Icma.az
close
up
RU
PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Vətəndaşlara təqdim olunan rəqəmsal xidmətlərin əhatə dairəsinin genişləndirilməsi məqsədilə “mygov” platformasında daha iki yeni xidmət istifadəyə verilib.

“Qafqazinfo” xəbər verir ki, artıq istifadəçilər mülki pilotsuz uçuş aparatlarının (PUA) dövriyyəsinə xüsusi icazənin verilməsi və PUA-ların dövlət qeydiyyatına alınması üzrə müraciətlərini rəqəmsal şəkildə “mygov” platforması üzərindən göndərə bilərlər.

Sözügedən xidmətlərin inteqrasiya prosesi İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə Dövlət Mülki Aviasiya Agentliyinin birgə əməkdaşlığı nəticəsində həyata keçirilib.

PUA-ların dövriyyəsinə xüsusi icazənin verilməsi ilə bağlı müraciətin göndərilməsi xidməti PUA-nın dövlət qeydiyyatına alınması ilə bağlı müraciətin təqdim edilməsindən əvvəl alınmalı olan ilkin rəsmi icazənin əldə olunmasını təmin edir. 

Bu xidmətə müraciət üçün “mygov” tətbiqinin əsas səhifəsində “Xidmətlər” bölməsinə keçid edilir, “Nəqliyyat” kateqoriyası seçilir və “Pilotsuz uçuş aparatlarının (PUA) dövriyyəsinə xüsusi icazənin verilməsi üzrə müraciətlərin göndərilməsi” xidmətinə daxil olunur. Daha sonra müvafiq məlumatlar yazılır, sənədlər yüklənilir və müraciət göndərilir. Vətəndaşlar veb-sayt vasitəsilə xidmətlərdən yararlanmaq üçün my.gov.az-a daxil olaraq “Xidmətlər” bölməsini açıb, “Qurumlar” altbölməsindən Dövlət Mülki Aviasiya Agentliyini seçə və müvafiq xidmətə keçid edə bilərlər.

Dövlət Mülki Aviasiya Agentliyi ərizəçi tərəfindən təqdim olunan qanunvericiliklə nəzərdə tutulmuş müraciət və sənədlərin uyğunluğunu yoxlayır, çatışmazlıq olduğu halda isə ərizəçiyə bu barədə məlumat verir. Müraciət uyğun olduqda və ya çatışmazlıqlar aradan qaldırıldıqda müraciət rəy alınması üçün müvafiq dövlət qurumlarına göndərilir. Bütün rəylər müsbət olduğu halda PUA-nın ölkə ərazisində dövriyyəsinə icazə verilməsi barədə yekun qərar qəbul edilir. Xüsusi icazənin verilməsi üçün PUA-nın əsas texniki parametrləri, məsafədən identifikasiya sisteminin və coğrafi zonaları təyinetmə funksiyasının mövcudluğu mütləq tələb olunur.

PUA-ların qeydiyyatı üzrə müraciətlərin göndərilməsi xidməti isə xüsusi icazə alındıqdan sonra həyata keçirilən növbəti mərhələdir və bu proses üzrə icraat Nazirlər Kabinetinin 2025-ci il 23 aprel tarixli 132 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mülki pilotsuz uçuş aparatlarının istismarı, qeydiyyata alınması və kateqoriyalara bölünməsi Qaydaları”na uyğun olaraq aparılır. 

Hər bir PUA-nın sahibi PUA-nı Azərbaycana idxal etməzdən əvvəl və xüsusi icazə aldıqdan sonra və ya Azərbaycanda istehsal etdikdən sonra 10 (on) iş günü ərzində onun dövlət qeydiyyatına alınması üçün müraciət etməlidir. Qeydiyyat sertifikatı 5 il müddətinə qüvvədədir və hər bir PUA-nın eyni vaxtda yalnız bir qeydiyyat sertifikatı ola bilər. 

Qeydiyyat müraciətinin göndərilməsi üçün tətbiqin əsas səhifəsində “Xidmətlər” bölməsindən “Nəqliyyat” kateqoriyasına keçilir, “PUA-ların dövlət qeydiyyatına alınması üzrə müraciətlərin göndərilməsi” xidməti seçilir, müvafiq məlumatlar yazılır, sənədlər yüklənilir və müraciət göndərilir. Eyni zamanda my.gov.az  saytına daxil olaraq “Xidmətlər” bölməsinə keçib “Qurumlar” altbölməsindən Dövlət Mülki Aviasiya Agentliyini seçə və müvafiq xidmətə keçid edə bilərlər.

Yeni xidmətlər PUA-ların dövriyyəsi və qeydiyyatı ilə bağlı prosesləri rəqəmsal müstəviyə daşıyaraq müraciətlərin daha rahat və əlçatan formada idarə olunmasını təmin edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 12 Yanvar 2026 10:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri