Icma.az
close
up
RU
1 saata məhv edərik, 25 ilə bərpa edə bilməzlər

1 saata məhv edərik, 25 ilə bərpa edə bilməzlər

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp İranla bağlı növbəti sərt açıqlama verib. O bildirib ki, ABŞ istəsə, İranın elektrik infrastrukturunu cəmi bir saat ərzində məhv edə bilər və bunun bərpası təxminən 25 il çəkə bilər.
Demokrat.az-ın məlumatına görə ABŞ–İsrail və İran arasında davam edən müharibə 13-cü gününə daxil olduğu dövrdə bölgədə gərginlik daha da artır. Vaşinqtona qayıdarkən Merilend ştatındakı Joint Base Andrews hərbi hava bazasında jurnalistlərin suallarını cavablandıran Tramp İranı açıq şəkildə xəbərdar edib.
O bildirib ki, ABŞ istəsə, Tehranın bəzi bölgələrinə və digər strateji obyektlərə zərbə endirə bilər. Trampın sözlərinə görə, belə bir addım İranın ölkəni yenidən qurmasını demək olar ki, mümkünsüz hala gətirər.
“Əgər istəsək, İranın elektrik infrastrukturunu vura bilərik. Onların elektrik gücünü bir saat ərzində tamamilə məhv edə bilərik və bunu yenidən qurmaq üçün 25 il lazım olar. Buna baxmayaraq, ideal olaraq belə bir addım atmaq istəmirik”, – deyə o bildirib.
Tramp həmçinin ABŞ-nin İranla əlaqəli qruplar barədə məlumatlı olduğunu qeyd edib. Onun sözlərinə görə, ABŞ kəşfiyyatı bu şəxslərin böyük hissəsinin harada olduğunu bilir və onları nəzarətdə saxlayır.
ABŞ daxilində İranla əlaqəli hüceyrələrin sayı barədə suala cavab verən Tramp bildirib ki, bu barədə ona brifinq təqdim olunub. O, keçmiş prezident Co Bayden administrasiyasının sərhəd siyasətini tənqid edərək, açıq sərhəd siyasəti səbəbindən ölkəyə çox sayda insanın daxil olduğunu iddia edib.
“Onların çoxunun harada olduğunu bilirik və düşünürəm ki, hamısını nəzarət altında saxlayırıq”, – deyə Tramp vurğulayıb.
Strateji neft ehtiyatlarının istifadəyə verilməsi ilə bağlı suala cavabında isə Tramp bildirib ki, ehtiyac yaranarsa, bu addım çox qısa müddətdə atılacaq və sonra ehtiyatlar yenidən doldurulacaq. İranın hərbi imkanlarına da toxunan ABŞ prezidenti deyib ki, İranın donanması, hava qüvvələri və effektiv hava hücumundan müdafiə sistemi demək olar ki, qalmayıb.
“Biz İranın üzərində demək olar ki, tam sərbəst şəkildə fəaliyyət göstəririk”, – deyə Tramp əlavə edib.
Həmçinin oxu:
​​​​​​​Zibilə atılan bu meyvə qabığı qırmızı ətdən daha faydalıdır
Ağaclar çiçək açana qədər evə mütləq vazelin alın — Səbəb
Kilosunu 30 manata alırıq: Xəstəlik yaradırmış — İllər sonra açıqlandı
O, həmçinin bölgədəki boğazlarda vəziyyətin yaxşı olduğunu iddia edib və İranın bəzi raketlərə malik olsa da, ümumi hərbi vəziyyətinin zəif olduğunu bildirib. Trampın sözlərinə görə, əsas məqsəd müharibəni qısa müddətdə qazanmaqdır.
İslam
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 12 Mart 2026 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see343

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see330

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see315

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see308

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see285

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see272

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see267

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see250

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see238

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see231

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see230

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see226

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see218

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see214

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see213

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see211

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see211

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see204

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see202

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri