10 mindən çox insanın Almaniyaya girişi qadağan edilib
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
2025-ci ilin mayında Almaniya sərhədlərində sərhəd nəzarətinin gücləndirilməsindən bəri 10 mindən çox insanın ölkəyə girişi qadağan edilib və gəldikləri ölkələrə geri qaytarılıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Tagesspiegel" qəzeti ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Girişi qadağan edilənlər arasında, həmçinin sığınacaq üçün müraciət edən 550 nəfər də olub.
Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt sərhədlərdə giriş qadağasını yüksək təsirli tədbir adlandırıb və əlavə edib ki, hər şey Almaniya və Avropa qanunvericiliyi çərçivəsində həyata keçirilir. Eyni zamanda, siyasətçi sərhəd nəzarətinin gücləndirilməsinin nə vaxta qədər qüvvədə olacağını dəqiqləşdirməyib.
Yayın əvvəlində Berlin İnzibati Məhkəməsi qərar verib ki, qaçqınlar sərhədi keçdikdən sonra Almaniyaya sığınacaq üçün müraciət etsələr, onların ölkəyə girişi qadağan edilə bilməz.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 26 Avqust 2025 16:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















