Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

“106 min ödəmişəm, yaşamağa evim yoxdur” Bu binada qüsur aşkarlanıb

“106 min ödəmişəm, yaşamağa evim yoxdur” Bu binada qüsur aşkarlanıb

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“21 aya təhvil veriləcək” dedikləri binanın tikintisini 4 ilə yaxındır, bitirə bilmirlər”. 

Bu şikayətlə “Qafqazinfo”ya Nəsimi rayonu, 20 yanvar küç. 3005-ci məhəllədə tikintisi gedən binadan mənzil alan vətəndaş Anar Musayev müraciət edib. 

Şikayətçinin sözlərinə görə, sifarişçi şirkət “Şərq İnşaat” MMC sözügedən layihəni 2020-ci ildə təsdiqləsə də, tikinti hələ də tam başa çatmayıb: “Mənzili 2022-ci ildə aldım, dedilər ki, 21 aya təhvil verəcəklər. 4 ildir sadəcə birinci blok inşa edilib, binanın üstü bağlanmayıb. İş demək olar ki, getmir. Bir sözlə, təmir başa çatmayıb. Bu tikilən binanın yerində əvvəllər beşmərtəbəli binalar olub. İndi həmin vətəndaşlar da, biz də evsiz qalmışıq. Onlar kirayədə qalır, illərdir bu tikintinin bitməsini gözləyirlər. Evə ilkin olaraq 51 min manat ödəniş etmişdim, qalanını isə daxili kreditlə 2 ilə bitirdim. Adıçəkilən şirkətə ümumilikdə 106 min 250 manat pul ödəmişəm. Ancaq yaşamağa ev yoxdur”. 

A.Musayev, həmçinin şirkətin binaya qeyri-qanuni olaraq 2 mərtəbə əlavə etməsini də deyir: “Layihəyə görə 1-ci blokun mərtəbə sayı 14, ikincininki isə 12-dir. Ancaq şirkət rəhbəri çalışır ki, binaya iki mərtəbə əlavə edilsin. Blok 1-də yaşayış 2-ci mərtəbədən sonra, ikidə isə 1-dən sonra başlayır. Bu uyğunsuzluq şirkətin məlumat lövhəsində də öz əksini tapıb. Elə bu səbəbdən də tikinti illərdir yarımçıq qalıb. Aidiyyəti qurumlara müraciət etsək də, cavab yoxdur. İstəyirik ki, tez zamanda evimizə yerləşək”. 

Qarşı tərəfin mövqeyini öyrənmək üçün “Şərq İnşaat” MMC-nin rəhbəri Rafael Məmmədovla ilə əlaqə saxladıq. Lakin o, ölkə xaricində olduğunu bildirərək suallarımızı cavabsız qoydu.  

Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sorğu ünvanladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, sözügedən ərazidə layihədənkənar tikinti faktı aşkarlanıb: “Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən şəhərsalma nəzarəti qaydasında keçirilən monitorinq nəticəsində Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində mövcud yaşayış binasının tikintisinə dair əvvəllər təsdiq olunmuş layihədən kənar tikinti faktı (mansard) aşkar edilib. Faktla bağlı müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti qurumlara məlumat verilib”.

Fidan Etibar 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 02 İyul 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see510

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see481

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see294

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see273

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see267

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see264

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see255

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see255

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see253

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see248

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see244

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see232

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see229

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see228

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see221

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see220

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see208

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see204

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see202

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri