Icma.az
close
up
RU
100 il əvvəl Azərbaycanda qəzet çap edən Orucov qardaşları kim olub?

100 il əvvəl Azərbaycanda qəzet çap edən Orucov qardaşları kim olub?

Icma.az xəbər verir, Azpost saytına əsaslanaraq.

XX əsrin əvvəllərində Bakıda fəaliyyət göstərən çap müəssisələrindən biri də Oruc, Qənbər və Abuzər qardaşlarının yaratdığı “Orucov qardaşlarının elektrik mətbəə-nəşriyyatı” idi. Digər mətbəələrdən fərqli olaraq, bu müəssisə elektriklə işləyirdi və çap olunan kitabların üzərində “Orucov qardaşlarının elektrik mətbəəsi” ifadəsi qeyd edilirdi.

Oruc, Qənbər və Abuzər Orucov qardaşları Bərdənin Alpout kəndində anadan olmuş, dövrün təhsilli və maarifçi ziyalıları kimi tanınmışdılar. Onlar Tiflis, Gəncə və Rusiya şəhərlərində yüksək təhsil almış, rus, ərəb və fars dillərini mükəmməl bildikləri üçün tərcüməçi və redaktor kimi fəaliyyət göstərmişdilər.

Oruc Orucov kənd mollaxanasında oxuduqdan sonra Yelizavetpol (Gəncə) Mixail Sənət Məktəbini bitirmişdi. 1896-cı ildə Bakıya köçərək ticarətlə məşğul olmuş, “Nicat” Müsəlman Xeyriyyə Cəmiyyətində fəaliyyət göstərmiş, Hacı Zeynalabdin Tağıyevin köməkçisi olmuşdu. 1917-ci ildə Ədib və Mühərrirlər Cəmiyyətinin Milli Təşkilat Komitəsinə üzv seçilmiş altı nəfərlik mühərrirlər heyətinə daxil edilmişdi.

Abuzər Orucov isə dövrün görkəmli dövlət xadimləri olan Nəriman Nərimanov, Dadaş Bünyadzadə və Ruhulla Axundovla dostluq edirdi. Orucov qardaşları 1905-ci ildə atalarının və Əhməd bəy Ağayevin tövsiyəsi ilə Bakıya köçərək burada mətbəə təsis etmiş və çap işinə başlamışdılar.

“Orucov qardaşları” mətbəəsi 1906-cı ildən fəaliyyətə başlamışdı və Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevə məxsus binada yerləşirdi. Mətbəənin işlərini Abuzər Orucov idarə edir, Oruc Orucov ümumi rəhbərlik və rəsmi işləri öz üzərinə götürür, Qənbər Orucov isə çap olunan kitabların satışı ilə məşğul olurdu. Mətbəə Almaniyadan gətirilmiş müasir texniki avadanlıqlarla təchiz olunmuşdu.

Bu mətbəədə ərəb (əski Azərbaycan), rus, gürcü və latın qrafikası ilə müxtəlif nəşrlər çap edilirdi. Burada “Günəş”, “Həqiqət”, “Yeni Həqiqət”, “Kəlniyyət”, “Asari Həqiqət”, “Bəsirət”, “Məlumat” kimi qəzet və jurnallar işıq üzü görürdü. Siyasi ədəbiyyatın nəşri üçün Mətbuat İşləri üzrə Tiflis Komitəsinin icazəsi tələb olunurdu.

1907-1914-cü illər arasında Orucov qardaşlarının mətbəəsi Əbdürrəhman bəy Haqverdiyevin, Abbas Səhhətin, Abdulla Şaiqin, Nəriman Nərimanovun, Yusif bəy Çəmənzəminlinin və digər yazıçıların əsərlərini çap edərək milli kitabxanamızı zənginləşdirmişdi. Eyni zamanda, dünya ədəbiyyatından Lev Tolstoy, Daniel Defo, Mark Tven, Curci Zeydan, Armin Vamper və Jan Batist Molyerin əsərlərinin Azərbaycan dilində tərcümələrini də nəşr edirdi.

Bundan başqa, dini ədəbiyyatın nəşrinə də xüsusi yer ayrılırdı. “Kitabi Şəriyyət”, “Sədd Kəlmeyi Əmirəl Möminin Əleyhissalam”, “Tarixi Müqəddəsi Əlmiya Əleyhissalam” kimi dini əsərlər burada çap olunmuşdu. Mətbəədə kitabların təbliğinə də xüsusi önəm verilir, məsələn, Mirzəağa Əliyevin “Ziya” kitabxanasının kataloqu nəşr olunurdu.

Orucov qardaşları “İqbal”, “Yeni İqbal”, “Babayi-Əmir”, “Kəlniyyət”, “Tuti” kimi qəzet və jurnalları nəşr etmişdilər. Eyni zamanda, Şərqdə ilk operanın banisi Üzeyir Hacıbəyovun əsərlərinin çap olunmasında da mühüm rol oynamışdılar. 1907-ci ildə Üzeyir Hacıbəyovun tərtib etdiyi və Məhəmməd Əmin Rəsulzadənin redaktoru olduğu “Mətbuatda istifadə edilən siyasi, hüquqi, iqtisadi və əsgəri sözlərin Türki-rusi və rusi-türki lüğəti” və “Hesab məsələləri” kitabları da bu mətbəədə çap olunmuşdu. Bundan əlavə, “Arşın mal alan”, “Harun və Leyla”, “Əsli və Kərəm”, “O olmasın, bu olsun” əsərlərinin nəşri ilə Azərbaycan musiqisinə böyük töhfə vermişdilər.

Qardaşlar millətlərini sevən kəslər idi, çarizmin amansız rejimi altında inləyən xalqlarının nicat yolunu daim axtarırdılar. 1907-ci ilin iyununda “Orucov qardaşları” mətbəəsində “Nə tövr fəhlələr özlərinə ittifaq qayırmalıdır? (həmkarlar ittifaqı barəsində)” adlı inqilabi ruhlu kitabça çap olunmuşdu. Siyasi məzmununa görə, kitabın 2000 nüsxəsi müsadirə edilmiş və məhv edilmişdi. Həmin kitabın bir nüsxəsi hazırda Gürcüstan Mərkəzi Dövlət Tarix Arxivində saxlanılır.

Sovet dövründə Orucov qardaşlarının aqibəti

1918-ci ildə Bakı Xalq Komissarlığı mətbəənin avadanlıqlarını müsadirə etdi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Orucov qardaşları hökumət qarşısında iddia qaldırdı və mətbəənin dövlət nəşriyyatı üçün alınması məsələsi 1919-cu ildə parlamentdə müzakirə olundu. Mətbəə avadanlığı 468380 manat məbləğində dəyərləndirilmişdi. Lakin Sovet hakimiyyətinin qurulması ilə Orucov qardaşları təqiblərə məruz qalaraq, tam müflis halına salınaraq doğma kəndlərinə qayıtmağa məcbur oldular. Burada da təqiblərdən xilas ola bilmədilər. Qənbər və Abuzər 1930-cu illərdə müəmmalı şəkildə dünyalarını dəyişdilər. Böyük qardaş Oruc isə 1954-cü ildə Bərdədə vəfat etdi.

Beləcə, bir nəslin tifaqını dağıtdılar.

Təəssüf ki, xalqın maariflənməsi, azadlığı yolunda mücadilə edən bu qardaşlar barədə heç indi – müstəqillik illərində də danışılmır.

Amma danışılmalıdır.

Nemət Tahir

“Ədəbiyyat və incəsənət”

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:252
embedMənbə:https://azpost.info
archiveBu xəbər 24 Mart 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri