10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
Icma.az, Qol.az saytına istinadən bildirir.
Argentina millisinin baş məşqçisi Lionel Skaloni 10 oyunluq cəza alan yarımmüdafiəçi Leandro Paredesin komandadakı gələcəyindən danışıb.
QOL.az xəbər verir ki, mütəxəssis 32 yaşlı futbolçunun milli komandaya qayıtması üçün qapıların açıq olduğunu bildirib:
“Paredes Argentina millisinin bir hissəsidir. Onunla danışmamışam, amma o, milli komandanın əsl veteranıdır. Ona dəyər veririk və komandada görmək istəyirik. Milli komandanın qapıları onun üzünə açıqdır, çünki o, mükəmməl futbolçudur”.
Qeyd edək ki, Paredes avqustda 2026-cı il dünya çempionatının finalında İspaniyaya 0:1 hesabı ilə uduzduqları oyundan sonra baş verən insidentə görə FİFA tərəfindən 10 oyunluq cəzalandırılıb. O, həmçinin 90 min ABŞ dolları məbləğində cərimələnib.
Xatırladaq ki, Paredes Argentina millisinin heyətində dünya çempionu və ikiqat Amerika Kuboku qalibidir. O, yığmada 84 oyun keçirib və 5 qol vurub.
Bizi İnstaqramda izləmək üçün kliklə!
Baxış sayı:65
Bu xəbər 30 Sentyabr 2026 21:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















