Icma.az
close
up
RU
Azərbaycanın gücü təkcə sərhədlərində deyil, milli birliyindədir” Azər Badamov

Azərbaycanın gücü təkcə sərhədlərində deyil, milli birliyindədir” Azər Badamov

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Prezident İlham Əliyev Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki nitqində Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinə münasibət bildirib. Dövlət başçısı vurğulayıb ki, ideoloji təhlükəsizlik fiziki təhlükəsizlik qədər vacibdir və Azərbaycana mühazirə oxumaq istəyənlər ilk növbədə öz ölkələrindəki vəziyyətə nəzər salmalıdırlar. 

Azərbaycanın daxili işlərinə qarışmamaq prinsipini ön plana çəkməsi və ideoloji təhlükəsizliyi milli təhlükəsizliyin mühüm tərkib hissəsi kimi təqdim etməsi hansı siyasi mesajları verir?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirdi. O əlavə etdi ki, Azərbaycan beynəlxalq hüquqa hörmət edən, müstəqil siyasət yürüdən və etibarlı tərəfdaş kimi beynəlxalq nüfuzunu möhkəmləndirən ölkədir:

"Torpaqlarımızı işğaldan azad etməklə ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etmiş, bu gün isə regionda sülhün və əməkdaşlığın təşviqinə töhfə veririk. Ölkəmizin gücünün əsas mənbələrindən biri daxili sabitlik və milli həmrəyliyimizdir. Azərbaycançılıq ideologiyası ətrafında birləşən xalqımızın birliyi dövlətimizin siyasi dayanıqlılığını və milli gücünü formalaşdıran mühüm amildir. Lakin müasir dünyada təhlükələr yalnız fiziki sərhədlərlə məhdudlaşmır. Xaricdən ideoloji təsir vasitələrindən istifadə etməklə cəmiyyətdə parçalanma yaratmaq, milli dəyərləri zəiflətmək və ictimai rəyə təsir göstərmək cəhdləri də ciddi risklər doğurur.

Məhz buna görə Prezident İlham Əliyevin forumdakı çıxışında  ideoloji təhlükəsizliyi fiziki təhlükəsizlik qədər vacib hesab etməsi xüsusi əhəmiyyət daşıyır. Bu, Azərbaycanın milli maraqlarını, dövlətçilik ənənələrini və cəmiyyətimizin mənəvi bütövlüyünü qorumaq əzmini ifadə edir. Heç bir dövlətin Azərbaycanın daxili işlərinə müdaxilə etmək və xalqımıza öz inkişaf yolunu diktə etmək hüququ yoxdur. Qarşılıqlı hörmətə əsaslanan beynəlxalq münasibətlərin təməlində dövlətlərin suverenliyinə və bərabərliyinə hörmət dayanmalıdır".

Millət vəkili qeyd etdi ki, Azərbaycanın artan beynəlxalq nüfuzu da bu müstəqil siyasətin mühüm nəticələrindən biridir:

"Ölkəmizin gələn il İslam Əməkdaşlıq Təşkilatının, 2028-ci ildə isə Avropa Siyasi Birliyinin tədbirlərinə ev sahibliyi etməsi Azərbaycanın müxtəlif siyasi və mədəni platformalar arasında dialoq qurmaq imkanlarını nümayiş etdirir. Hazırda Bakıda keçirilən “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Azərbaycan bu platforma vasitəsilə dünyanı narahat edən problemlərin müzakirəsinə, qarşılıqlı anlaşmanın gücləndirilməsinə və müxtəlif cəmiyyətlər arasında dialoqun inkişafına töhfə verir".

Müsahibimiz vurğuladı ki, bu gün dünya ciddi çağırışlarla üz-üzədir:

"Münaqişələr davam edir, yeni qarşıdurma ocaqları yaranır, ikili standartlar və beynəlxalq hüquqa selektiv yanaşmalar qlobal təhlükəsizliyə inamı zəiflədir. Belə bir şəraitdə dialoqun, qarşılıqlı hörmətin və beynəlxalq hüququn aliliyinin təşviqi daha böyük əhəmiyyət kəsb edir.
Hesab edirəm ki, Prezident İlham Əliyevin Forumdakı çıxışı həm Azərbaycanın milli maraqlarının müdafiəsi, həm də beynəlxalq münasibətlər sistemində mövcud problemlərə diqqət çəkilməsi baxımından mühüm siyasi mesajlar ehtiva edir. Bu mesajlar Azərbaycanın müstəqil mövqeyini, ideoloji təhlükəsizliyə həssas yanaşmasını və qlobal dialoqa töhfə vermək istəyini bir daha nümayiş etdirir. Əminəm ki, Azərbaycanın beynəlxalq platformalara ev sahibliyi etməsi ölkəmizin siyasi nüfuzunu daha da gücləndirməklə yanaşı, regional sabitliyin və qlobal əməkdaşlığın inkişafına da töhfə verəcəkdir".

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 27 Oktyabr 2026 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri