10 il Leyli Məcnun kimi sevsəm də, ayrılanda 1 həftəyə unuduram
Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Müğənni Əminə Şirin verdiyi müsahibədə şəxsi həyatı ilə bağlı səmimi etirafları ilə diqqət çəkib.
Milli.Az xəbər verir ki, sənətçi ayrılıqlara münasibətindən danışaraq, çətin anları qısa müddətdə geridə qoymağı bacardığını bildirib.
"Mən xoşbəxt olmağı bacaran insanam. Mən ayrılıq yaşayanda da bir həftə, yaxud on günə unuduram. İstəyirsə, 10 il Leyli-Məcnun kimi yaşadığım münasibət olsun. Rahat ayrılıram. Amma o bir həftə ərzində elə yanıram ki, sonra öz külümdən çox gözəl şəkildə doğuluram", - deyə ifaçı qeyd edib.
Əminə Şirinin bu sözləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilərin bir qismi sənətçinin həyata baxışını və güclü xarakterini təqdir edib, digərləri isə onun ayrılıqlarla bağlı fikirlərini fərqli rakursdan dəyərləndirib.
Müğənninin açıqlaması qısa zamanda sosial mediada ən çox diqqət çəkən paylaşımlar sırasına daxil olub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Baxış sayı:157
Bu xəbər 13 İyul 2026 17:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















