Icma.az
close
up
RU
1 nömrəli uşaq evində baş verən DƏHŞƏTLİ FAKTLAR “Mehriban xanım uşaq evinə gələndə bizə dedilər ki...”

1 nömrəli uşaq evində baş verən DƏHŞƏTLİ FAKTLAR “Mehriban xanım uşaq evinə gələndə bizə dedilər ki...”

Icma.az xəbər verir, Hurriyyet saytına əsaslanaraq.

“Sığınacaq üçün deputat Könül Nurullayevaya müraciət etdim, mənə bir bəy tapıb, ailə qurmağımı məsləhət bildi...”

2010-cu ildə valideynləri tərəfindən 3 uşaq Nizami rayonundan yerləşən 1 saylı uşaq evinə verilib. Həmin gündən bir çox kimsəsizlər kimi, bu uşaqların da qara günləri başlayıb. Valideyn himayəsindən məhrum olmaları bir yana, onlar üstəlik də uşaq evinin müəllimləri tərəfindən təhqir və təhdidlərə məruz qalıb.

Adının açıqlanmasını istəməyən xanım deyir ki, hələ də burada gördüklərinin, eşitdiklərinin, o cümlədən də direktorun və müəllimlərin hədə-qorxusunun təsirindədir. Amma bacısı hələ də orda olduğundan, başlarına gələnləri tam danışmaqdan çəkinir. Xanımın əməkdaşımıza verdiyi açıqlamaları olduğu kimi dərc edirik:

“Biz, 3 uşaq çox əziyyət çəkmişik. Hazırda mənim 20, bacımın isə 18 yaşı var. Bildiyimə görə, qardaşım əsgərlikdədir. Amma harada olduğu, necə olduğu haqqında ətraflı məlumatım yoxdur. Sığınacağım, bacımı və qardaşımı yanıma alacağım bir komam belə, yoxdur. Məni uşaq evinin rəhbəri Nərminə Zöhrabova çıxarıb çölə atdı ki, böyük qızsan, get işlə, harada da qalırsan qal, burada səni və sənin yaşında olanları saxlaya bilmərik. Halbuki, orada hazırda təhsil alan mənimlə yaşıd bir nəfər saxlanılır. Həmin şəxsin ata-anası da var. Amma hansı səbəbə görə olduğunu bilmirəm, onu indi də orada saxlayır.

Buradan sizin qəzet vasitəsilə valideynlərə yalvarıram, baxa bilməyəcəyiniz uşaqları dünyaya gətirməyin. Bunun əziyyətini biz çəkirik. Əlimizdə oyuncaq olmalı olduğu halda biz uşaq evində soyuq suda yağlı qabları yumağa məcbur edilmiş, yuya bilməyəndə isə çubuqla heydən düşənə qədər döyülmüşük. Siz valideynlər bunu bilməssiniz. Çünki uşağı dünyaya gətirsəniz də, o uşağın gələcəyini düşünmürsünüz.

Sizə 2010-cu ildən başımıza gələnlərdən danışım. Həyat nədir, çətinlik nədir, uşaq evində tanış oldum. Uşaq idik, başqaları kimi biz də nadinclik edib oynamaq, səs-küy salıb qışqırmaq, uşaqlığımızı yaşamaq istəmişik. Amma uşaq evinə qoyulan gündən bunların hamısı əlimizdən alınıb. Mən o zülmləri görmüş bir uşaq kimi təklif edirəm ki, uşaq evlərinə direktor və müəllimlərin bilmədikləri yerə səsli kameralar quraşdırılsın. O zaman müəllim heyətinin əsl üzünü görə bilərsiniz.

Maşınlarda təzə çörək, ərzaqlar gətirilirdi. Lakin biz orada olduğumuz müddətdə bir dəfə də təzə çörək yeməmişik. Quru və kifli çörəklər verilirdi.  Yedimiz ancaq borş və “qreçka” olub. Öz gözümüzlə görürdük ki, şirniyyatlar da gəlir. Hər birimizin ürəyi istəyirdi, amma vermirdilər. Müəllimlər və direktor evə gedəndə neçə-neşə paketləri özüləri ilə aparırdılar.

Birinci xanım Mehriban Əliyeva və qızı Leyla Əliyeva uşaq evinə gələndə bizə deyirdilər ki, tərifləməsən, ağzından nəsə çıxsa, axşam bilirik nə edəcəyik. Qorxumuzdan heç nə deyə bilmirdik. Dəfələrlə Leyla xanımın yanına yığılıb nəsə demək istəmişik, amma dərhal müəllimələr müdaxilə ediblər, imkan verməyiblər. Özümüzdə də qorxu var idi, axşam nələr edə bilərlər deyə fikirləşirdik.

Uşaq vaxtı müəllimlərdən biri başımı armatur qırığı ilə vurub yaralamışdı. Direktora isə “yıxılıb” dedilər. Amma direktor da yaxşı bilirdi ki, müəllimələr bizə işgəncə verir. Döyülən zaman onlara müqavimət göstərdikdə isə bizdən böyük uşaqlara tapşırırdılar ki, onu möhkəm döyün. Onlar da bizi döyürdülər. Bizi döyən uşaqlarla bizim aramızda fərq var idi. Onları müəllim heç vaxt döymürdü.

18 yaşım tamam olmuşdu. Nərminə xanım məni və bir neçə uşağı tək-tək orağına dəvət edərək, bir çox sənədlərə qol çəkdirdi. Səhəri gün bizə dedilər ki, siz öz razılığınızla buradan çıxıb gedirsiniz, burada sizə yer yoxdur. Deyəndə k, getmirik, bizə qol çəkdiyimiz sənədləri göstərdilər. Bundan sonra məni və bir neçə nəfəri qovub çölə çıxardılar. Çöllərdə qaldıq, günlərlə əziyyət çəkdik. Daha sonra bir neçə nəfər yığılıb, ev tutduq. Bacıma isə tapşırdım ki, qəti heç bir sənədə qol çəkmə. Çünki onun çöllərdə qalmağı mənim üçün daha da fəlakət olardı.

Oradan çıxan qızlardan biri hazırda 19 yaşında ana olub, yoldaşı isə yanında yoxdur. Başqa tanıdığım Əfsanə adlı qız isə “Neftçilər” metrostansiyası yaxınlığında dilənib, narkotik üçün pul yığır.

Uşaq evində çox pis hadisələrin şahidi olmuşam. Orada uşaqların dünya görüşlərini inkişaf etdirmirlər. Bizə əşya kimi baxırlar, gələcəyimizi düşünmürlər, şəxsiyyət kimi yanaşmırlar. Təhqir edib, bizi alçaldırlar.

Biz uşaq evində ət üzü görmürdük. Ətlər bükülüb paketlərdə müəllimlərin evlərinə gedirdi. Sanki o müəllimlələr aclıqdan çıxıb.

Prezidentin qərarına əsasən uşaq evindən çıxan uşaqlara ev verilməlidir. Ona da mane olurlar. Sənədlərimizi nazirliyə göndərməyimizə mane yaradırlar. Deyirlər ki, öz ana-atanız yiyə durmayıb, dövlət sizə niyə ev verməlidir?!

Məsələ ilə bağlı deputat Könül Nurullayeva və köməkçi Sabit bəylə görüşdüm ki, ev almağıma köməklik etsin. Dedim ki, ev ala bilməsəm də, heç olmasa müvəqqəti yaşamaq üçün bir yer versinlər. Könül xanım mənə bir bəy tapmağımı, ailə qurmağımı məsləhət bildi.  Bir də dediki, Milli Məclisə məktub yaz göndər. Onun dediyini də etdim. Amma mənə heç bir yol göstərmədilər.

Mən səlahiyyətli qurumlardan xahiş edirəm, uşaq evlərini güclü nəzarətdə saxlasınlar. Mənim kimi bir çox uşaqların da çöllərə atılmağına imkan verməyin. Bizim tufeyli həyat yaşamağımıza səbəb olanları cəzalandırın”.

Jalə FAMİLQIZI

P.S. 1 nömrəli uşaq evinin rəhbəri Nərminə Zövrabova ilə əlaqə saxlamaq mümkün olmadı. Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 04 Fevral 2025 00:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see282

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see270

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see246

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see243

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see166

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see160

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see153

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see144

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see138

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see136

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see136

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see132

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see130

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see130

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see127

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see126

Neymar və het trik

04 Dekabr 2025 09:17see125

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see125

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see124

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri