TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri dəyişməyib
Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu barədə "Report" TAP-ın elektron platformasına istinadən xəbər verir.
Bu, yanvarın 5-dən 12-dək olan sifariş göstəriciləri ilə müqayisədə dəyişməz qalıb.
Yunanıstanın Komotini çıxış nöqtəsindən yanvarın 12-dən 20-dək hər gün üçün gündəlik sifarişlər ötən həftənin göstəricisi kimi 28 milyon 674 min 418 kVt/saat həcmində qeydə alınıb.
Yunanıstanın Nea Mesimvria çıxış nöqtəsindən yanvarın 12-dən 20-dək 30 milyon 346 min 301 kVt/saat həcmində sifariş alınıb. Bu, daha əvvəlki həftənin sifariş həcmi ilə müqayisədə eynidir.
İtaliyanın Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün 12-dən 20-dək 304 milyon 828 min 278 kVt/saat həcmində sifarişlər qəbul edilib. Bu da daha əvvəlki həftənin sifariş həcmi ilə müqayisədə sabit qalıb.
Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 12 Yanvar 2026 10:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















