10 gün sonra bu ərazilər Azərbaycana təhvil veriləcək Erməni qoşunlar çıxarılır
Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan-Ermənistan sərhədinin Qazax-Tavuş istiqamətində demarkasiya işlərinə hazırlıq aparılır. Ermənistan tərəfi Əskipara-Bağanis yolu boyunca tikanlı məftillər çəkir. Bu o deməkdir ki, Ermənistan qoşunları hazırki mövqelərindən ən azı 500-600 metr geri çəkiləcək.
Turkustsn.az xəbər verir ki, bu barədə Açarkurt icma şurasının keçmiş üzvü Karen Qazaryan deyib.
O qeyd edib ki, aprelin 15-dən sonra demarkasiya işlərinə start veriləcək və erməni qoşunları mövqlərindən çıxarılacaq.
“Bu haqda hələ yanvar ayında məlumat almışdım. Hazırda qoşunlar eyni yerdə dayanıb, sadəcə müəyyən hazırlıq işləri aparılır. Son günlər Voskepar (Əskipara)-Bağanis yolunda tikanlı məftillər çəkilir. Anklav olan Yuxarı Əskiparanın təhvil veriləcəyini bilirik, lakin hazırda İcevan, Bərxudarlı, Sofulu yolunda müəyyən işlər görülür. Bu işlər başa çatdırılacaq və minaların təmizlənməsinə strat veriləcək. Əldə etdiyim məlumata görə, aprelin 15-dən sonra qoşunların çıxarılması həyata keçiriləcək”, - o bildirib.
Qeyd edək ki, Azərbaycan və Ermənistan sərhədin delimitasiyasının şimal istiqamətində - Qazax-Tavuş – davam etdirilməsi ilə bağlı razılığa gəlib.|publika.az
Baxış sayı:98
Bu xəbər 03 Aprel 2025 10:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















