gərginliyin artmasında əsas məsuliyyəti ifrat solçu "Əyilməz Fransa" partiyasının üzərinə qoyur. Lakin müxalifət bu ittihamları rədd edərək, əsl səbəbkarın xalqın səsini eşitməyən və ölkəni idarə edə bilməyən iqtidar olduğunu vurğulayır.

"Euronews" kimi aparıcı beynəlxalq media qurumlarının və yerli analitiklərin diqqət mərkəzində olan hadisələr Fransanın yaxın gələcəkdə daha dərin siyasi islahatlara və ya hökumət səviyyəsində ciddi istefalara gedə biləcəyini göstərir. Hökumətin sosial dialoqdan yayınaraq yalnız inzibati və sərt polis tədbirlərinə söykənməsi cəmiyyətdəki qütbləşməni daha da dərinləşdirir. İqtisadi tənəzzül və artan yaşayış xərcləri fonunda xalqın səbr kasasının daşması ölkədə idarəolunmaz siyasi böhran mühiti formalaşdırır. Bəhs etdiyimiz nüanslar bizə söyləməyə əsas verir ki, Yelisey sarayının güzəştə getməkdən başqa alternativi qalmaya bilər. Əks təqdirdə, dərinləşən idarəetmə böhranı Fransanı daha uzunmüddətli sosial xaos və siyasi qeyri-sabitlik dövrünə sürükləyəcək.

Nəzrin ELDARQIZI

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Noyabr 2026 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see370

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see332

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see327

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see319

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see317

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see313

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see305

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see298

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see295

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see270

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see264

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see256

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see254

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see247

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see247

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see243

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see230

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see211

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see206

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri