Braziliyada hava şəraiti səsverməni çətinləşdirir
Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
Braziliyada keçirilən prezident seçkilərinin ikinci turunda səsvermə prosesi ölkənin bir sıra bölgələrində davam edən əlverişsiz hava şəraiti fonunda baş tutur.
Redaktor.az TASS agentliyinə istinadən xəbər verir ki, səhər saatlarından başlayaraq Rio-de-Janeyro şəhərində və ölkənin cənub-şərq vilayətlərində şiddətli yağışlar müşahid olunur.
Rio-de-Janeyroda baş verən kəskin daşqınlar şəhərin bir neçə hissəsində nəqliyyatın hərəkətində ciddi axsamalara səbəb olub. Məlumata görə, hava şəraiti ilə əlaqədar seçki məntəqələrində sıxlıq və uzun növbələr qeydə alınmır, seçicilər yağışın kəsməsini və hava şəraitinin nisbətən düzəlməsini gözləməyə üstünlük verirlər.
Xatırladaq ki, prezident seçkilərinin ilk turunda keçmiş dövlət başçısının oğlu Flavio Bolsonaro səslərin 47.04 faizini toplayaraq hazırkı prezident Luis İnasio Lula da Silvanı (45.15%) geridə qoymuşdu. Namizədlərdən heç biri ilk turda 50 faizlik həddi aşa bilmədiyi üçün dövlət başçısının adı məhz bu gün keçirilən ikinci tur səsverməsində dəqiqləşəcək.
Qeyd edək ki, səsvermə ərəfəsində Lula da Silvanın seçki qərargahı ABŞ-nin "Meta" şirkətini Braziliyadakı seçki prosesinə qanunsuz müdaxilə etməkdə ittiham etmişdi.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 25 Oktyabr 2026 16:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















