Icma.az
close
up
RU
“10 nəfərdən 9da bu xəstəlik var”

“10 nəfərdən 9da bu xəstəlik var”

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Məlum olduğu kimi, ötən ay Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etdi. Dünya liderlərini bir araya gətirən bu vacib platforma həm də iqlim dəyişikliyinin yaratdığı fəsadlar, yoluxucu xəstəliklərin yayılması, çirklənmiş ətraf mühitin əhali sağlamlığı üçün ciddi təhlükə yaratmasına diqqət çəkdi. 

“Qafqazinfo” çirklənmiş hava və ətraf mühitin daha çox tənəffüs orqanlarına zərər vurduğunu nəzərə alaraq tənəffüs yolları və allergik xəstəliklər, onların icbari tibbi sığorta çərçivəsində müayinə və müalicə yollarını araşdırıb.  

Yeni Klinikanın uzman pulmonoloqu Çağla Xurşud Hüseynovanın sözlərinə görə, çoxmərtəbəli binaların inşası, avtomobillərin çoxluğu, havada tozun miqdarının artması ətraf mühitin çirklənməsinə səbəb olur. Bütün bunlar isə tənəffüs sistemi xəstəliklərinə yol açır: “Bir sıra xəstəliklər çirkləndiricilərin qatı halı olan partikul maddə ilə əlaqəlidir. Ümumdünya Səhiyyə Təşkilatının 2019-cu il üzrə araşdırmasına görə, ətraf mühit çirkliliyi 6,7 milyon insanın erkən ölümünə səbəb olub.  

Ətraf mühitin çirkliliyi ən çox ölümə yol açan ağciyər xərçəngi, ağciyərlərin xroniki obstruktiv xəstəliyi (AXOX), uşaqlarda ağciyərin yetərincə inkişaf edə bilməməsi, astma və digər xroniki xəstəliklərin artmasına, o cümlədən, insult, işemik ürək xəstəliklərinə səbəb olur”.

Həkimin sözlərinə görə, sadalanan xəstəliklərdən əziyyət çəkənlər icbari tibbi sığorta hesabına müalicə olunurlar. Pasiyentlərə icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində bronxoskopiya, spirometriya xidməti göstərilir. 

Bronxoskopiyadan həm müalicə, həm də diaqnostika məqsədilə istifadə edilir: “Ağciyər xərçənginə şübhə varsa, törəmədən forseps biopsi alıb diaqnozunu dəqiqləşdirə bilirik. Yaxud da xəstənin naməlum pnevmoniyası varsa, bu prosedur icra olunur. Eyni zamanda bronxoskopiyadan tənəffüs yollarına düşən yad cismin çıxarılmasında istifadə olunur. 

Bronxit, astma və ya əməliyyata gedəcək xəstələrin spirometriya ilə dəyərləndirilməsi lazımdır. Bu xəstəliklərin diaqnozunun qoyulması və xəstəliyin gedişinin təqibi spirometriya testi ilə edilir”. 

Xəstəxananın lor-cərrahı Nərmin Əyyubova da deyir ki, ekoloji problemlər son illər üst tənəffüs yolları xəstəliklərinin sayının artmasına səbəb olub. Həkimin sözlərinə görə, müşahidələr göstərir ki, 3-4 il əvvəl müayinə üçün müraciət edən 10 pasiyentdən 5-6 nəfərdə allergik rinit aşkarlanırdısa, indi 10 nəfərdən 9-da bu xəstəlik var. Bəzən yeni doğulmuş 2 aylıq uşaqda da allergik rinit olur. 

“Üst tənəffüs yolları infeksiyalarına istənilən yaş qruplarında rast gəlinir. Normalda bu xəstəliklər ölümlə nəticələnməsə də, bəzən ağırlaşmalar da ola bilir. Xüsusən 6 yaşdan aşağı uşaqlarda ağırlaşmalar daha çox görünür. Son dövrlər ətraf mühitin çirkliliyi rinitlərin, xüsusən allergik və vazomotor rinitlərin artmasına səbəb olub. Ətraf mühitin təsirindən burun balıqqulaqları böyüyür. Xəstə qrip əlamətlərindən əziyyət çəksə də, endoskopik müayinə zamanı burun balıqqulaqlarının hipertrofiyası olduğunu aşkarlayırıq. Aşağı burun balıqqulaqları icbari tibbi sığorta çərçivəsində əməliyyat edilir. Burun balıqqulağının tamamilə kəsilib götürülməsi, boş burun sindromu yaratdığına görə məsləhət görülmür. Həmçinin əməliyyata qədər xəstənin keçdiyi bütün analizlər, müayinələr, o cümlədən KT və MRT sığorta hesabına həyata keçirilir”, - N. Əyyubova qeyd edib. 

Həkim bildirib ki, ətraf mühitin çirklənməsi nəticəsində uşaqlarda adenoidlərin hipertrofiyasına çox rast gəlinir. 2-ci və 3-cü dərəcə adenoid olan uşaqlar da icbari tibbi sığorta çərçivəsində əməliyyat olunur. Xəstə əvvəlcə endoskopik müayinədən keçirilir. Daha sonra rentgenoqrafik müayinə ilə diaqnozu təsdiqlənir və əməliyyat olunur. 

Həmsöhbətimiz Aysel Atakişiyevanın sözlərinə görə, uzun müddət əziyyət çəkdiyi xəstəlikdən icbari tibbi sığorta hesabına əməliyyatla xilas ola bilib: “Allergik rinitdən əziyyət çəkirdim, nəfəsalma çətinliyim var idi, gecələr yata bilmirdim. Bir çox dərmandan istifadə etsəm də, qarşısını almaq olmurdu. Həkimə müraciət etdim, müayinə nəticəsində əməliyyata ehtiyac olduğu məlum oldu. Artıq bir aydır icbari tibbi sığorta hesabına əməliyyat olunmuşam və indi hər şey çox rahatdır. O vaxtdan heç allergiyam tutmayıb, dərmanlardan istifadə etmirəm, rahat nəfəs alıram”.  

Göründüyü kimi, ətraf mühitin təmizliyi insanların sağlam olması deməkdir. Təmiz ekoloji mühitdə isə tənəffüs yollarını qorumaq üçün gigiyenik qaydalara əməl etmək kifayətdir. 

Gülnar Əliyeva

Foto: Xəyal Vəlizadə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:191
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 27 Dekabr 2024 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana görə Misir Bankının filiallarında araşdırma başladı

30 Avqust 2026 10:46see367

İkra yeməsəm, bu qədər gözəl ola bilərəm? (Video)

30 Avqust 2026 14:09see319

Zaur özü də bilmədən Elməddinin sirrini açdı

31 Avqust 2026 02:15see294

Toyda Nəfəslə bəyin rəqsi gündəm oldu (Video)

30 Avqust 2026 12:17see275

Dağıstanda təxminən 33 min abonent işıqsız qalıb

30 Avqust 2026 14:34see266

Hava kəskin DƏYİŞƏCƏK: Güclü yağış, sel, külək XƏBƏRDARLIQ

30 Avqust 2026 10:31see254

“Kurtlar vadisi”nin “Deryası”ndan “Polat” haqda şok sözlər (Foto)

30 Avqust 2026 15:51see232

Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin

31 Avqust 2026 04:04see225

Trampdan sərt ittihamlar: Vicdansız media

30 Avqust 2026 23:54see222

Qızı Rüfət Axundovu sevindirdi ÖZƏL

30 Avqust 2026 19:48see219

Qırmızı və yaşıl almaların faydaları Hansını yemək daha yaxşıdır?

31 Avqust 2026 03:05see216

Oksana Rəsulovanın azyaşlı ilə bağlı paylaşımı gündəm oldu VİDEO

30 Avqust 2026 14:52see214

Şəkidə beynəlxalq şərab turizmi konfransı keçirildi 800 dən çox qonaq festivalda iştirak etdi

31 Avqust 2026 14:07see213

Həkimlər dəhşətli bir diaqnoz qoyublar…

30 Avqust 2026 20:49see206

Qədim şəhərin divarları rənglərin dili ilə danışanda

31 Avqust 2026 14:46see202

Orqanizminizdə iltihab varsa qəhvə için

31 Avqust 2026 02:04see200

Rusiya marafon yarışına “İsgəndər”lə hücum etdi Ölənlər var

30 Avqust 2026 18:05see197

Fizioterapiya ilə bağlı vacib məqamlar Səhiyyə Nazirliyinin mütəxəssisi açıqladı

31 Avqust 2026 11:56see195

Ermənistanda siyasi DƏYİŞİKLİK: Paşinyan rəqiblərinə qarşı hərəkətə keçdi

30 Avqust 2026 22:25see193

Səhər oyananda bunu edənlər gün ərzində daha enerjili olur

30 Avqust 2026 12:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri