Icma.az
close
up
RU
100 manatlıq artım NƏZƏRDƏ TUTULUR

100 manatlıq artım NƏZƏRDƏ TUTULUR

Icma.az, News24 portalına istinadən məlumat yayır.

Azərbaycanda son 5 ildə 1094 nəfərə elmi dərəcə və ad verilməsindən imtina olunması ictimaiyyətdə diqqət çəkib. Qərarın səbəbi kimi plagiat halları, işlərin elmi səviyyəsinin aşağı olması və sənədlərin qaydalara uyğun tərtib edilməməsi göstərilib.

Elmi ad uğrunda mübarizənin getdiyi bir şəraitdə sual yaranır: bu dərəcələrin üstünlükləri nədir? Məsələn, əlavə maaş, güzəşt və ya digər imtiyazlar nəzərdə tutulurmu?

News24.az xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Xalid Kərimli deyib ki, elmi dərəcənin faydasını görmək üçün ali təhsil ocaqlarında işləmək lazımdır:

“Onsuz da elmi dərəcə olmasa, magistrlara dərs keçmək olmur, tam dərs saatları verilmir və sair. Yəni belə adlar yalnız universitetlərdə əhəmiyyətlidir. Hətta prezident olmaq üçün bakalavr diplomu kifayət edir. Paralel olaraq, elmi dərəcəsi olanlar ali təhsil müəssisələrində çalışırsa, maaşa əlavələr edilir. Lakin bu, kiçik məbləğdir”.

Ekspert bildirib ki, elmi dərəcə olmasa, dosent vəzifəsinə seçilmək mümkün deyil:

“Həmçinin, ikinci elmi dərəcə olmadıqda, professor adı verilmir. Bu sistem SSRİ-dən miras qalıb və ləğv olunmalıdır”.

Qeyd edək ki, Baş nazir Əli Əsədovun qərarına əsasən, 2025-ci il yanvarın 1-dən etibarən, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda bilavasitə ixtisası üzrə çalışan işçilərin vəzifə maaşlarına elmlər doktoru elmi dərəcəsi üzrə 100 manat, fəlsəfə doktoru elmi dərəcəsi üzrə 60 manat əlavələr ödənilir.

Əlavələrin ödənilməsi, həmin şəxsin əmək müqaviləsinin şərtlərinə və iş yerinin daxili qaydalarına uyğun olaraq həyata keçirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://news24.az
archiveBu xəbər 22 May 2025 09:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see593

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see256

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see240

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see233

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see232

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see217

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see217

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see213

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see195

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see185

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see181

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see181

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see178

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see177

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see175

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see174

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see172

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see167

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see159

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri