1 nömrəli körpələr evində monitorinq APARILDI
Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) müstəqil monitorinq mexanizmi fəaliyyəti çərçivəsində uşaqların hüquqlarının təmin olunması vəziyyətinin araşdırılması məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Bakı şəhəri 1 nömrəli körpələr evində monitorinq həyata keçirilib.
Redaktor.az xəbər verir ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsinin monitorinqi və təşviqi üzrə monitorinq qrupu tərəfindən müəssisənin inzibati otaqlarına baxış keçirilib, orada olan uşaqların yaşayış şəraiti, sağlamlığının qorunması, qidalanmasının təşkili və hüquqlarının təmini vəziyyəti araşdırılıb.
1 nömrəli körpələr evinin rəhbəri tərəfindən Ombudsmanın nümayəndələrinə müəssisənin fəaliyyəti və buraya yerləşdirilən uşaqlarla bağlı ətraflı məlumat verilib.
Yekunda Monitorinq Qrupu tərəfindən qidalanmanın təhlükəsizliyinə nəzarət məqsədilə məhsulların nümunələrinin götürülüb saxlanılması, menyunun tərtibatı, dərman vasitələrinin saxlanma qaydaları və müəyyən edilmiş digər məsələlər üzrə müəssisə rəhbərliyinə tövsiyələr verilib, qanunvericilikdə uşaq müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə dair nəzərdə tutulmuş tələblər izah edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 11 Noyabr 2026 10:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















