10 qəpikdən domino oynadılar 3 min cərimələndilər
Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ağdaş rayonu Yuxarı Ləki kəndində çayxanada 10 qəpikdən domino oynayan şəxslər saxlanılıb.
Ölkə.az-ın Qaynarinfo-ya istinadən məlumatına görə, kənd sakinləri - C.G, M.N və D.V pulla domino oynayıblar.
Məhkəmədə onların polis əməkdaşlarını görən pulları masanın üzərindən götürüb gizlətdikləri bildirilib. Polis əməkdaşının "niyə qumar oynayırsız" sualına cavab olaraq şəxslərdən biri "10 qəpikə oyun oynadıqlarını" bildirib.
Məhkəmənin qərarı ilə hər üç şəxs İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinib və 3 min manat cərimə ediliblər.
Baxış sayı:94
Bu xəbər 27 Noyabr 2024 17:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















