Noyabrın 4 də Brüsseldə Avrointeqrasiya üzrə sammit keçiriləcək
Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Noyabrın 4-də Brüsseldə genişlənmə üzrə sammit keçiriləcək və burada üzv dövlətlərin və üzvlüyə namizədlərin liderləri Avropaya inteqrasiyanı müzakirə edəcəklər.
"Report" xəbər verir ki, bu barədə "RBK-Ukrayna" "Euronews"a istinadən məlumat yayıb.
Qeyd olunur ki, tədbirdə Ukrayna Prezidenti Volodimir Zelenskinin çıxışı, Avropa İttifaqı Şurasının prezidenti Antonio Koştanın isə iştirakı gözlənilir.
Həmçinin Moldova və Serbiya liderləri Maya Sandu ilə Aleksandr Vuçiç tədbirə qatılacaq.
Bununla yanaşı, Albaniyadan Edi Rama, Monteneqrodan Milojko Spayiç və Şimali Makedoniyadan Kristian Mikoski, Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kosun iştirakı da müzakirə olunur.
Lakin Avropa liderlərinin iştirakının gözlənilən formatı hələlik məlum deyil.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 03 Noyabr 2025 19:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















