10 il sonra qızı ilə üzə çıxdı Foto
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
2016-cı ildə “ O Səs Türkiyə” yarışmasının qalibi olan Emre Sertkaya 10 ildən sonra sosial media hesabında ata olduğunu açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, uzun müddətdir Türkiyədən uzaqda yaşayan Sertkaya qızı Noanın dünyaya gəldiyini emosional paylaşımı ilə elan edib.
O, həmçinin həyatının ən böyük hədiyyəsini verən sevgilisi Kamillaya təşəkkür edib.
“Həyatımıza xoş gəldin, gözəl qızımız Noa. Gecəmdə ay kimi, gündüzümdə günəş kimi parladın.
Həyatımın ən böyük hədiyyəsini mənə verən, bu möcüzəni ürəyi, bədəni və cəsarəti ilə dünyaya gətirən ən əziz sevgim, körpəmizin gözəl anası Kamillaya sonsuz təşəkkürlərimi bildirirəm”, - o bildirib.
Qeyd edək ki, o, 2016-cı ildə Gökhan və Hakan Özoğuzun komandasında yarışmış və qalib olmuşdu.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 18 Mart 2026 07:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















