Icma.az
close
up
RU
10 ölkə birgə bəyanat yayıb XƏBƏRDARLIQ

10 ölkə birgə bəyanat yayıb XƏBƏRDARLIQ

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın tarif siyasətinin əks-sədası davam edir. 

Aralarında Çin, Yaponiya və Cənubi Koreya da daxil olmaqla 10 ölkə birgə bəyanat yayıb. Açıqlamada ticarətdə proteksionist yanaşmaların artdığı barədə xəbərdarlıq edilib. 

“Cebheinfo.az” xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın digər ölkələrə tətbiq etdiyi rüsumlara reaksiyalar davam edərkən, Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) ölkələrinin maliyyə nazirləri “ticarətdə qoruyucu rəftarların artdığı” barədə xəbərdarlıq ediblər. 

ABŞ Prezidenti Trampın tarifləri gündəmdə qalarkən, Çin, Yaponiya və Cənubi Koreya da daxil olmaqla ASEAN+3 ölkələrinin maliyyə nazirləri birgə yazılı açıqlama verib. Açıqlamada ticarətdə proteksionist münasibətin artdığı, bunun investisiya və iqtisadiyyat kimi sahələrdə qlobal təsirləri və iqtisadi parçalanmaya səbəb ola biləcəyi vurğulanıb. 

Bəyanatda ASEAN+3 ölkələrinin qaydalara əsaslanan azad, ədalətli və şəffaf çoxtərəfli ticarət sisteminə sadiqliyi vurğulanıb, regionda iqtisadi sabitlik üçün birliyin və əməkdaşlığın artırılmasına çağırış edilib. Çinin iqtisadi rəhbərliyinin aparıcı şəxsləri ABŞ Prezidenti Donald Trampın tarif siyasətləri ilə bağlı artan ticarət gərginliyi və iqtisadi qeyri-müəyyənlik fonunda ASEAN ölkələrini əməkdaşlığı dərinləşdirməyə çağırıb. 

Çinin maliyyə naziri Lan Foan və Çin Mərkəzi Bankının (PBoC) sədri Pan Qonqşeng İtaliyanın Milan şəhərində keçirilən ASEAN+3 Maliyyə Nazirləri və Mərkəzi Bank Rəhbərləri Toplantısında iştirak ediblər. ASEAN-a üzv olan 10 ölkə və Çin, Yaponiya və Cənubi Koreyanın nümayəndələrinin bir araya gəldiyi toplantıda çıxış edən maliyyə naziri Foan Çinin makro siyasət koordinasiyasını gücləndirmək, ticarət və investisiya əlaqələrini dərinləşdirmək, istehsal və təchizat zəncirlərinin sabitliyini təmin etmək üçün regional tərəfdaşları ilə işləməyə hazır olduğu mesajını çatdırıb. 

Foan dünyanın dərin iqtisadi dəyişikliklərin yaşandığı bu dövrdə qloballaşmaya qarşı dalğanın inkişaf etdiyinə, birtərəflilik və proteksionizmin gücləndiyinə, qeyri-sabitlik və qeyri-müəyyənliyin artdığına diqqət çəkib. Mərkəzi Bankın sədri Pan çıxışında, həmçinin ASEAN+3 ölkələri tərəfindən 2000-ci ildə imzalanmış çoxtərəfli valyuta mübadiləsi sazişi olan Chiang Mai Təşəbbüsünün regional maliyyə təhlükəsizliyi şəbəkəsi kimi gücləndirilməsinin zəruriliyinə diqqət çəkib. 

Çin yuanı kimi ABŞ dollarından başqa sərbəst istifadə edilə bilən valyutalarla maliyyələşdirilə bilən sürətli bir maliyyə alətinin yaradılmasının CMI daxilindəki qaynaqları genişləndirəcəyini və regionun beynəlxalq pul sisteminin şaxələndirilməsi baxımından təməlqoyma olacağını vurğulayan Pan region ölkələrini ABŞ-nin tarif artımlarına qarşı ortaq mövqe nümayiş etdirməyə çağırıb. 

İştirakçılar razılaşıblar ki, CMI daha da inkişaf etdirilməli və Beynəlxalq Valyuta Fondu (BVF) çərçivəsində institusionallaşdırılmaqla daha effektiv olmalıdır. 2000-ci ildə Dünya Bankının Taylandın Çianq May şəhərində keçirilən illik toplantısında bir araya gələn ASEAN+3 ölkələri Asiya Maliyyə Böhranından sonra qısamüddətli regional likvidlik problemlərini həll etmək və BVF-dən asılılığını azaltmaq üçün çoxtərəfli valyuta mübadiləsi sazişi imzalayıblar. 2010-cu ildə qüvvəyə minən müqavilə ilə 120 milyard dollarlıq maliyyə fondu yaradılıb, 2012-ci ildə bu məbləğ 240 milyard dollara çatdırılıb. 

Nigar 
“Cebheinfo.az”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 May 2025 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see506

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see357

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see297

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see293

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see281

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see263

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see240

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see234

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see229

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see222

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see219

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see217

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see213

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see212

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see208

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see197

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see188

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see180

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri