Icma.az
close
up
RU
100 il yaşamaq üçün nə etmək lazımdır? Hər gün edilməli olan faydalı məşq

100 il yaşamaq üçün nə etmək lazımdır? Hər gün edilməli olan faydalı məşq

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Fiziki fəaliyyətin sağlamlığa faydalı olması mübahisə doğurmur. Daha da önəmlisi, müəyyən məşqlərin müntəzəm yerinə yetirilməsi ömrə illər əlavə edə bilər. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Parade" nəşri yazır.

Bununla belə, qeyd olunur ki, bəzi məşqlər orqanizmi həddindən artıq yora bilər. Məsələn, bəziləri üçün uzunmüddətli qaçış diz oynaqlarına ağır yük salır və zamanla ağrılara səbəb olur.

Fizioterapevtlər hansı məşqlərin uzunömürlülüyə müsbət təsir etdiyini izah ediblər. Onların fikrincə, sağlam və uzun həyat üçün hər gün yerinə yetirilməsi tövsiyə olunan yeganə məşq növü var.

Günlük yerimə - Bir nömrəli məşq

Bu baxımdan, fizioterapevt Leks Qonsales yerimədən daha yaxşı məşq növü olmadığını bildirir. O qeyd edir ki, yerimə, ilk növbədə, ürək və qan dövranı sisteminin sağlamlığını dəstəkləyir. İkincisi, bu məşq oynaqları hərəkətdə saxlayaraq, onları yormadan sağlamlıq üçün faydalıdır.

Üçüncü önəmli amil isə balans və koordinasiyanın qorunmasıdır. Qonsales əlavə edir ki, yerimə çox əlçatan bir məşqdir: xüsusi avadanlığa ehtiyac yoxdur və tamamilə pulsuzdur.

"Yerimə yaşlı insanlar üçün o qədər vacibdir ki, artıq onu altıncı həyati göstərici hesab edirlər", deyə doktor Qonsales vurğulayır. 

Digər göstəricilər isə arterial təzyiq, ürək döyüntüləri, tənəffüs tezliyi, bədən temperaturu və oksigenlə doymadır.

Digər sağlamlıq üçün faydalı məşqlər

Fizioterapevt Karen K. Vestervelt isə bildirir ki, uzun və sağlam həyat üçün digər məşqlər də əhəmiyyətlidir. Onun fikrincə, dörd əsas növ fiziki fəaliyyət mövcuddur: güc məşqləri, aerobik (kardio) məşqlər, elastiklik üçün məşqlər və sinir-əzələ uyğunluğunu inkişaf etdirən (balans/sürətlilik) məşqlər. Onların hamısını hər həftə yerinə yetirmək tövsiyə olunur.

Vestervelt qeyd edir ki, həftədə azı 150 dəqiqə orta intensivlikdə aerobik məşqlər və iki gün güc məşqləri aparılmalıdır: "Yaş artdıqca baş verən fizioloji dəyişikliklərdən biri də sarkopeniya - əzələ kütləsinin azalmasıdır. Bu proses oturaq həyat tərzi ilə daha da sürətlənir. Güc məşqləri bunu ləngidə bilər".

Həmçinin, hər bir əsas əzələ qrupu həftədə azı iki dəfə dartılmalı, balans da müntəzəm şəkildə inkişaf etdirilməlidir: "Əzələləri gücləndirdiyimiz kimi, sabit və dinamik tarazlığı da məşq etməliyik ki, koordinasiyamız yaxşılaşsın. Bu, xüsusilə yaşlandıqca yıxılmaların qarşısını almaq üçün vacibdir".

Qonsales balans və elastikliyi qoruyub saxlamaq üçün tayçi və yoqa kimi orqanizmi yormayan, lakin faydalı fiziki fəaliyyət növlərini tövsiyə edir.

Hansı məşqlərlə ehtiyatlı olmaq lazımdır

Eyni zamanda, fizioterapevtlər xəbərdarlıq edirlər ki, bədənə daha çox yük salan bəzi məşq növləri ilə ehtiyatlı davranmaq lazımdır. Məsələn, uzun məsafəyə qaçış, ağır çəkilərin qaldırılması, kəskin və intensiv hərəkətlər və onurğanın sərt burulması ilə müşayiət olunan məşqlər daha yüksək zədə riski daşıyır.

Doktor Vestervelt qeyd edir ki, hansı məşq seçilirsə-seçilsin, əsas odur ki, o müntəzəm şəkildə yerinə yetirilsin: "Bəzən bu sadəcə idman ayaqqabısını geyinib gəzməyə çıxmaq qədər asan ola bilər"./Qaynarinfo 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 27 İyul 2025 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see383

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see255

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see249

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see246

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see245

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see245

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see242

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see239

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see238

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see238

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see223

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see220

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see220

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see219

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see219

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see218

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see218

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see217

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri