Icma.az
close
up
RU
10 gün, 4 sammit, vahid strateji mesaj...

10 gün, 4 sammit, vahid strateji mesaj...

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan üç qitədə: Bakı qlobal dünyanın aparıcı müzakirə masalarında

Azərbaycan son illərdə beynəlxalq münasibətlər sistemində nüfuzlu, etibarlı və fəal tərəfdaş kimi tanınmaqdadır. Xüsusilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə yalnız ölkəmizin ərazi bütövlüyünü təmin etmədi, həm də Azərbaycanın geosiyasi çəkisini tamamilə yeni səviyyəyə yüksəltdi. Bu Qələbə ilə Azərbaycan regionun təhlükəsizlik arxitekturasını dəyişdi, beynəlxalq diplomatiyada öz yönünü və istiqamətini diqtə etdi, prosesləri idarə edən bir dövlətə çevrildi. Beləliklə, Bakı artıq tək Cənubi Qafqaz regionunun deyil, Avrasiya məkanının siyasi koordinat sistemində əsas mərkəzlərdən biri kimi çıxış edir. Bakının qlobal dialoqda fəal iştirakı, beynəlxalq proseslərə realist və praqmatik yanaşması onu Avropa, Asiya və Afrika kimi üç fərqli qitədə cərəyan edən geosiyasi müzakirələrin mühüm iştirakçısına çevirib - biz proseslərin nüvəsində yer alırıq.

Bütün bu uğurlu proseslərin əsasında isə Prezident İlham Əliyevin məqsədyönlü xarici siyasət kursu dayanır. Dövlət başçısı yorulmadan Azərbaycanın milli maraqlarını qlobal səviyyədə müdafiə edir, ölkəmizi dünyanın müxtəlif regionlarında formalaşan siyasi gündəmlərin ayrılmaz hissəsinə çevirir. Məhz bunun nəticəsidir ki, Azərbaycan artıq hətta üzvü olmadığı beynəlxalq formatlarda da fəxri qonaq statusu ilə iştirak edir və qlobal problemlərin həllində aparıcı münasibət bildirən ölkələr sırasında yer alır.

Son on günün diplomatik mənzərəsi isə bu həqiqəti bir daha təsdiqlədi - Prezident İlham Əliyev Kopenhagendə Avropa Siyasi Birliyinin sammitində, Qəbələdə TDT-nin 12-ci Zirvə görüşündə, Düşənbədə MDB dövlət başçılarının zirvə toplantısında və Misirdə keçirilən Sülh Sammitində iştirak etməklə, Azərbaycanın beynəlxalq siyasətdəki çoxvektorlu və balanslı xəttini bir daha nümayiş etdirir. Nəzərə alınmalıdır ki, cəmisi bir neçə gün öncə ölkəmizdə - Qəbələdə TDT-nin Zirvə toplantısı baş tutub. Beləliklə, Bakı bu gün qlobal dünyanın ən fəal üzvü kimi ön sırada təmsil olunur.

Avropanın etibarlı tərəfdaşı...

Avropa məkanı Azərbaycanın strateji tərəfdaşı kimi daim prioritet mövqelərdən birinə sahib olub. Bakı uzun illərdir Avropa İttifaqı ilə enerji, nəqliyyat, təhlükəsizlik və humanitar sahələrdə mühüm əməkdaşlıq layihələrini həyata keçirir. Bu münasibətlər qarşılıqlı maraqlara əsaslanır: Avropa Azərbaycanın enerji resurslarını və sabitlik modelini etibarlı hesab edir, Azərbaycan isə Avropa ilə tərəfdaşlığı siyasi, iqtisadi və texnoloji modernləşmənin mühüm dayağı kimi qiymətləndirir.

Avropa Siyasi Birliyinin son sammitində Prezident İlham Əliyevin iştirakı bu etimadın təsdiqidir. Bu sammitdə Azərbaycanın iştirakı həm Avropa siyasi dairələrinin Bakıya olan etibarını, həm də Azərbaycanın Avropa məkanında yaranan proseslərə real təsir imkanına malik olduğunu göstərdi. Avropanın aparıcı ölkələrinin dövlət və hökumət başçılarının Prezident İlham Əliyevlə görüşmək üçün təşəbüs göstərməsi isə bunun faktoloji sübutuna çevrildi.

Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinin mühüm təminatçılarından birinə çevrilib. Avropa üçün Bakı Cənub Qaz Dəhlizi layihəsi strateji əhəmiyyət daşıyır. Bununla yanaşı, Azərbaycan Avropa ilə mədəni və humanitar sahədə də mühüm körpü funksiyasını yerinə yetirir. Bütün bunlar Azərbaycanın Avropada sabitlik və dialoq mərkəzinə çevrildiyinin göstəricisidir. Dövlət başçımızın Avropanın aparıcı beynəlxalq tədbirində Avropanın gələcək təhlükəsizlik arxitekturasının formalaşmasında iştirakı isə Bakının bu prosesdəki rolunu və yerini təsdiqləyir.

Asiyanın birləşdirici gücü...

Azərbaycanın çoxşaxəli diplomatiyasında ən mühüm istiqamətlərdən biri Mərkəzi Asiya da daxil olmaqla yaxın coğrafiya və ümumilikdə Asiya məkanı ilə əməkdaşlıqdır. Prezident İlham Əliyevin Düşənbədə keçirilən MDB dövlət başçılarının sammitində iştirakı bunun bariz göstəricisidir. Azərbaycan bu regionda uzun illərdir enerji, logistika və kommunikasiya layihələrinin təşəbbüskarı kimi tanınır. Bakı-Tbilisi-Qars dəmir yolu, Transxəzər beynəlxalq nəqliyyat dəhlizi, həmçinin Orta Dəhliz, Zəngəzur dəhlizi (TRİPP) kimi layihələr Asiya ilə Avropa arasında yeni münasibətlər sisteminin qurulmasına xidmət edir.

Bu gün Mərkəzi Asiya ölkələri Azərbaycanın timsalında etibarlı tərəfdaş, təcrübəli vasitəçi və inkişaf modelinə malik bir dövlət görürlər. Bakı həm siyasi sabitliyi, həm iqtisadi dinamizmi, həm də xarici siyasətdə mühüm prioritetləri ilə postsovet məkanında yeni əməkdaşlıq mədəniyyəti formalaşdırır.

MDB sammitində Prezident İlham Əliyevin çıxışları region ölkələri arasında həmrəylik, qarşılıqlı hörmət və əməkdaşlıq ruhunun gücləndirilməsinə xidmət etdi. Azərbaycan bu məkanın təkcə iqtisadi deyil, həm də mənəvi liderlərindən biri kimi qəbul edilir. Azərbaycanın apardığı geniş siyasi mahiyyətə malik kurs regionda yeni beynəlxalq münasibətlər sistemini qurur. Bölgənin təhlükəsizlik immuniteti gücləndirilir, qlobal proseslərə müdaxilə imkanları yaranır. Bu amil həm də TDT-nin funksionallığının artmasından tutmuş, Şərq-Qərb kontenti üzrə inteqrasiyanın yenilənməsi, dinamizm qazanması kimi aktiv müşahidə olunan proseslərdəki rolumuza nümunə sayıla bilər. Çin-Qərb xətti üzərində Azərbaycanın fərdi nüfuzu ilə yanaşı həm regional, həm də qlobal maraqların çarpazlaşma nöqtəsi olması uzlaşma meyllərini gücləndirir. Bununla da, yeni dövr üçün aktuallıq daşıyacaq əməkdaşlıq platformaları gündəmə gəlir, mövcud olanlar isə gücləndirilir.

Bakı Qlobal Cənubun aparıcı səsi kimi...

Günümüzün ən mühüm çağırışları məhz əməkdaşlığa və ortaq dəyərlərin bölüşdürülməsinə hədəflənir - çoxtərəfli platformalarda sıx əməkdaşlıq üçün yaradılan zəmin bəşəriyyətin ümumi problemlərinin həllində açar rolunu oynayır. Qlobal nizamın əsas dayaq nöqtələri isə müasir transformasiyaya uyğun olaraq tənzimlənir - etiraf olunur ki, qlobal problemlərin həllində, beynəlxalq iqtisadi-siyasi əlaqələrin oturuşmasında, hətta ən kəskin kataklizmlərin və toqquşmaların qarşısının alınmasında Qlobal Cənubun rolu artır. Bu gün etiraf edilir ki, beynəlxalq ədalətin səmərəli şəkildə müdafiəsində aparıcı funksiyanı məhz Qlobal Cənub üstlənib. Son illərdə Azərbaycan Yaxın Şərq, Körfəz və Afrika ölkələri ilə əlaqələrini sistemli şəkildə genişləndirir. Prezident İlham Əliyevin Misirdə keçirilən Sülh Sammitində iştirakı bu siyasətin məntiqi davamı idi. Bu sammit qlobal Cənub ölkələrinin sülh, sabitlik və ədalət tələblərini ifadə etdiyi mühüm platforma kimi dəyərləndirilir.

Azərbaycan bu müzakirələrdə özünün qlobal məsuliyyət daşıyan ölkə kimi rolunu bir daha təsdiqlədi. Bakı bu gün həm humanitar, həm enerji, həm də iqtisadi əməkdaşlıq istiqamətlərində Afrika və Yaxın Şərq ölkələri ilə yeni münasibətlər sistemi qurur. Azərbaycanın BMT və Qoşulmama Hərəkatı çərçivəsində fəaliyyəti bu regionlarda böyük hörmət qazanmasına səbəb olub. Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan pandemiya dövründə bir çox Afrika və Asiya ölkələrinə humanitar yardım etdi. Bu da Bakının qlobal Cənubun lider səsi kimi qəbul edilməsində mühüm rol oynadı. Misirdə keçirilən sammitdə Prezidentin iştirakı Azərbaycanın beynəlxalq arenada artan çəkisini və dünya ölkələri tərəfindən dialoq mədəniyyətinin simvolu kimi qəbul edilməsini göstərdi.

Prezident İlham Əliyev - Azərbaycanın beynəlxalq nüfuzunun əsas memarı

Qeyd edildiyi kimi, Azərbaycanın bu uğurlarının mərkəzində Prezident İlham Əliyevin çoxvektorlu və uzaqgörən xarici siyasəti dayanır. Dövlət başçısı son illərdə formalaşdırdığı müstəqil diplomatiya modeli ilə ölkəmizi beynəlxalq siyasətin ön cəbhəsinə çıxarıb. İlham Əliyev həm regional, həm də qlobal məsələlərdə aydın mövqeyə malikdir: Azərbaycanın milli maraqları və beynəlxalq fəaliyyəti bir-birini tamamlayır. Dövlət başçısının diplomatik fəallığı, şəxsi nüfuzu və beynəlxalq liderlər arasında etimad qazanması nəticəsində Azərbaycan bir çox beynəlxalq formatlarda maraqların uzlaşdırılmasını təmin edən ölkə kimi qəbul edilir.

Son on gün ərzində üç müxtəlif qitədə keçirilən zirvələrdə iştirak, İlham Əliyevin şəxsinə və rəhbərlik etdiyi dövlətə göstərilən yüksək etimadın, hörmətin və dəyərin real ifadəsidir. Bu, həm də Azərbaycanın diplomatiyasının uğurlu nəticəsi - ölkəmizin beynəlxalq sistemdə aparıcı mərkəzlərdən biri kimi tanınmasının göstəricisidir.

Azərbaycan - yeni qlobal düzənin etibarlı dayağı

Son 10 günün diplomatik hadisələri bir daha sübut etdi ki, Azərbaycan artıq təkcə regional lider deyil, qlobal dünyanın formalaşan nizamında etibarlı tərəfdaş, dialoq mərkəzi və sabitlik dayağıdır. Prezident İlham Əliyevin Avropa, Asiya və Afrika qitələrində keçirilən üç mühüm sammitdə iştirakı Azərbaycanın çoxşaxəli siyasətinin nəticəsidir.

Bu gün Bakı Qərblə Şərq, Şimal ilə Cənub arasında körpü rolunu oynayır. Azərbaycanın diplomatik fəallığı və İlham Əliyevin liderliyi beynəlxalq münasibətlərdə davamlılıq, əməkdaşlıq və sülh dəyərlərinə əsaslanan yeni model təqdim edir. Nəticə etibarilə, Azərbaycan XXI əsrin qlobal siyasətində öz səsini eşitdirən, dialoqa yön verən və etibarlı tərəfdaş kimi qəbul edilən dövlətlərdən biri kimi çıxış edir.

Pərviz SADAYOĞLU 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 14 Oktyabr 2025 08:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see193

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see192

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see179

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see166

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see162

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see160

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see159

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see155

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see154

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see147

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see146

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see142

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see141

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see136

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see136

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see135

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see135

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see132

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see129

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri