Icma.az
close
up
RU
100 günün, həsrətin və toy günümüzün hekayəsi

100 günün, həsrətin və toy günümüzün hekayəsi

Icma.az, 525.az saytına istinadən bildirir.

Hörmətli redaksiya!

Mən Vətən müharibəsi iştirakçısının həyat yoldaşıyam. 2020-ci ilin sentyabrından dekabr ayına qədər olan 100 günlük gözlənti, narahatlıq, toy günümüzə təsadüf edən Şuşa qələbəsi və bir əsgər həyat yoldaşının keçirdiyi hissləri qələmə almışam.

Bu mənəvi hekayənin oxucularınız üçün dəyərli olacağını düşünərək qəzetinizdə dərc olunması üçün sizə təqdim edirəm.

Hörmətlə,

Arzu ƏMİRLİ

20 sentyabr... Hər şeydən xəbərsiz, sakit bir gecəyə yatmışdıq. Yuxuma Tovuz döyüşlərinin şəhidi, Milli Qəhrəman İlqar Mirzəyev girmişdi. Onu sağ görürdüm. Yuxuda ürəyim çırpınırdı ki, ailəsinə xəbər verməliyəm, onun sağ olduğunu bilsinlər...

21 sentyabr səhər saat 8 radələrində telefonun zənginə oyandım. Hərbi komissarlıqdan zəng edib, Aslanı çağırdılar. Nə baş verdiyini bilmirdik - ya da o bilirdi, amma mənə bildirmirdi. "Səni işə yola salıb gedərəm" dedi. Lakin səhər yeməyinə əyləşməyə macal tapmamış qapı döyüldü. Arxasınca xəbər göndərmişdilər... Nə sağollaşa, nə görüşə bildik. Ağlıma gəlmədi gedib qayıtmaz deyə. O getdi, mən də hazırlaşıb işə yollandım. Sahil metrosundan çıxanda zəng vurdu: "Təlimə aparırlar, 1 həftəlikdir". Ayaqlarım titrədi, geri qayıtsam da, gedib çatmayacaqdım. Amma yenə də pis heç nə gətirmədim ağlıma. İşə çatanda xəbərlər yayılmağa başladı. Kimsə qardaşının, kimsə dostunun çağırıldığını deyirdi. Amma hələ "müharibə" kəlməsi dillərə gəlmirdi - bəlkə də deyilirdi, sadəcə mənim qulaqlarım eşitmirdi...

Aslan ara-sıra mesaj yazırdı: "Həftə sonuna buraxacaqlar..." Gözləyirdim. Sonra xəbər yolladı ki, telefonları yığırlar. Həftə sonuna çatırdıq... 26 sentyabr zəng vurub "Bizi buraxmırlar, bir az da qalası olduq" dedi. Bakıda olduğunu bilmək mənə yetirdi, narahatlığımı bu təskinliklə susdururdum.

27 sentyabr... Səhər bütün televiziya kanalları müharibənin başlanmasından danışırdı. Ürəyimiz ağzımızda xəbər gözləyərkən Aslan zəng vurdu: "Biz Füzuliyə gedirik. Özünüzə yaxşı baxın, narahat olmayın, imkan olduqca zəng edəcəm". O dəqiqələr gözümün önündən heç vaxt silinməyəcək. Boğazım düyünlənmiş şəkildə donub qalmışdım. Qayınatam çox sevirəm deyə balıq almışdı, Aslan gələr, birlikdə süfrə açarıq deyə gözləyirdik. Mən isə ən sevdiyim yeməyə baxa-baxa qalmışdım. Çünki tox idim...  Xəbər məni doydurmuşdu.

Aslan yol boyu bir neçə dəfə zəng edib bizə ürək-dirək verdi. Orada öz ürəyi üzülən insan burada bizə təsəlli verirdi. Evdə üç nəfər idik: atası, anası və mən. Bir-birimizə sezdirmədən hərəmiz bir küncə çəkilib ağlayır, sonra digərlərinə güclü görünmək üçün dikəlirdik. Günlər çox ağır keçirdi. Saatın sanki tərpənməyə gücü çatmırdı. Nə yeyə, nə içə bilirdik.

4 oktyabrda Cəbrayılın azad olunma xəbəri gəldi. Bütün həyətdə bayram ab-havası var idi, mənsə sanki müharibədən xəbərsizmiş kimi Aslandan zəng gözləyirdim ki, bu şad xəbəri ona özüm verim... Oktyabrın ortalarında zəng vurub "Füzulidən nə xəbər var?" soruşdu. "Heç nə" deyəndə, "Televizoru izlə görəcəksən, biz ordayıq" dedi. 17 oktyabrda dediyi kimi Füzuli şəhəri işğaldan azad edildi. İçimdə uca bir dağ boyda qürur yüksəldi: Aslanın uğuru mənim qürurum idi.

Bir dəfə zəng edəndə nə qədər danışdımsa, məni eşitmədi. Zarafatla "Kar olmusan?" dedim. Sən demə, doğrudan da yanında minamyot partlayıb, eşitmə qabiliyyətini müvəqqəti itirmişdir... Mənsə zəngin sevinci ilə bunu anlaya bilməmişdim, mən sevinclə güləndə, o, yanında partlayan ölümün səssizliyini yaşayırmış...

29 oktyabr Aslanla danışmışdıq, Şuşaya doğru gedəcəklərini demişdi. Oktyabr bitdi noyabr başladı, Aslandan səs gəlmədi. Müharibə şəraitində onsuz da ağzında döyünən ürək üçün günlərlə gəlməyən zəngin böyük bir ağrısı var idi. Noyabrın 3-də atasının telefonuna qısa bir mesaj gəldi: "Yaxşıyam, Narahat olmayın, Şuşaya giririk..." Zəng deyil, niyə mesaj? Bəlkə Aslan deyil? Özümüzü yeyib bitirdik, bir yandan da Aslandan başqa kim yazar deyib təsəlli olduq özümüzə.

8 noyabr... Bizim toy günümüz idi. Tam 1 ilimiz tamam olurdu, lakin Aslan mənlə deyildi. Düşüncələr içində saatları keçirdiyim an, saat 12:00-da cənab Prezident İlham Əliyev Şuşanın azad olunduğunu elan etdi. Sanki bu xəbəri Aslandan özümə ən böyük toy hədiyyəsi kimi qəbul etdim. O, mənə güllə səsləri  altında, qan və tərlə yazılmış ən böyük Zəfər hədiyyəsini vermişdi. Gözüm telefonda özünün mənə bu xəbəri çatdırmağını gözləyirdim... Nə biləydim ki, o, Şuşaya qalxmaq üçün 36 saat yuxusuz qalıb? Nə biləydim ki, yalın əlləri ilə qayalara dırmanıb, bir qurtum su içmək üçün gecənin düşməyini gözləyib?

Allaha çox dua edirdim onun adından, ağzından. Düşünürdüm Allahdan başqa tapşıracağım kimsə yoxdur. Həmin gecə yuxuda  babamla Aslanın nənəsini gördüm (Hər ikisi rəhmətə gedib). İkisi də mələk kimi başımın üstündəki kiçik pəncərədən otağıma daxil oldular və üzümə gülümsədilər. Onların arxasınca milyonlarla kiçik ulduz otağımı işıqlandırmağa başladı... Çox qəribədir, müharibənin başlamağından xəbərsiz də yuxu görmüşdüm, bitəcəyindən xəbərsiz də. Aslan məni xəbərsiz qoysa da, Allah məni xəbərsiz qoymurdu.

Noyabrın 10-na keçən gecə saat 03:00-da müharibənin bitdiyi elan olundu. Sevincimdən bir otağın içində bağırmaq bütün evi oyatmaq istəyirdim, amma daha əvvəl iki dəfə atəşkəs pozulduğu üçün ümid verməyə qorxurdum. Dözməyib qapılarını döydüm: "Oyanın, müharibə bitdi!" Səhər bütün şəhər qələbəni bayram edirdi, bizim evdə isə sakit bir hüzn var idi. Çünki ən son 3 noyabr mesajında qalmışdıq...

Nəhayət, 12 noyabrda o zəng gəldi. Xoşbəxt idik, səsini eşidirdik! Daha güllə atmırdılar, işğaldan azad etdikləri torpaqlarımızı qoruyur, düşmənlərin ərazini tərk etmələrinə nəzarət edirdilər.

10 dekabr şəhərdə böyük, izdihamlı bir parad. Özü gəlməsə belə, uğuru, şərəfi, mərdliyi gəlib çatmışdı.

25 dekabr Aslangil Bakıya qayıtdılar, böyük izdihamla xalq onları qarşıladı. Biz isə evə gələcəyi günü gözləyirdik

Və nəhayət...

31 dekabr... Aslanın evdən çıxdığı 100-cü gün. Gəldi, bizə çatdı, qovuşduq. Evinə geri gələ bilməyən şəhidlərin ailələrindən üzr istəyirəm bu sevincə görə... Boynumuz şəhid ailələrinin qarşısında ömürlük bükükdür...

Artıq illər keçir, amma hər il sentyabr gələndə evimizə eyni hüzn çökür. Aslan çiyin-çiyinə döyüşdüyü yoldaşlarının yarıdan çoxunu itirib gəldi. Komandirini, dostlarını gözünün qarşısında şəhid verdi. Əzizlərinə bir parçası çatsın deyə, parça-parça olmuş cəsədləri öz əlləri ilə topladı... İnsan bundan sonra necə əvvəlki kimi olsun?

Düşünürəm ki, müharibədən heç kim bütöv qayıtmadı. Kimisi cismindən, kimisi ruhundan yarım qaldı...

Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Haqqınız ödənməz!

P.S. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə

Miraslan Əlipaşa oğlu Əmirli  "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə"  və "Vətən Müharibəsi iştirakçısı" medalları ilə təltif edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://525.az
archiveBu xəbər 09 Oktyabr 2026 18:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see386

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see329

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see325

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see296

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see295

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see279

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see279

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see273

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see269

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see260

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see255

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see255

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see247

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see242

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see240

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see235

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see235

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see230

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see216

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see216
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri