Tramp: İrandakı etirazları yaxından izləyirik, mümkün güclü variantları nəzərdən keçiririk
Marja.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ Prezidenti Donald Tramp İran üzrə davam edən kütləvi etirazlarla bağlı ABŞ-ın vəziyyəti çox ciddi şəkildə qiymətləndirdiyini və hərbi variantlar da daxil olmaqla müxtəlif addımların gündəmdə olduğunu açıqlayıb.
Marja.az xəbər verir ki, Tramp jurnalistlərə verdiyi açıqlamada bildirib:

“Biz bunu çox yaxından izləyirik. Ordu da bu məsələ ilə məşğuldur və kifayət qədər güclü bəzi variantları nəzərdən keçiririk. Bir qərar verəcəyik.”
İnsan Haqları Aktivistləri Xəbər Agentliyinin (HRANA) məlumatına görə, İranın 31 vilayətində 186 şəhərdə davam edən etirazlar zamanı azı 540 nəfər ölüb, 10 mindən çox insan saxlanılıb. Ölkədə internetin böyük ölçüdə kəsilməsi etirazların real miqyasının dəqiq müəyyən edilməsini çətinləşdirir.
İran Prezidenti Məsud Pezeşkian gərginliyin azaldılmasına yönəlik açıqlamalar verərək dialoqa çağırış edib.
Tramp isə etirazçılara açıq dəstək ifadə etməklə yanaşı, İranın ali dini lideri Ayətullah Əli Xamenei rəhbərliyinə qarşı ABŞ-ın hərbi müdaxiləsi ehtimalına da işarə edib. ABŞ Prezidenti şənbə günü sosial media hesabında paylaşım edərək bildirib:
“İran bəlkə də heç vaxt olmadığı qədər azadlığa yaxındır. ABŞ kömək etməyə hazırdır.”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 12 Yanvar 2026 09:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















