Rusiyadan Ukrayna ilə bağlı yeni addım: noyabrın 4 dən sonra…
Turkstan.az saytına istinadən Icma.az xəbər verir.
“Rusiya noyabrın 4-dən sonra Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı üçtərəfli danışıqları bərpa etməyə hazırdır”.
Turkustan.az xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Kremlin nümayəndəsi xatırladıb ki, Rusiya sentyabrın 18-20-də keçirilən Dövlət Dumasına seçkilərdən sonra danışıqları bərpa etməyə hazır idi.
Lakin onun sözlərinə görə, Ukrayna tərəfi bu razılaşmanın həyata keçirilməsini pozub:
“Daha əvvəl üçtərəfli məsləhətləşmələr üçün mümkün platforma kimi Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi nəzərdən keçirilirdi. İndi növbəti son tarix noyabrın 4-dür – bizim böyük bayramımızdır («Xalq Birliyi Günü» – red.). Bundan sonra danışıqları bərpa etməyə hazır olacağıq”.
Uşakov qeyd edib ki, fasilədən sonra Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı üçtərəfli danışıqların ilk mərhələsi ilkin tanışlıq xarakteri daşıyacaq:
“Buna görə də həmin görüşdən böyük gözləntilər olmamalıdır”.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin daha əvvəl Ukrayna münaqişəsinin nizamlanması üzrə üçtərəfli formatda danışıqları bərpa etməyə hazır olduqlarını açıqlamışdı. O, bu danışıqların məqsədinin yekun sülh sazişlərinə nail olunduqdan sonra Rusiya və Ukraynanın təhlükəsizlik təminatlarını müzakirə etmək olduğunu bildirmişdi.
Putin vurğulamışdı ki, bu məsələ müzakirə edilərkən bütövlükdə Avropanın təhlükəsizlik arxitekturası da nəzərdən keçirilməlidir./Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 25 Oktyabr 2026 16:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















