Türkiyə və İran təbii qaz tədarükü ilə bağlı razılığa gəldilər
Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ankara və Tehran iyul ayında 25 illik sazişin başa çatmasından sonra İrandan təbii qaz tədarükünə dair müqaviləni daha beş il müddətinə uzatmaq barədə razılığa gəliblər.
Moderator.az ANKA agentliyinə istinadən xəbər verir ki, həcmlər dəyişməz qalıb və ildə təxminən 10 milyard kubmetr təşkil edir.
Razılaşma Türkiyənin dövlət şirkəti olan BOTAŞ ilə İranın Milli Qaz Şirkəti arasında əldə olunub.
Yeni müqavilənin qüvvədə olma müddəti 18 aprel 2032-ci ilə qədər müəyyən edilib. Qiymət formalaşdırma mexanizmi əvvəlki qaydada saxlanılıb.
Rusiya, Azərbaycan və ABŞ-dən sonra İran Türkiyəyə qaz ixrac edən ölkələr arasında dördüncü yerdə qərarlaşıb. Məlumata görə, 2025-ci ildə İran Türkiyəyə 7.7 milyard kubmetr təbii qaz tədarük edib ki, bu da ümumi idxal həcminin təqribən 13.2%-nə bərabərdir.
Agentlik qeyd edir ki, ümumilikdə 2025-ci ildə Türkiyə 58.4 milyard kubmetr qaz idxal edib və bu göstərici 2024-cü illə müqayisədə 11.73% artım deməkdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 24 Noyabr 2026 17:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















