Icma.az
close
up
RU
100 minə yaxın şagird monitorinqə cəlb ediləcək

100 minə yaxın şagird monitorinqə cəlb ediləcək

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Paytaxtda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq.

Bu barədə “Cebheinfo.az”a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, mayın 17-də paytaxtdakı ümumi təhsil müəssisələrinin IV sinifləri, mayın 18-də isə VI sinifləri üzrə monitorinq təşkil olunacaq. Monitorinqin keçirilməsində əsas məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılmasına nail olmaq, müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığını müəyyən etmək və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlər həyata keçirməkdən ibarətdir.

IV siniflərdə monitorinq tədris dili və riyaziyyat fənləri, VI siniflərdə isə monitorinq tədris dili, təbiət və riyaziyyat fənləri üzrə aparılacaq. Paytaxt üzrə monitorinq üçün ayrılan 92 imtahan mərkəzində Azərbaycan və rus bölməsi olmaqla 50 minə yaxın IV sinif şagirdi, 50 minə yaxın VI sinif şagirdi biliyini sınayacaq. IV sinif şagirdlərinə tədris dili fənni üzrə 30 qapalı sual, riyaziyyat fənni üzrə isə 25 qapalı və 5 açıq sual, VI sinif şagirdlərinə tədris dili fənni üzrə 25 qapalı sual, təbiət fənni üzrə 25 qapalı, riyaziyyat fənni üzrə isə 20 qapalı və 5 açıq sual təqdim olunacaq.

IV siniflərə sualların cavablandırılması üçün 150 dəqiqə, VI siniflərə sualların cavablandırılması üçün 180 dəqiqə vaxt veriləcək.Monitorinqdə şagirdlərə təqdim olunan tapşırıqlar tədris dilindən oxuyub-anlama, riyaziyyat fənnindən isə ədədlər və əməllər, cəbr və funksiyalar, həndəsə, ölçmə, statistika və ehtimal məzmun xətlərini, təbiət fənnindən isə insan orqanizmi və sağlamlıq, canlıların müxtəlifliyi, maddələr və onların xassələri, enerji, ətraf mühit və biz, qüvvə və hərəkət məzmun xətlərini əhatə edəcək.

Monitorinq nəticələri şagirdlərin summativ qiymətləndirmə ballarına, eləcə də onların sinifdən-sinfə keçmələrinə təsir göstərmir.Qeyd edək ki, cari ildən etibarən monitorinqin müəyyən bir hissəsinin kompüter əsaslı formatda təşkilinə start verilib. Monitorinq prosesində rəqəmsallaşmanın tətbiqində əsas məqsəd kompüter əsaslı qiymətləndirmə modelinə mərhələli keçidi təmin etməkdən ibarətdir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki müəssisələrdə ümumilikdə 7 279 şagirdin kompüter əsaslı monitorinqdə iştirakı nəzərdə tutulur.

Nigar
“Cebheinfo.az”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:273
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 May 2025 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see595

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see532

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see267

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see264

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see255

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see252

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see235

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see226

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see225

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see225

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see180

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see176

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see173

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri