Sabah ın baş məşqçisi Vikinq lə oyunöncəsi danışdı
Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Vikinq"in əvvəlki oyunlarda nələr etdiyini yaxşı bilirik. Bu matça da taktiki baxımdan digər qarşılaşmalara hazırlaşdığımız kimi hazırlaşmışıq.
Oxu.Az xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının əsas mərhələsində Norveçin "Vikinq" klubu ilə keçiriləcək oyun ərəfəsində təşkil olunan mətbuat konfransında deyib.
V.Dambrauskas rəqib komandanın oyunlarını təhlil etdiklərini bildirib:
"Onların əvvəlki oyunlarda nələr etdiyini yaxşı bilirik, bütün qarşılaşmalarını izləyirik. Bu komandanın güclü olduğunu görürük".
Baş məşqçi "Sabah"ın futbolçularının növbəti matça hazırlaşdıqlarını vurğulayıb:
"Bu oyun üçün 23 futbolçu hazırdır. Amma onlardan bir neçəsinin meydana çıxıb-çıxmayacağına axşam məşqindən sonra qərar veriləcək".
Mütəxəssis komandada əhval-ruhiyyənin yüksək olduğunu da qeyd edib:
"Mənim üçün əsas məsələ komandanın növbəti oyuna qədər bərpa olunmasıdır".
Qeyd edək ki, "Vikinq" - "Sabah" oyunu noyabrın 4-dən 5-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 04 Noyabr 2026 06:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















