Icma.az
close
up
RU
Nəsimi rayonunda yerləşən 1 nömrəli Körpələr evində Yeni il şənliyi keçirilib

Nəsimi rayonunda yerləşən 1 nömrəli Körpələr evində Yeni il şənliyi keçirilib

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 26 dekabr, AZƏRTAC

Nəsimi rayonunda yerləşən 1 nömrəli Körpələr evində Yeni il münasibətilə bayram tədbiri təşkil olunub.

AZƏRTAC xəbər verir ki, “Kiçik mələklərin qış nağılı” adlı şənlik Səhiyyə Nazirliyinin dəstəyi ilə keçirilib.

Sevgi və həmrəylik ruhunda təşkil olunan tədbir uşaqlar üçün əsl bayram ab-havası yaradıb. Körpələr müxtəlif rəqs proqramları ilə çıxış edib, mahnılar səsləndirib, hazırlanan səhnə kompozisiyalarında fəal iştirak ediblər.

Körpələr evinin baş həkimi Dürdanə Budaqova tədbirdə çıxış edərək bildirib ki, müəssisənin fəaliyyəti dövlətimizin sosial siyasətinin əsas istiqamətlərindən biri olan uşaqların sağlamlığının qorunmasına xidmət edir. Onun sözlərinə görə, körpələrin sağlam və təhlükəsiz mühitdə böyüməsi, hərtərəfli qayğı ilə əhatə olunması kollektivin əsas vəzifəsidir.

Dürdanə Budaqova qeyd edib ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva körpələr evlərinin fəaliyyətini daim diqqət və qayğı ilə əhatə edirlər. O vurğulayıb ki, bu diqqət və dəstək körpələr evlərində həyata keçirilən işlərin keyfiyyətinin daha da yüksəldilməsinə mühüm töhfə verir.

Baş həkim bildirib ki, körpələr evində çalışan əməkdaşlar üzərlərinə düşən məsuliyyəti dərindən dərk edir, öz peşə borclarını böyük fədakarlıqla yerinə yetirirlər. “Burada çalışan hər bir əməkdaş uşaqlara yalnız tibbi xidmət göstərmir, eyni zamanda, onlara ana qayğısı, sevgi və diqqət bəxş edir. Gecə-gündüz demədən körpələrimizin yanında olan əməkdaşlarımızın zəhməti əvəzolunmazdır”, – deyə o vurğulayıb.

Dürdanə Budaqova Səhiyyə Nazirliyinə və aidiyyəti qurumlara göstərdikləri diqqət və dəstəyə görə təşəkkürünü bildirib.

Çıxışında kollektivin birliyini və peşəkarlığını xüsusi vurğulayan baş həkim qeyd edib ki, uşaqların sağlam gələcəyi naminə görülən bu işlər böyük məsuliyyət və vicdan tələb edir. “Bizim əsas məqsədimiz körpələrimizin sağlam, təhlükəsiz və sevgi dolu mühitdə böyüməsini təmin etməkdir”, – deyə o əlavə edib.

Sonda Dürdanə Budaqova 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə kollektiv üzvlərini və körpələri təbrik edib, onlara xoşbəxt gələcək arzulayıb.

Tədbir bədii hissə ilə davam edib. Körpələr evinin sakinlərinin ifa etdiyi milli və xarici rəqslər, uşaqların iştirakı ilə nümayiş etdirilən səhnəciklər bayram əhvali-ruhiyyəsini daha da yüksəldib. Şaxta baba və Qar qızın səhnəyə çıxışı tədbirin ən sevilən və alqışlanan məqamlarından olub. Onlar uşaqlara bayram hədiyyələri təqdim edib, yeni il yolkası ətrafında balacalarla birlikdə rəqs ediblər.

Körpələr evinin əməkdaşları uşaqlara qoşularaq onların sevincinə şərik olublar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Dekabr 2025 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri