Icma.az
close
up
RU
10 il əvvəl hakimiyyətin həyata keçirdiyi layihələrin töhfələrini bu gün görürük

10 il əvvəl hakimiyyətin həyata keçirdiyi layihələrin töhfələrini bu gün görürük

Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Düşünürəmsə, demək ki, yaşayıram.
Bu, həyatın müdrik fəlsəfəsidir!
Yaşayıram, amma düşünə bilmirəm — bu isə həyatın faciəsidir.
Düşünmək sadəcə xəyala, fikrə qərq olmaq demək deyil. Düşüncə sahibləri məlumatları analiz edən, əlaqələr quran, səbəb və nəticə əlaqələrini dərk edib qərar verənlərdir. Yəni düşünmək həm də zehni bir fəaliyyətdir.
O cümlədən, varlığın, mənanın və dəyərin araşdırılması vasitəsidir. Düşünən insan həmişə özünü dərk edir: nə üçün var olduğunu, dünyaya niyə gəldiyini, nə etməli olduğunu bilir.
Yaşama fəlsəfəsini qəbul edib, amma düşünə bilməyən insanlar bu gün müasirliyin verdiyi imkanlardan istifadə edib özünü həyata müdrik insan kimi qələmə verib, məsləhətlər vermək iddiasındadırlar.
Amma onlar anlamırlar ki, bu dünya üçün ağır yükə çevrilən insanlar əslində baş ağrısına çevrilən insanlardir
Xüsusilə də dövlət idarəçiliyində iddialı olan şəxslər mütləq düşüncənin fəlsəfi prinsiplərinə riayət etməlidir.
Xəyala dalıb mənasız qərar verənlər, əslində siyasi idarəçiliyə yaxın belə getməməlidir, heç qoyulmamalıdır.Bəli, biz bilirik ki, bu gün dünyadakı iqtisadi savaşların yaratdığı əngəlləri aşmaq, buludları yarıb şəffaf səmaya qovuşmaq çox çətin bir prosesdir.
Və istənilən halda bu iqtisadi zərbələrdən yan qaça bilmərik. Dünyada olduğu kimi, bizdə də bu prosesin sosial-iqtisadi duruma təsiri göz qabağındadır.
Qlobal iqtisadiyyatın yaratdığı təlatümləri hər kəs dərk edir, hər kəs bilir. Bu təlatümlər süni yaradılan qlobalistlərin və derjavaların iqtisadi inflyasiya strategiyasının tələb və təklifləri ilə həyata keçirilir.
Biz hələ nəzərə alsaq ki, azad edilmiş torpaqlarımızda aparılan bərpa işləri, illərlə vandalların törətdiyi fəsadların aradan qaldırılması üçün xərclənən vəsaitlər mövcuddur — bu, dövlətin prioritet məsələsidir.
İnsanlarımızın doğma torpaqlara qayıtması hakimiyyətin qarşısına qoyduğu mühüm vəzifələrdəndir.
Onu da qeyd edim ki, iqtisadi blokda baş verən hadisələr fonunda daha böyük fəsadların qarşısını almaq üçün alternativ və operativ yolların həyata keçirilməsi, yeni proqram və planların hazırlanmasına ciddi yanaşmaq zəruridir.
Bütün bunları nəzərə almadan boşboğazlıq edib, düşünmədən yaşamağı seçən faciəli insanlar müasir dünyanın tələblərinə və standartlarına uyğunlaşa bilmirlər.
10 il əvvəl hakimiyyətin həyata keçirdiyi müəyyən layihələrin töhfələrini biz bu gün görür və yaşayırıq. O zaman həmin layihələr tənqid olunurdu, amma nəticə göz qabağındadır.
Bu gün də — bu gün üçün xoş qarşılanmayan, müsbət xarakterizə olunmayan, düşünməyənlər tərəfindən kəskin tənqid edilən tədbirlər planı zaman keçdikcə öz bəhrəsini verəcək.
Çünki biz artıq əminik ki, dövlətimizi idarə edənlər yalnız dövlətçilik maraqlarını və milli mənafeləri düşünərək, milli ideologiyamızın tərkib hissəsi olan, gələcəyə hesablanmış layihələri planlaşdırır və proqramlaşdırırlar.
Bəzilərinin hələ bunu anlamaq qabiliyyəti yoxdursa, bu artıq onların öz problemidir.
Həzrət Əlinin bir kəlamını yada salaq: “Hər şeyin ağıla, ağılın ədəb - ərkana ehtiyacı var.”
Bu gün üçün yaşayıb, gələcəyi düşünməyən insanlar ağıllı insanlar hesab oluna bilməz.
Ramil Hüseynov, "YENİ XƏTT" siyasi tədqiqatlar mərkəzinin rəhbəri
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 21 Aprel 2025 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see246

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see235

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see211

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see199

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see167

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see167

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see154

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see154

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see153

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see153

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see150

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see145

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see140

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see137

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see137

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see136

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see136

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri