Icma.az
close
up
RU
100 il yaşamaq üçün nə etmək lazımdır? Hər gün edilməli olan faydalı məşq

100 il yaşamaq üçün nə etmək lazımdır? Hər gün edilməli olan faydalı məşq

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Fiziki fəaliyyətin sağlamlığa faydalı olması mübahisə doğurmur. Daha da önəmlisi, müəyyən məşqlərin müntəzəm yerinə yetirilməsi ömrə illər əlavə edə bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Parade" nəşri yazır.

Bununla belə, qeyd olunur ki, bəzi məşqlər orqanizmi həddindən artıq yora bilər. Məsələn, bəziləri üçün uzunmüddətli qaçış diz oynaqlarına ağır yük salır və zamanla ağrılara səbəb olur.

Fizioterapevtlər hansı məşqlərin uzunömürlülüyə müsbət təsir etdiyini izah ediblər. Onların fikrincə, sağlam və uzun həyat üçün hər gün yerinə yetirilməsi tövsiyə olunan yeganə məşq növü var.

Günlük yerimə - Bir nömrəli məşq

Bu baxımdan, fizioterapevt Leks Qonsales yerimədən daha yaxşı məşq növü olmadığını bildirir. O qeyd edir ki, yerimə, ilk növbədə, ürək və qan dövranı sisteminin sağlamlığını dəstəkləyir. İkincisi, bu məşq oynaqları hərəkətdə saxlayaraq, onları yormadan sağlamlıq üçün faydalıdır.

Üçüncü önəmli amil isə balans və koordinasiyanın qorunmasıdır. Qonsales əlavə edir ki, yerimə çox əlçatan bir məşqdir: xüsusi avadanlığa ehtiyac yoxdur və tamamilə pulsuzdur.

"Yerimə yaşlı insanlar üçün o qədər vacibdir ki, artıq onu altıncı həyati göstərici hesab edirlər", deyə doktor Qonsales vurğulayır. 

Digər göstəricilər isə arterial təzyiq, ürək döyüntüləri, tənəffüs tezliyi, bədən temperaturu və oksigenlə doymadır.

Digər sağlamlıq üçün faydalı məşqlər

Fizioterapevt Karen K. Vestervelt isə bildirir ki, uzun və sağlam həyat üçün digər məşqlər də əhəmiyyətlidir. Onun fikrincə, dörd əsas növ fiziki fəaliyyət mövcuddur: güc məşqləri, aerobik (kardio) məşqlər, elastiklik üçün məşqlər və sinir-əzələ uyğunluğunu inkişaf etdirən (balans/sürətlilik) məşqlər. Onların hamısını hər həftə yerinə yetirmək tövsiyə olunur.

Vestervelt qeyd edir ki, həftədə azı 150 dəqiqə orta intensivlikdə aerobik məşqlər və iki gün güc məşqləri aparılmalıdır: "Yaş artdıqca baş verən fizioloji dəyişikliklərdən biri də sarkopeniya – əzələ kütləsinin azalmasıdır. Bu proses oturaq həyat tərzi ilə daha da sürətlənir. Güc məşqləri bunu ləngidə bilər".

Həmçinin, hər bir əsas əzələ qrupu həftədə azı iki dəfə dartılmalı, balans da müntəzəm şəkildə inkişaf etdirilməlidir: "Əzələləri gücləndirdiyimiz kimi, sabit və dinamik tarazlığı da məşq etməliyik ki, koordinasiyamız yaxşılaşsın. Bu, xüsusilə yaşlandıqca yıxılmaların qarşısını almaq üçün vacibdir".

Qonsales balans və elastikliyi qoruyub saxlamaq üçün tayçi və yoqa kimi orqanizmi yormayan, lakin faydalı fiziki fəaliyyət növlərini tövsiyə edir.

Hansı məşqlərlə ehtiyatlı olmaq lazımdır

Eyni zamanda, fizioterapevtlər xəbərdarlıq edirlər ki, bədənə daha çox yük salan bəzi məşq növləri ilə ehtiyatlı davranmaq lazımdır. Məsələn, uzun məsafəyə qaçış, ağır çəkilərin qaldırılması, kəskin və intensiv hərəkətlər və onurğanın sərt burulması ilə müşayiət olunan məşqlər daha yüksək zədə riski daşıyır.

Doktor Vestervelt qeyd edir ki, hansı məşq seçilirsə-seçilsin, əsas odur ki, o müntəzəm şəkildə yerinə yetirilsin: "Bəzən bu sadəcə idman ayaqqabısını geyinib gəzməyə çıxmaq qədər asan ola bilər".

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 26 İyul 2025 22:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see336

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see336

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see327

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see326

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see309

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see306

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see291

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see291

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see288

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see287

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see280

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see276

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see265

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see263

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see263

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see253

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see251

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see247

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see233

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri