Icma.az
close
up
RU
Paris Sülh Forumu: COP30 konfransında “Bakıdan Belemə yol xəritəsi” adlı yeni sənəd təqdim olunacaq

Paris Sülh Forumu: COP30 konfransında “Bakıdan Belemə yol xəritəsi” adlı yeni sənəd təqdim olunacaq

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Paris, 29 oktyabr, AZƏRTAC

Bu gün iqlim böhranının artıq uzaq bir təhlükə deyil, gündəlik həyatımızın bir hissəsi olduğunu görürük. Qlobal istiləşmə, su qıtlığı, ekosistemlərin tənəzzülü və enerji keçidinin çağırışları bütün ölkələrin ortaq məsuliyyətini tələb edir.

Azərbaycan 2024-cü ildə ev sahibliyi etdiyi COP29 konfransında iqlim fəaliyyətini sürətləndirmək və ölkələr arasında etimadı gücləndirmək üçün mühüm addımlar atdı. Bizim məqsədimiz yalnız danışıqlar aparmaq deyil, fəaliyyətə keçmək, vədləri real nəticələrə çevirməkdir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri “Palais de Chaillot” sarayında keçirilən 8-ci Paris Sülh Forumu çərçivəsində COP Prezidentləri Dərnəyi paneli çərçivəsində “Planet üçün yeni koalisiyalar” adlı müzakirələr zamanı ölkəmizi bu paneldə təmsil edən Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un prezidenti Muxtar Babayev deyib.

Bildirib ki, bu sahədə səyləri davam etdirməyin vaxtıdır. O, COP29 prosesindən irəli gələn iqlim maliyyələşməsinin ədalətli artırılması, iqlim diplomatiyasında etimadın bərpası və inteqrasiya və şəffaflıq kimi əsas istiqamətləri qeyd edib. Vurğulayıb ki, inkişaf etməkdə olan ölkələrin iqlim təsirlərinə qarşı müqavimətini gücləndirmək üçün kifayət qədər vəsait ayrılmalıdır. Bu, ədalət və etimadın əsas sütunudur. Şimal və Cənub, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında yeni bir həmrəylik mərhələsinə ehtiyac var. COP29-da iqlim diplomatiyasında etimadı bərpa etməyə çalışdıq və bu dialoqu davam etdirmək niyyətindəyik. İqlim idarəçiliyi yalnız texniki məsələ deyil, bu, ədalət, bərabərlik və beynəlxalq həmrəylik məsələsidir. Hər bir qərarın mərkəzində insan rifahı dayanmalıdır.

Azərbaycanın regionda bu istiqamətdə lider rolu oynamağa hazır, Xəzər hövzəsində, eləcə də qlobal səviyyədə daha dayanıqlı gələcək üçün birgə işləməyə sadiq olduğu vurğulanıb.

COP29-un prezidentinin sözlərinə görə, iqlim fəaliyyəti maliyyə olmadan mümkün deyil. O, 2024-cü ildə ölkələr arasında əldə olunan razılaşmanı xatırladaraq qeyd edib ki, inkişaf etmiş ölkələr tərəfindən inkişaf etməkdə olan dövlətlərə 300 milyard ABŞ dolları həcmində vəsaitin ayrılması barədə öhdəlik götürülüb.

M.Babayev bildirib ki, bu vəsaitin necə həyata keçiriləcəyi, xüsusilə kiçik ada dövlətləri, az inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr üçün çox vacib məsələdir. COP29 prezidenti, həmçinin xəbərdarlıq edib ki, artıq qəbul olunmuş qərarlardan geri addım atmaq olmaz.

“Əfsuslar olsun ki, 2024-cü və 2025-ci illərin ambisiyaları arasında fərq çox böyükdür. Keçən il iqlim liderləri dünya üzrə fəal idilər, bu il isə ambisiyalı təşəbbüsləri görmürük”, - deyə COP29-un prezidenti qeyd edib. M.Babayev beynəlxalq maliyyə institutlarının və çoxtərəfli inkişaf banklarının (MDB-lərin) vədlərinin icrasına da toxunub. “Onlar öz öhdəliklərini necə yerinə yetirməyi planlaşdırırlar? Donor ölkələrin hökumətləri hazırda maliyyə prioritetlərini necə müəyyənləşdirəcəklər – müdafiəyə, yoxsa iqlim, sosial və humanitar sahələrə yönəldəcəklər?”, - deyə o əlavə edib ki, bu sualların cavabları gələcək COP prosesləri üçün həlledicidir. O, Belem şəhərində keçiriləcək COP30 konfransında bu istiqamətdə “Bakıdan Belema yol xəritəsi” adlı yeni sənədin təqdim olunacağını bildirib.

Sənədin məqsədi, iqlim maliyyələşməsini 300 milyard dollardan 1,3 trilyon dollara qədər artırmaq üçün konkret mexanizmlərin hazırlanmasıdır.

“Bu, inkişaf etməkdə olan ölkələrin böyük gözləntisidir. COP30 komandasının və beynəlxalq tərəfdaşların birgə işi nəticəsində bu məsələlərə aydın cavablar tapacağımıza inanıram. İndi həm milli səviyyədə, həm də qlobal miqyasda yeni bir dinamika yaratmaq vaxtıdır”, - deyə M.Babayev qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:36
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Oktyabr 2025 21:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see418

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see261

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see201

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see200

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see184

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see183

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see178

Məhkəməlik olan Nazilə Səfərli ilə Fatimə eyni masa arxasında VİDEO

27 Yanvar 2026 17:10see176

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see165

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see164

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see161

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see152

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see151

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see151

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see150

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see145

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see143

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see143

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri