Icma.az
close
up
RU
100 manata ehtiyacı olanlar necə “milyonçu” oldu? Çirkli pullar belə yuyulub

100 manata ehtiyacı olanlar necə “milyonçu” oldu? Çirkli pullar belə yuyulub

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Ötən həftə xəbər verdiyimiz kimi, Azərbaycanda uzun illər fəaliyyət göstərən irihəcmli yalançı sahibkarlıq və vergi dələduzluğu şəbəkələri ifşa olunub. Belə ki, ölkədə bir neçə mütəşəkkil dəstə saxta hüquqi şəxslər yaratmaqla və saxta elektron qaimə-fakturalar tərtib etməklə dövlət büdcəsinə və özəl sektora külli miqdarda maddi ziyan vurub, əldə etdikləri qeyri-qanuni gəlirləri isə mürəkkəb maliyyə əməliyyatları vasitəsilə leqallaşdırıblar.

“Qafqazinfo” bu yazısında həmin mütəşəkkil dəstələrə ümumi rəhbərlik edən Çingiz Cəfərlinin fəaliyyəti barədə məlumat verəcək.

İbtidai istintaqı Baş Prokurorluqda aparılan bu cinayət işi üzrə sözügedən qurumun və Daxili İşlər Nazirliyinin (DİN) peşəkar müstəntiqləri, mühüm işlər üzrə prokurorları cəlb edilib. Yekunda cinayət işi üzrə 11 təqsirləndirilən şəxsə yekun ittiham irəli sürülüb. Onlardan əksəriyyəti həbsdədir.

Mütəşəkkil dəstə rol bölgüsünə görə üç qrupa bölünüb. Birinci dəstəyə Azad Rəsulov, Şahin Mustafayev və Bayram Fərəcov, ikinci dəstəyə Tərxan Şirinov, üçüncü dəstəyə isə Çingiz Cəfərli başçılıq edib. Mütəşəkkil dəstəyə ümumi rəhbərliyi isə Çingiz Cəfərli həyata keçirib.

Çingiz Cəfərlinin başçılıq etdiyi dəstə…

Çingiz Cəfərli 2020-ci ilin may ayından 2024-cü ilin yanvar ayının ortalarınadək davam edən müddətdə cinayətkar plan hazırlayıb. O, tanışları Tural Qədirov, Anar Əhmədov və Məhərrəm Hüseynovla mütəşəkkil dəstə halında birləşərək dəstə üzvləri arasında konkret rol bölgüsü müəyyənləşdirib. Kimin hansı funksiyanı yerinə yetirəcəyi, cinayətlərin necə törədiləcəyi və əldə ediləcək gəlirin necə bölüşdürüləcəyi əvvəlcədən planlaşdırılıb.

Emin Hacıyev, Məhərrəm Hüseynov, Tural Qədirov, Anar Əhmədov, Vüsal Osmanov, Bəxtiyar Məmmədov və Xəyyam Hacıyev isə əsasən adlarına yalançı hüquqi və fiziki şəxslər yaradılması üçün adamlar tapıb, onların adından etibarnamələr alıblar.

Dəstə üzvləri aztəminatlı, hüquqi və maliyyə savadı məhdud olan, cinayətdən tamamilə xəbərsiz vətəndaşları tapıb, onların maddi ehtiyaclarından istifadə edərək cüzi pul mükafatı müqabilində razılığa gəliblər. Bu şəxslərin şəxsiyyət vəsiqələrindən istifadə edilərək onların adına 63 şirkət və fərdi sahibkarlıq statusundan istifadə etməklə faktiki müəssisə funksiyasını yerinə yetirən 4 fiziki şəxs qeydiyyatdan keçirilib.

Adlarına şirkət açılan şəxslər əsasən Suraxanı rayonunun Yeni Günəşli və digər qəsəbələrindən olan, tüfeyli həyat tərzi keçirən, narkotik vasitələrdən istifadə edən, alkoqoldan asılılığı olan və külli miqdarda borcu olan şəxslər olub.

“ASAN İmza” mobil nömrələri həmin şəxslərin xəbəri olmadan əldə edilib və dəstə üzvlərinin nəzarətində saxlanılıb. Həmin nömrələr vasitəsilə Dövlət Vergi Xidmətinin elektron portalında müəssisələr qeydiyyatdan keçirilib, bank hesabları açılıb, möhürlər və təsis sənədləri isə dəstə üzvlərinin əlində cəmləşib.

Zərərçəkmişlərdən bəziləri heç nə baş verdiyini bilməyib, sadəcə 200-300 manat qarşılığında deyilənləri ediblər. Məsələn, bir butulka araq almağa belə pulu olmayan şəxsin adına 1 milyon manatlıq şirkət qurulub.

Çingiz Cəfərli qanunsuz fəaliyyətini Nəsimi rayonunun 20 Yanvar küçəsində yerləşən “Qəbələ” kafesində və 20 Yanvar metrosunun yaxınlığındakı digər kafedə həyata keçirib.

ƏDV dələduzluğu

Bundan başqa, cinayətkar dəstə ƏDV-nin depozit hesabları sistemindən sui-istifadə edərək ayrıca dələduzluq sxemi də qurub.

Onlar nəzarətlərində olan hüquqi şəxslərin ƏDV depozit hesablarında toplanan 7 milyon manat vəsaitin əksər hissəsini dövlət büdcəsinə köçürmək əvəzinə, digər 89 hüquqi və 2 fiziki şəxsin ƏDV hesablarına yönəldərək əvəzləşdiriblər. Yalnız 317 min manatı görüntü xatirinə büdcəyə köçürməklə 7 milyon manatı dələduzluq yolu ilə mənimsəyiblər.

Çirkli pulların yuyulması

Təkcə Çingiz Cəfərlinin rəhbərlik etdiyi mütəşəkkil dəstənin uzun illər ərzində qurduğu genişmiqyaslı yalançı sahibkarlıq və vergi fırıldaqçılığı nəticəsində cinayət yolu ilə əldə edilmiş 35 milyon manat pul leqallaşdırılıb. Yekun ittihamda isə ümumi məbləğ 42 milyon manat göstərilib.

Çingiz Cəfərliyə və digərlərinə mütəşəkkil dəstə halında xüsusilə külli miqdarda dələduzluq, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və vəzifə saxtakarlığı maddələri ilə ittiham irəli sürülüb. Bu maddələrin sanksiyalarında 12 ildən çox müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Sail Ağasəlim

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 27 İyul 2026 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see332

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see304

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see296

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see284

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see268

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see258

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see255

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see254

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see252

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see247

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see237

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see235

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see228

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see222

Bitki mənşəli içki faciəsi: 24 nəfər həyatını itirdi

10 Sentyabr 2026 19:48see212

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see189

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see186

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see177

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see174

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri