İnsanlar bunun sayəsində ölümsüz olacaq Futuroloq
Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Gələcəkdə insanlar orqanizm toxumalarının bərpası texnologiyaları sayəsində əbədi yaşaya biləcəklər. Hər on ildən bir zədələnmiş hüceyrələri yeniləri ilə əvəz edən bir növ "hüceyrə təmiri" aparmaq mümkün olacaq.
Axar.az xəbər verir ki, bunu rusiyalı futuroloq Valeriya Prayd deyib.
Onun fikrincə, biotexnologiyanın inkişafı nəinki qocalmanı yavaşladacaq, həm də orqanizmi müntəzəm olaraq yeniləyəcək və insan ömrünü əhəmiyyətli dərəcədə uzadacaq.
"İnsan toxumalarını yeniləmək üçün texnologiyalar ortaya çıxacaq. Hər 10 ildən bir "hüceyrə təmiri" aparmaq və zədələnmiş hüceyrələri əvəz etmək mümkün olacaq", - deyə Prayd bildirib.
Futuroloq hesab edir ki, ömrün uzanması Yer kürəsinin əhalisinin kəskin artmasına səbəb olacaq.
Lakin o, bunun qida çatışmazlığına səbəb olmayacağını proqnozlaşdırır:
“Yeni texnologiyalar demək olar ki, istənilən şəraitdə qida yetişdirməyi mümkün edəcək”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 24 Noyabr 2026 07:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















