Icma.az
close
up
RU
Göyçayda 4 nəfərlik qeyri adi velosiped sürücünün 12 yaşı var (Video)

Göyçayda 4 nəfərlik qeyri adi velosiped sürücünün 12 yaşı var (Video)

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Göyçayda 12 yaşlı uşağın etdiyi hərəkət maraqla qarşılanıb. O, xüsusi olaraq hazırlanmış velosipedlə hər gün dayısı qızları olan əkiz bacıları məktəbə aparıb-gətirir. Çünki dayısı qızlarının yaxşı təhsil almaları onun ən böyük istəyidir. Özlərinin düzəltdiyi və  4 uşağın yerləşə bildiyi bu qeyri-adi velosiped isə hər kəsin diqqətini çəkir.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, əkiz bacılar hər gün böyük həvəslə məktəbə velosipedlə gedirlər. Çünki yaxşı təhsil almaq onların ən böyük arzusudur. Qızlara dəstək olanlardan biri isə qardaşımız dedikləri bibisi oğullarıdır.

12 yaşlı Həsən dayısı qızlarının təhsilə olan marağına görə velosipedi xüsusi olaraq düzəltdiklərini deyir.

Göyçay rayonunun Rauf İsayev küçəsində yaşayan 12 yaşlı Həsənin gündəlik həyatında fərqli bir məsuliyyəti var. O, artıq bir ildir, özündən kiçik olan əkiz dayısı qızlarını məktəbə aparıb-gətirir ki, dərslərinə gecikməsinlər. Çünki Aysu və Cansunun daha yaxşı təhsil almalarını istəyir.

Həsənin nənəsinin sözlərinə görə, ailədə əkiz bacıların qardaşı yoxdur. Bu səbəbdən onların məktəbə gedib-gəlməsinə dayısı tərəfindən xüsusi hazırlanmış velosipedlə Həsənə kömək edir. Həsən isə velosipedi sürəndə təhlükəsizliyə də riayət edir.

Dayısının sözlərinə görə, bu velosiped adi nəqliyyat vasitələrinə heç də bənzəmir. 4 təkəri, iki sükanı və iki pedalı olan bu xüsusi velosiped eyni anda bir neçə uşağın rahat hərəkət etməsinə imkan verir. Təxminən dörd uşağın yerləşə bildiyi velosiped artıq məhəllə sakinləri üçün də maraq obyektinə çevrilib.

Göyçay şəhər Mehman Muradov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbindən "Xəzər Xəbər"ə bildirdilər ki, 3A sinif şagirdləri Məmmədova Aysu və Cansu bacıları dərslərdə fəal iştirak edən, çalışqan və nümunəvi şagirdlərdir. Onlar təhsildə yüksək nəticələri ilə seçilir, sinif əlaçıları sırasında yer alırlar. Həmçinin nümunəvi davranışları ilə fərqlənirlər.

Daha ətraflı videomaterialı təqdim edirik.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 24 Sentyabr 2026 07:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see301

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see301

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see282

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see272

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see262

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see256

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see248

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see239

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see225

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see219

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see218

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see216

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see215

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see212

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see210

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see209

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see196

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see193

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see186

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri