100 min ton rus nefti daşıyan tanker Baltik dənizində sürüklənir AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Alman mediası anbarlarında təxminən 100 min ton neft olan “Eventin” tankerinin Baltik dənizində sürükləndiyini yazıb. Bu məlumatı dərc edən “Bild” və “Spegiel” qəzetləri Dəniz Fövqəladə Halların İdarə Olunması Agentliyinə istinadən xəbər yayıb.
Tanker Baltik dənizinin cənub-şərq sularındadır və şimala doğru sürüklənir. Gəmi manevr edə bilmir, lakin ətraf mühit üçün təhlükə yaratmır, çünki dəniz xilasedicilərinin bildirdiyinə görə, neft çənləri bağlanıb.
Almaniya mətbuatında dərc olunan xəbər “Meduza” qəzetinin diqqətini çəkib. Qeyd olunur ki, "Eventin" tankeri Panama bayrağı altında dənizdə üzür. Yanvarın 6-da o, Rusiyanın Leninqrad vilayətinin Kinqisepp rayonundakı Ust-Luqa limanından çıxıb və Misirin Port-Səidinə gedirmiş. O, sonuncu dəfə koordinatlarını yanvarın 10-da səhər tezdən ötürüb.
“Eventin” 2006-cı ildə tikilib, sahibləri məlum deyil.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 11 Yanvar 2025 12:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















