Bakıda 99 minə yaxın şagird monitorinqə cəlb olunub
Olke.az saytına istinadən Icma.az xəbər verir.
Bakı şəhəri üzrə 99 minə yaxın şagird IV və VI siniflərin monitorinqlərində iştirak edib.
Bu barədə Ölkə.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, monitorinqin keçirilməsində əsas məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılmasına nail olmaq, müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığını müəyyən etmək və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlər həyata keçirməkdən ibarətdir.
IV siniflərdə monitorinq tədris dili və riyaziyyat fənləri, VI siniflərdə isə monitorinq tədris dili, təbiət və riyaziyyat fənləri üzrə aparılıb.
BŞTİ-nin tabeliyindəki məktəblər üzrə 7 344 şagird kompüter əsaslı monitorinqdə iştirak edib.
Bu mövzuda digər xəbərlər:Bakıda 99 minə yaxın şagird monitorinqə cəlb olunacaq
25 May 2026 16:33
100 minə yaxın şagird monitorinqə cəlb ediləcək
16 May 2025 12:53
10 min şagird monitorinqə cəlb olunur
08 May 2025 17:18
310 mindən çox şagird monitorinqə cəlb ediləcək MÜTDA
14 May 2025 18:23
Şəki Zaqatala bölgəsi üzrə monitorinqə 7489 şagird cəlb edilib
05 İyun 2026 16:35
Baxış sayı:133
Bu xəbər 22 İyun 2026 12:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















