Icma.az
close
up
RU
10 azarkeşin izlədiyi oyun, hər il 600 min manat xərclənən çempionat... 2 ci liqa kimə lazımdı?

10 azarkeşin izlədiyi oyun, hər il 600 min manat xərclənən çempionat... 2 ci liqa kimə lazımdı?

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

Bəli, ölkənin futbol təsərrüfatı uzun illərdi azarkeşsizlik sindromuyla mübarizə aparır. Ancaq 2-ci liqada durum daha bərbaddı.

Təsəvvür edin, AFFA-nın hər kluba illik 50 min manat verdiyi çempionatın oyunlarına ən yaxşı halda 100 azarkeş gəlir. Hətta PFL-in saytında yerləşdirilən bəzi protokollarda bu sayın 10-a qədər endiyinin şahidi oluruq. Təbii ki, ortaya xoşagəlməz mənzərə çıxır.
Belədə ağla bu suallar gəlir: futbolçuların öz qohum-əqrəbasının belə maraq göstərmədiyi matçların keçirilməsini zəruri edən amillər hansıdı?
Sualımızı PFL-in Media və Marketinq direktoru Sənan Abdullayev cavabladı:

“2-ci liqada problemlərin olacağı əvvəldən bəlli idi. Burda müsbət və mənfi tərəflər var. İstənilən halda, bölgələrdə futbolun olması müsbət haldı. Ötən il “Cəbrayıl”dan U-17 millisinə futbolçu cəlb edilmişdi. Təbii ki, 2-ci liqadan yuxarı liqalara kütləvi şəkildə keçidlər gözləyə bilmərik. Onsuz da bu çempionatın yaradılmasının əsas məqsədi bölgələrdə futbolun olmasıdı. Səmimi deyə bilərəm ki, 2-ci liqadaki bəzi futbol nümayəndələri çox böyük fədakarlıq göstərir. Onların potensialları nəinki 1-ci liqada, hətta premyer-liqada idarəçiliyə yetir. Sadəcə, 2-ci liqa klublarının əksəriyyətində xeyli azarkeşin stadiona gələ bilməsi üçün infrastruktur premyer-liqa səviyyəsində deyil. Bu məqamlar da sayda böyük rol oynayır. Habelə klublar da tribunalara daha çox tərəfdarın cəlb edilməsi yönündə işlər görməlidi. Amma bu o demək deyil ki, oyunlara 10-15 azarkeş gəlir deyə, klub fəaliyyətini dayandırmalıdı. Siz də xatırlayırsızsa, Rahid Əmirquliyevin öz bölgəsini təmsil edən komandada – “Şahdağ Qusar”da çıxış etməsi başqa futbol veteranlarının, həmçinin, daha çox azarkeşin tribunalara gəlməsinə səbəb olmuşdu. Düşünmürük ki, 2-ci liqanı yararsız, lazımsız saymaq olar. Burdakı komandalar 1-ci liqaya yüksəlmək şansına sahibdi. Məsələn, ötən il 2-ci liqada çıxış edən “Şəfa” bu gün 1-ci liqada liderdi. Göründüyü kimi, daha yaxşı hazırlıqla daha böyük uğurlar qazanmaq mümkündü”.

KƏNAN BAHADIR
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:94
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 24 Oktyabr 2025 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see276

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see259

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see189

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see177

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see162

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see147

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see144

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see136

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see135

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri