İspaniyada üçgünlük matəm elan olundu
Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İspaniyanın Əndəlüs muxtar vilayətinin hakimiyyəti Toledo əyalətində baş verən ağır qatar qəzasında həlak olanların xatirəsinə üçgünlük matəm elan edib.
Milli.Az xəbər verir ki, bu barədə region hökumətinin rəhbəri Xuan Manuel Moreno "X" sosial şəbəkəsindəki hesabında məlumat yayıb.
"Biz Əndəlüsdə bu gündən başlayaraq gələn şənbəyə - 31 oktyabradək üçgünlük rəsmi matəm elan edirik. Dəhşətə gəlmişik. Bütün Əndəlüs bu dəmir yolu qəzasından zərər çəkənlərlə birlikdə kədərlənir", - deyə o qeyd edib.
Xatırladaq ki, "El Espanol" nəşrinin son məlumatlarına görə, İspaniyanın Toledo əyalətində iki sürət qatarının toqquşması nəticəsində həlak olanların sayı 64 nəfərə çatıb, 179-dan çox insan isə yaralanıb.
Hadisə Madrid-Sevilya marşrutu ilə hərəkət edən "Renfe" şirkətinə məxsus AVE sürət qatarının yolda dayanmış "Iryo" özəl daşıyıcı şirkətinin qatarına çırpılması nəticəsində baş verib. Zərbənin gücündən bir neçə vaqon relsdən çıxaraq bənddən aşıb. Ərazidə qatarların hərəkəti tamamilə dayandırılıb, aidiyyəti qurumlar faciənin səbəblərini araşdırır.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Baxış sayı:95
Bu xəbər 28 Oktyabr 2026 18:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















