Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Dövlət başçısının Qarabağ və Şərqi Zəngəzura davamlı səfərləri bərpa və quruculuğu sürətləndirir

Qarabağ və Şərqi Zəngəzurda başlanan genişmiqyaslı quruculuq prosesi dövlət başçısının azad edilmiş ərazilərə mütəmadi səfərləri ilə birlikdə daha böyük məna kəsb edir. Ölkə başçısının birbaşa diqqət və qayğısı azad Qarabağın dirçəlişinin təməl daşıdır.

Noyabrın 6-da Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Cəbrayıl və Zəngilan rayonlarına səfərləri də bu baxımdan diqqət çəkir. Səfər çərçivəsində Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin, Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışları olub. Dövlət başçısı, eyni zamanda, Cəbrayıl rayonunda “Sunbeverage” MMC-nin alkoqolsuz içki istehsalı müəssisəsinin və Zəngilan Şəhər Təhsil Kompleksinin açılışlarında iştirak edib.

Soltanlı kəndinin birinci mərhələsinin açılışı Böyük Qayıdış proqramının növbəti mühüm nəticələrindən biridir. Araz çayının sahilində, Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolu üzərində yerləşən kəndin yenidən qurulması üçün 108 hektardan artıq ərazi nəzərdə tutulub. Ümumi layihəyə əsasən, burada 420 fərdi yaşayış evi inşa edilir. İkimərtəbəli və çoxmənzilli binalardan fərqli olaraq, evlərin hamısı birmərtəbəli layihələndirilib və həyətyanı sahələrlə təmin olunur. Soltanlıda yaşayış evləri ilə yanaşı, 140 yerlik uşaq bağçası, inzibati bina, həkim-tibb məntəqəsi, klub-icma mərkəzi, çoxfunksiyalı bina, Bayraq Meydanı, ticarət və ictimai iaşə obyektləri də yaradılır.

Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı da Böyük Qayıdışın coğrafiyasını genişləndirən hadisələrdəndir. Kəndin Baş planına əsasən, yaşayış məntəqəsinin ümumi ərazisi 179,5 hektar təşkil edir. Layihənin tam reallaşdırılması nəticəsində burada 573 ailənin, ümumilikdə 2520 nəfərin məskunlaşması nəzərdə tutulur. Birinci mərhələdə isə 1200 nəfərin yaşayışı üçün 242 fərdi evin inşası planlaşdırılıb. Cahangirbəylidə məktəb, uşaq bağçası, inzibati bina, klub-icma mərkəzi, tibb məntəqəsi, bazar kompleksi, idman-sağlamlıq mərkəzi və digər sosial obyektlərin yaradılması nəzərdə tutulur. Beləliklə, kənd sakinlərinin gündəlik ehtiyaclarını yaşayış məntəqəsinin özündə qarşılaya bilməsi üçün zəruri şərait formalaşdırılır.

Qeyd edək ki, dövlət başçısı Cahangirbəyli və Soltanlı kəndlərinə köçən sakinlərlə görüşüb, onlara yeni mənzillərin açarlarını təqdim edib. Bu məqam Böyük Qayıdışın praktiki nəticələrinin ən aydın ifadələrindən biridir. Əsas hədəf insanların doğma yurdlarında təhlükəsiz, rahat yaşaması, işləməsi, övladlarını böyütməsi üçün davamlı yaşayış mühitinin formalaşdırılmasıdır.

Məskunlaşma və məşğulluq

Prezidentin Cəbrayıl rayonuna səfəri çərçivəsində “Sunbeverage” MMC-nin alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirakı bölgənin iqtisadi potensialının reallaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Xatırladaq ki, müəssisənin təməli 2024-cü il oktyabrın 3-də Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. Layihənin ilkin mərhələsində 35 milyon manat investisiya yatırılması nəzərdə tutulub. İstehsal kompleksində qazlı və qazsız su, soyuq çay, soyuq qəhvə, limonadlar və təbii meyvə şirəli içkilərin istehsalı planlaşdırılıb. Layihə üzrə illik istehsal gücü 250 milyon PET şüşə və 350 milyon alüminium tənəkə qutu təşkil edir. Müəssisənin tam istehsal gücü ilə fəaliyyətə başlaması nəticəsində 300-ə yaxın Cəbrayıl sakininin işlə təmin edilməsi nəzərdə tutulur. İstehsalda alternativ enerji mənbələrindən istifadə və müasir texnologiyaların tətbiqi də layihənin əsas xüsusiyyətlərindəndir.

İlk növbədə, yerli istehsalın genişlənməsi alkoqolsuz içkilər bazarında daxili təklifin artmasına, idxaldan asılılığın azalmasına və ölkədən valyuta axınının məhdudlaşdırılmasına imkan verəcək. Digər tərəfdən, sənaye müəssisəsinin fəaliyyətə başlaması Cəbrayılda yeni məşğulluq imkanları yaradaraq əhalinin iqtisadi fəallığını yüksəldəcək. Səfər çərçivəsində Zəngilan Şəhər Təhsil Kompleksinin açılışının keçirilməsi də bu yanaşmanın sosial tərəfini tamamlayır. Təhsil müəssisələrinin istifadəyə verilməsi doğma yurda qayıdan ailələrin sosial təminatı, uşaqların keyfiyyətli təhsil alması və bölgədə daimi məskunlaşmanın möhkəmləndirilməsi baxımından vacibdir.

Dövlət təminatı və ümumxalq cəbhəsi

Qarabağ və Şərqi Zəngəzurda son 6 ildə həyata keçirilən bərpa-quruculuq işlərinin miqyası dövlət tərəfindən səfərbər olunan maliyyə resursları ilə də ölçülür. Ötən müddətdə bu ərazilərin bərpasına dövlət büdcəsindən 26 milyard manata yaxın vəsait ayrılıb.

Zəfərdən sonra ümumi uzunluğu 3 min 720 kilometr olan 64 avtomobil yolunun tikintisi həyata keçirilib. Onlardan 17-si, ümumilikdə, 1,4 min kilometr uzunluğunda yol artıq tamamlanıb. Eyni zamanda, bölgənin nəqliyyat əlçatanlığını artırmaq məqsədilə üç beynəlxalq hava limanı istifadəyə verilib.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulmasına dövlət büdcəsindən 1 milyard 761,4 milyon manat vəsait ayrılıb. Bunun 891,8 milyon manatı su təchizatı, meliorasiya, istilik, nəqliyyat və kommunal infrastruktura, 692,5 milyon manatı təhsil, səhiyyə və mədəniyyət layihələrinə, 177,1 milyon manatı isə digər istiqamətlərə yönəldilib. Vəsaitlərin bölgüsü dövlət investisiyalarının yaşayış üçün zəruri infrastrukturun qurulması, sosial xidmətlərin təşkili və iqtisadi fəaliyyətin genişləndirilməsi istiqamətlərini əhatə etdiyini göstərir.

Bölgənin iqtisadi potensialının reallaşdırılmasında özəl sektorun iştirakına xüsusi diqqət yetirilir. Sahibkarların fəaliyyətini stimullaşdırmaq məqsədilə vergi və gömrük güzəştləri tətbiq olunur. Hazırda işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün nəzərdə tutulan güzəştlərin müddəti 2033-cü il yanvarın 1-dək müəyyən edilib. İstehsal fəaliyyəti ilə bağlı idxal olunan maşın, texnoloji avadanlıq, qurğu və xammal üzrə ƏDV və gömrük rüsumlarından azadolmalar bu dəstəyin mühüm istiqamətlərindəndir. Mövcud mexanizmlər sahibkarların ilkin xərclərini azaltmaqla bölgəyə investisiya marağının artmasına şərait yaradır. Tətbiq edilən güzəştlər nəticəsində sahibkarlar indiyədək 17,4 milyon manat həcmində vergi və gömrük ödənişlərinə qənaət ediblər.

Aparılan quruculuq işlərinin nəticələri əhalinin qayıdış dinamikasında da özünü göstərir. Hazırda işğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın vətəndaşımız yaşayır, təhsil alır və işləyir. Noyabrın 1-nə olan məlumata görə, 41 min 213 keçmiş məcburi köçkün doğma yurdlarına qayıdıb. Ən çox məskunlaşma Ağdam rayonunda qeydə alınıb. Burada 8 min 300, Cəbrayılda isə 7 min 112 nəfər yaşayır.

Bölgədə iqtisadi fəallığın artması maliyyə sektorunun göstəricilərində də müşahidə olunur. Bu il avqustun 1-nə olan məlumata görə, Qarabağ iqtisadi rayonu üzrə kredit qoyuluşları 576 milyon manatı ötüb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz artım deməkdir. Şərqi Zəngəzur iqtisadi rayonunda isə kredit qoyuluşları 35,1 milyon manata çataraq illik müqayisədə 2,7 dəfə yüksəlib. Bu dinamika bölgədə sahibkarlıq fəaliyyətinin genişlənməsini və maliyyə resurslarına tələbatın yüksəlməsini səciyyələndirir.

Prezident İlham Əliyevin bölgəyə mütəmadi səfərləri bu prosesin ardıcıl şəkildə həyata keçirilməsi baxımından mühüm siyasi və idarəetmə əhəmiyyəti daşıyır. Dövlət başçısının tikinti-quruculuq işləri ilə yerində tanış olması, açılışlarda iştirakı, sakinlərlə görüşməsi və müvafiq tapşırıqlar verməsi müəyyən edilmiş hədəflərin icrasına diqqəti daim gündəmdə saxlayır. Soltanlı və Cahangirbəyli kəndlərinin birinci mərhələlərinin, Cəbrayılda istehsal müəssisəsinin və Zəngilan Şəhər Təhsil Kompleksinin istifadəyə verilməsi bu siyasətin növbəti nəticələridir.

Beləliklə, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq siyasəti doğma yurda qayıdışla yanaşı, yeni iqtisadi mərkəzlərin formalaşmasına, ölkənin istehsal və ixrac imkanlarının genişlənməsinə, regional inkişafda tarazlığın güclənməsinə xidmət edir. Bu ərazilərdə hər yeni açılış Böyük Qayıdışın növbəti mərhələsini və iqtisadi dirçəlişin yeni imkanlarını ifadə edir.

Asif İBRAHİMOV,
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti sədrinin müşaviri

Qarabağ və Şərqi Zəngəzurun iqtisadi dirçəlişi Azərbaycanın gələcək iqtisadi inkişafı baxımından strateji əhəmiyyət daşıyır. İşğaldan azad edilmiş ərazilərdə son illər həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri artıq yeni iqtisadi fəaliyyət mərhələsinə keçməkdədir. Yaşayış məntəqələrinin istifadəyə verilməsi, sənaye müəssisələrinin yaradılması, nəqliyyat və enerji infrastrukturunun qurulması regionun iqtisadi potensialını əhəmiyyətli dərəcədə artırır.

Prezident İlham Əliyevin Zəngilan rayonunun Cahangirbəyli, Cəbrayıl rayonunun isə Soltanlı kəndlərində birinci mərhələ üzrə görülən işlərlə bağlı tədbirlərdə iştirakı, eyni zamanda Cəbrayılda alkoqolsuz içkilər zavodunun fəaliyyətə başlaması bu prosesin mühüm göstəricilərindəndir.

Qarabağın iqtisadi dirçəlişinin ölkə iqtisadiyyatına təsirini bir neçə istiqamət üzrə qiymətləndirərdim. Əvvəla, Qarabağ və Şərqi Zəngəzur tarixən Azərbaycanın mühüm aqrar bölgələrindən biri olub. Bildiyiniz kimi, sovet dövründə işğal altında qalan ərazilərimiz Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi rayonlarını əhatə edirdi. Bu iqtisadi rayonlar Azərbaycan SSR-in iqtisadiyyatında əhəmiyyətli paya malik idi.

Həmin ərazilərin münbit torpaqları, su ehtiyatları və əlverişli təbii şəraiti kənd təsərrüfatının müxtəlif istiqamətlərinin inkişafına imkan verir. Taxılçılıq, heyvandarlıq, bağçılıq, üzümçülük və digər sahələr üzrə istehsalın genişləndirilməsi ölkənin ərzaq təhlükəsizliyinə də mühüm töhfə verə bilər.

Xüsusilə aqrar bölgədə emal sənayesinin inkişafına da diqqət yetirilməlidir. Çünki kənd təsərrüfatı məhsullarının ilkin formada satılması ilə emal edilərək hazır məhsul kimi bazara çıxarılması arasında əlavə dəyər baxımından ciddi fərq var. Regionda soyuducu anbarların, çeşidləmə, qablaşdırma və emal müəssisələrinin yaradılması fermerlərin gəlirlərini artıra, məhsul itkilərini azalda və ixrac imkanlarını genişləndirə bilər. Zəngilan Aqroparkı kimi layihələr bu istiqamətdə mühüm iqtisadi platformaya çevrilməlidir. Düşünürəm ki, bunun üçün kifayət qədər potensial mövcuddur.

Nəhayət, Zəngilanın coğrafi mövqeyi, beynəlxalq nəqliyyat dəhlizlərinə çıxış imkanları və regionda yaradılan infrastruktur Azərbaycanın tranzit potensialını artırır. Gələcəkdə bu ərazilərdə logistika mərkəzlərinin, anbar komplekslərinin və yükdaşıma xidmətlərinin inkişafı əlavə iqtisadi dəyər yaradacaq. Bu proses Azərbaycanın regional ticarət əlaqələrindəki mövqeyini də gücləndirə bilər.

Doğma yurd-yuvalarına qayıdan insanların iqtisadi həyata inteqrasiyası regionun uzunmüddətli inkişafı üçün həlledici amillərdən biridir. Yeni yaşayış məntəqələrində iş yerlərinin yaradılması, kiçik və orta sahibkarlığın inkişafı, fermer təsərrüfatlarının dəstəklənməsi və yerli biznes təşəbbüslərinin maliyyələşdirilməsi xüsusi əhəmiyyət daşıyır.

Nurlan ABDALOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:89
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Noyabr 2026 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see401

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see346

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see331

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see330

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see312

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see306

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see302

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see259

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see246

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see242

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see237

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see231

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see225

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see219

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see210

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see206

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see201

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see201

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see181

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri