Icma.az
close
up
RU
Menu

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

57 yaşlı Cennifer Lopez belə formada qalır

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

Dünya fond bazarlarında nə baş verir?

Dünya fond bazarlarında nə baş verir?

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son dövrlər dünya fond bazarlarında, xüsusilə ABŞ-ın texnologiya sektorunda cid­di dalğalanmalar müşahidə olunur. Süni in­tellekt texnologiyalarının sürətli inkişafı və bu sahəyə yönələn nəhəng investisiyalar bir müddət investorlar arasında böyük nikbinlik yaratsa da, son hadisələr bazarlarda müəy­yən narahatlıqları ön plana çıxarıb. NVI­DIA, AMD, “Broadcom”, “Micron” və digər aparıcı texnologiya şirkətlərinin səhmlərinin qiymətindəki kəskin dəyişikliklər bu nara­hatlıqların miqyasını daha aydın göstərir.

Xüsusilə “Nasdaq” indeksində müşahidə olunan eniş-yoxuşlar göstərir ki, məsələ ayrı-ayrı şirkətlərin fəa­liyyətindən daha geniş xarakter daşıyır. Süni intellekt in­frastrukturu üçün ayrılan milyardlarla, hətta trilyonlarla dollar həcmində investisiyaların gəlirliliyi, bu yatırımların borc hesabına maliyyələşdirilməsi, enerji təminatı və gələ­cək bazar tələbatı ilə bağlı suallar investorların qərarlarına təsir edir. Nəticədə, texnologiya sektorunda yaranan tərəd­düdlər digər maliyyə və əmtəə bazarlarına da sirayət edir.

Bu proses təkcə NVIDIA-nın rəhbərinin şəxsi həyatı, xəyanət qalmaqalları ilə bağlı məsələlərdən qaynaqlanmır. Düzdür, həmin hadisələr də bazara müəyyən təsir göstə­rir. Şirkətə məxsus məlumatların Çin şirkətinə ötürülməsi ilə bağlı risklər də mövcuddur. Bu, kifayət qədər ciddi və həssas məsələ hesab olunur. Belə hadisələr və onlarla bağlı proseslər investorların davranışlarına təsir göstərir. Lakin bunlar, əsasən, bir neçə günlük təsirə malik amillərdir.

Hazırda bazarlarda daha ciddi problem süni intellekt texnologiyaları əsasında biznes modellərini inkişaf etdirən şirkətlərin üzləşdiyi çağırışlarla bağlıdır.

Məsələ ondadır ki, bu şirkətlərin səhmlərinin qiyməti uzun müddətdir sürətlə artır. NVIDIA, AMD, yaddaş is­tehsalçısı “Micron”, “Broadcom”, eləcə də “SanDisk” kimi şirkətlərin səhmləri son bir-iki ildə dəfələrlə bahalaşıb. Bu yüksəliş, əsasən, süni intellektə dair yüksək gözləntilərlə əlaqədardır. İnvestorlar hesab edirlər ki, süni intellekt geniş yayılacaq, böyük iqtisadi dəyər yaradacaq və nəticədə bu sahədə fəaliyyət göstərən şirkətlərin səhmdarlarına ciddi gəlir gətirəcək.

Bu gözləntilərin müəyyən real əsası var. Ancaq süni intellekt texnologiyalarının inkişafı və geniş tətbiqi heç də asan proses deyil. Bunun üçün böyük məlumat mərkəz­lərinin yaradılması, bulud texnologiyalarının inkişafı və elektrik enerjisi istehsalına ciddi investisiyalar tələb olu­nur. Artıq bu sahəyə trilyonlarla dollar həcmində vəsait ya­tırılır. Bu isə bazarlarda müəyyən narahatlıqlar yaradır. İn­vestorları düşündürən əsas suallardan biri budur: görəsən, şirkətlər süni intellekt texnologiyalarına həddindən artıq böyük vəsait yatırmırlar ki? Üstəlik, bu investisiyaların əhəmiyyətli hissəsi borc hesabına maliyyələşdirilir. Belə olan halda, gələcəkdə əldə ediləcək gəlirlər borc öhdəliklə­rinin və faiz xərclərinin qarşılanmasına kifayət edəcəkmi? Bu istiqamətdə ciddi risklər mövcuddur və bazarlardakı dalğalanmaların əsas səbəblərindən biri də məhz budur.

Bununla yanaşı, neftin və digər enerji daşıyıcılarının qiymətləri, inflyasiya, eləcə də mərkəzi bankların faiz si­yasəti kimi amillər də bazarlara təsir göstərir. Bütün bu faktorlar eyni vaxtda baş verdiyindən, qlobal maliyyə ba­zarlarında qeyri-müəyyənlik və tərəddüdlər güclənir.

Söhbət, əslində, nəhəng şirkətlərdən gedir. Məsələn, mövcud problemlər və narahatlıqlar ortaya çıxmazdan əvvəl NVIDIA-nın bazar kapitallaşması 5,5 trilyon dol­lar səviyyəsində qiymətləndirilirdi. Sonradan bu göstərici 3 trilyon dollar ətrafına, hətta 2,6–2,7 trilyon dollaradək geriləmişdi. Cəmi bir həftə ərzində ABŞ-ın texnologiya şirkətlərinin ümumi bazar dəyərində 6–7 trilyon dollarlıq azalma qeydə alınıb. Bu isə kifayət qədər böyük məbləğdir.

Burada digər mühüm məqam investisiya fondları ilə bağlıdır. Həmin fondlar bu şirkətlərin səhmlərinə böyük həcmdə vəsait yatırıb. Səhmlərin dəyəri aşağı düşdükdə, fondların investisiya portfellərinin ümumi dəyəri də aza­lır. Bu proses sonradan əmtəə birjalarına da təsir göstərir. Qızılın qiymətində dalğalanmalar yaranır, inflyasiya göz­ləntiləri dəyişir.

Beləliklə, qlobal maliyyə bazarlarında baş verən tərəd­düdlər həm real əmtəələrin qiymətlərinə, həm fyuçers müqavilələrinə, həm də investisiya fondlarının aktivlərinin dəyərinə təsir edir.

Xalid KƏRİMLİ,
iqtisadçı-ekspert

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Noyabr 2026 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see321

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see321

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see315

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see306

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see302

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see300

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see297

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see294

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see290

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see287

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see262

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see261

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see259

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see257

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see252

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see252

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see248

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see247

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see244

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri